01 Avqust 2018 02:08
653
Mədəniyyət
A- A+
Milli varlığın təzahürü

Milli varlığın təzahürü

 

Zamanın tufanlarının, qasırğalarının silməyə, dağıtmağa gücü yetmədiyi tarixi əsərlərdə xalqın dili, mədəniyyəti ilə bağlı məlumatlar qalır. Dünya sivilizasiyasının ən nadir nümunələrindən olan Qobustan və Gəmiqaya təsvirləri də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin zənginliyindən xəbər verir. Bu dəyərli əsərlər göstərir ki, onları yaradan xalq həmin vaxtlar müxtəlif yazı növlərindən, əlifbalardan istifadə edirmiş. Tarixi mənbələr onu da sübut edir ki, qədim Manna dövlətində yerli yazı növündən, eləcə də heroqliflərdən istifadə olunurdu. Belə ki, ulu əcdadlarımızın 52 hərfdən ibarət əlifbasının olduğu məlumdur.

 

Ana dilim ölən deyil!

 

Tarixin ayrı-ayrı dönəmlərində xalqımız böyük sınaqlarla üzləşdi. Azərbaycanda islam dininin yayılması ərəb əlifbasından geniş istifadəyə meydan verdi. Əsrlər boyu ərəb dili din, elm və təhsil dili sayıldı. Ölkəmizdə də ərəb əlifbasından istifadə olunmağa başlandı. Ancaq ana dilimizin özünəməxsusluğu müəyyən problemlərin ortaya çıxmasına səbəb oldu. Belə ki, ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmədi. Buna görə də Mirzə Fətəli Axundzadə və digər maarifpərvər ziyalılarımız əlifba islahatı aparılmasına səy göstərdilər. Amma gözlədikləri nəticəni əldə edə, əlifba islahatı ideyasını gerçəkləşdirə bilmədilər.
Latın əlifbasına ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra keçildi. Ancaq 1920-ci ildə aprel işğalı cümhuriyyət hökumətinin bu sahədə də arzusunda olduğu işləri yarımçıq qoydu.
Azərbaycanın mütərəqqi ziyalıları əlifba islahatını həyata keçirə bilməsələr də, cəhdləri səmərəsiz qalmadı. Onların ideyası yaşadı.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Həmin komitəyə tapşırıldı ki, Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etsin. Beləcə, yeni əlifbaya keçilməsi yolunda ilk ciddi addım atıldı. Latın qrafikalı əlifbaya keçmə prosesi 1923-cü ildən sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq olundu.
Həmin illərdə Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizə gedirdi. Yeni əlifbanın tətbiqi bu mühüm, məqsədyönlü işlərin reallaşmasına təkan verdi. Ancaq Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi sovet hökumətini başqa bir qərar çıxarmağa sövq etdi. Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənəcəyindən təşvişə düşən sovet hökuməti Azərbaycan əlifbasını yenidən dəyişdirməli oldu...
İkinci Dünya müharibəsi dövründə - 1940-cı il yanvarın 1-dən Kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Ana dilimizin özünəməxsusluğu bu əlifbada da müəyyən dəyişikliklər aparılmasını zəruri etdi. Belə ki, sonralar Kiril qrafikasının dilimizin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan Kiril qrafikasında bir sıra dəyişiklik olundu. Kiril qrafikasından Azərbaycanda yarım əsrdən çox istifadə edildi. Orta məktəblərdə uşaqlarımız ana dilində bu əlifba vasitəsilə yazıb-oxumağı öyrəndilər.
Elmi, bədii əsərlər Kiril əlifbası ilə qələmə alındı. Həmin əlifba ilə qəzetlər, jurnallar, kitablar işıq üzü gördü.
XX əsrin sonuncu onilliyində zamanın gərdişi dəyişdi. Azərbaycan xalqı yenidən öz dövlət müstəqilliyinə qovuşa bildi. Bundan sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandı.
Ana dilinin inkişafı və qorunması istiqamətində də əhəmiyyətli sənədlər qəbul olundu. Ölkədə tədricən latın qrafikalı əlifba tətbiq olunmağa başladı.
2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” ulu öndər Heydər Əliyev fərman imzaladı. Həmin ilin avqustunadək ölkəmizdə latın əlifbasına keçid bütünlüklə təmin edildi. Əlifba dəyişikliyi ölkəmizdə bir sıra işlərin həyata keçirilməsi zərurətini yaratdı. Respublikamızın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində latın qrafikalı əlifbanın tətbiqinin mühüm hadisə olduğunu nəzərə alaraq Heydər Əliyev 2001-ci il avqustun 9-da “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərman imzaladı. Həmin fərmanla avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu.
Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
Ulu öndər ana dilimizlə bağlı çıxışlarından birində qeyd edirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var”.
...Ana dili milli varlığın təzahürüdür. O, hər bir xalqın maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən çox mühüm vasitədir. Azərbaycan dili də Azərbaycan xalqının ən böyük qürurudur. Milli kimliyimizin, genetik mənsubiyyətimizin ifadəsi olan ana dilimizi qoruyub yaşatmaq tarixin müxtəlif dönəmlərində Azərbaycanın ziyalı övladlarının böyük məqsədi, uca amalı oldu. Xalqın həmin vətənpərvər övladlarının bu könül duyğularını şair belə ifadə edib:

Azərbaycan - mənim elim!
Azərbaycan - mənim dilim!
Doğransam da dilim-dilim,
Ana dilim ölən deyil!
Başqa dilə dönən deyil!

Bu misralar həm də ana dilimizə qənim kəsilməyə, onu korlamağa çalışanlara verilən çox kəskin cavabdır. Ümumiyyətlə, Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda Azərbaycan ziyalıları - şair, yazıçı, dramaturq və dilçiləri, həmçinin siyasi xadimləri, dövlət adamları müstəsna xidmətlər göstəriblər. Onlar ana dilimizin dəyərini bilib, özlərindən sonrakı nəsillərə də bunu tövsiyə ediblər.

 

“...Bu dildə danışmağımla fəxr edirəm”

 

Ulu öndər Heydər Əliyev ana dilimiz haqqında deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Milli Məclis 30 sentyabr 2002-ci il tarixdə ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qəbul etdi. Sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ötən illər ərzində bu qanun xeyli dərəcədə təkmilləşdirilib.
Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı sərəncamlar və bu istiqamətdə görülən işlər də ana dilimizin inkişafına təkan verdi. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemlərin həllində mühüm addım oldu. Nəticədə kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin edildi. Dövlət başçısının sonrakı sərəncamları əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam oldu. Dövlət başçısı ana dili və ədəbiyyatımızın milli xüsusiyyətlərimizin qorunub saxlanmasında rolunu yüksək qiymətləndirərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Dövlət başçısının 2012-ci il mayın 23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamda qeyd olunur: “Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.
Bu gün dünyamızda 200-ə yaxın dövlətin hüdudlarında minlərlə millət və etnik qrup yaşayır. Rəsmi dövlət dillərinin sayı isə 70-dən çox deyil. Dünyanın qədim dil ailəsinə - türk dili qrupuna aid olan Azərbaycan dili isə tarixin ağır dönəmlərinin məşəqqətli sınaqlarından keçərək xalqının qurmağa müvəffəq olduğu Azərbaycan Respublikası adlı dövlətin rəsmi dili kimi böyük şərəfi daşıyır. Bu ölkənin sərhədlərindən kənarda da Azərbaycan dilinə “ana dilim” deyərək bu dildə danışmaqdan qürur duyan milyonlarla insan yaşayır. Bu böyük milli-mənəvi sərvətimiz - ana dilimiz xalqımızın özü qədər əbədidir.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və əhalinin sosial müdafiə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:04
22 May

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

15:35
22 May

UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib

15:35
22 May

WUF13-də metropolitan idarəetmənin dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

15:12
22 May

WUF13-ün yekun mətbuat konfransı keçirilib

15:01
22 May

Sabah bəzi yerlərdə yağış yağacaq

14:46
22 May

BMT-nin nümayəndəsi: Şəhərlər eyni vaxtda bir çox prioritetlə məşğuldur

14:23
22 May

Xocavənd şəhərində daha 17 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:10
22 May

Hikmət Hacıyev WUF13-ü işıqlandıran media nümayəndələrinə təşəkkür edib

13:58
22 May

WUF13-ün müzakirələrində ümumilikdə 115 min nəfər iştirak edib

13:48
22 May

Strateji Ekoloji Qiymətləndirmə dayanıqlı şəhər inkişafına töhfə verir

13:44
22 May

Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə heyətinin sədri-rektoru cənab Yerlan Sıdıkova

13:38
22 May

Bakıda “SPLASH for Swimmable Cities” tədbiri keçirilib

12:56
22 May

Azərbaycan və Belarus parlamentləri beynəlxalq müstəvidə əlaqələrini genişləndirir

12:49
22 May

Qvatemala nümayəndəsi: Yerli qadınların vəziyyəti və şəraiti irqçilik və patriarxiya çərçivəsində formalaşıb və davam edir  

12:37
22 May

13 işəgötürən, 70 vakansiya  

12:24
22 May

WUF13-də Namibiya və Ukraynada rəqəmsal şəhər həllərinin tətbiqi müzakirə olunub

12:23
22 May

Kolumbiyalı nümayəndə: Mənzil siyasəti məşğulluq, nəqliyyat və qayğı xidmətlərindən ayrı planlaşdırıla bilməz

12:21
22 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

12:10
22 May

Rodriqo Labardini: Minalar iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır

12:09
22 May

WUF13 çərçivəsində özəl sektorun davamlı şəhərlərin qurulmasındakı roluna dair müzakirələr aparılıb YENİLƏNİB

12:08
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!