18 Sentyabr 2025 12:04
392
SİYASƏT
A- A+
Milli suverenlikdən yeni strateji qələbələrə  

Milli suverenlikdən yeni strateji qələbələrə  

 

Azərbaycan xalqı tarix boyunca müstəqillik uğrunda mübarizə aparmış və hər zaman dövlətçilik əzmini qorumuşdur. Dövlət Suverenliyi Günü xalqımızın iradəsini, qəhrəmanlıq salnaməsini və milli birliyini nümayiş etdirir. Bu əlamətdar gün ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün sarsılmaz olduğunu göstərir.

1990-cı illərin əvvəlindən Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi təcavüz həyata keçirmişdir. Nəticədə torpaqlarımızın 20 faizi – Qarabağ və ətraf rayonlar uzun illər işğal altında qalmışdır. Bu dövrdə yüz minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimizə ciddi zərər dəymişdir. Qonşu dövlətin işğalçı siyasəti yalnız ərazi itkisinə səbəb olmayıb, həm də milli kimliyimizə, dövlətçiliyimizə və xalqımıza qarşı davamlı və təhlükəli təhdid yaratmışdır.

Beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, qonşu dövlətin işğalçı siyasəti uzun illər ərzində davam etmişdir. Bu qanunsuz hərbi fəaliyyətlər nəticəsində yaranmış təhlükə Azərbaycan xalqının ərazi bütövlüyünü, hüquq və azadlıqlarını qorumaq istiqamətində ciddi çağırışlara çevrilmişdir. Həmin dövr xalqımızın iradəsinin, dövlətçiliyə bağlılığının və ümummilli mübarizəsinin ön plana çıxdığı bir mərhələ olmuşdur. Çətinliklərə baxmayaraq, Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirmiş, tarixi ədalətin bərpası uğrunda davamlı səylər və ölkəmizin suverenliyinin təmin olunması istiqamətində atılan hər addım xalqımızın birlik və əzmini nümayiş etdirmişdir. Bütün bunlar ölkəmiz üçün yalnız ərazi və hüquqi müstəvidə deyil, eyni zamanda milli kimliyin qorunması və dövlətçilik ənənələrinin davam etdirilməsi baxımından mühüm dönəm hesab olunur.

Azərbaycanın müasir tarixində İkinci Qarabağ müharibəsi xalqımızın dövlətçilik və suverenlik uğrunda apardığı mübarizənin parlaq təcəssümünə çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq şanlı ordumuz əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, ordumuzun döyüş qabiliyyətini və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Müharibənin nəticəsi olaraq işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi.

Müharibədən sonra Azərbaycan qarşısına çıxan təhlükələri də qətiyyətlə aradan qaldırdı. Erməni separatçılarının fəaliyyəti və Laçın dəhlizi üzərindən silah daşınması təhlükəsi dövlətin suverenliyinə birbaşa təhdid yaradırdı. 2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunda yaradılan nəzarət-buraxılış məntəqəsi Azərbaycan dövlətinin bütün sərhədlərində nəzarətin təmin olunmasına xidmət etdi. Həmin il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində qondarma rejim özünü buraxdı və ölkəmizin bütün ərazilərində dövlət suverenliyi təmin olundu. Bu əməliyyat milli iradənin qələbəsi, dövlətçiliyin möhkəmləndirilməsi və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Həmin qərar Azərbaycan tarixində dərin mənaya malikdir, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi sahəsində yeni mərhələnin başlanğıcını nümayiş etdirir. Bu amillər xalqın uzun illər boyunca apardığı mübarizənin dövlət səviyyəsində rəsmi təntənəsi kimi dəyərləndirilir. Azərbaycan bu gün dünyada müstəqil siyasət yürüdən, milli maraqlarını hər şeydən üstün tutan, heç bir güc mərkəzinə tabe olmayan suveren dövlət kimi tanınır. Həmçinin, 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü elan olunması ölkəmizin suverenliyinin daha da möhkəmləndirilməsinə töhfə verir. Çünki həmin addım Azərbaycanın dövlətçilik ənənələrinin sabit və dayanıqlı olduğunu göstərir, beynəlxalq ictimaiyyətə açıq mesaj verir: xalqımız öz müstəqilliyini daim qoruyacaq və gələcək nəsillərə əmanət edəcək. Bu amillər dövlətimizin beynəlxalq hüquqa əsaslanan prinsiplərə sadiqliyini, suverenlik və ərazi bütövlüyü məsələlərində güzəştə getməyəcəyini bir daha göstərir. Ötən il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxış edən dövlətmizin başçısı bildirib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması isə bu nailiyyətlərin hüquqi və siyasi təməlini bir daha vurğulayır. Konstitusiya dövlətin hüquqi əsaslarını müəyyən edir, suverenlik isə bu əsasların həyata keçirilməsini təmin edir. Artıq Azərbaycan dövləti tam suverenliyə malikdir, ərazi bütövlüyü təmin edilmiş və daxili sabitlik möhkəmlənmişdir. Bu faktorlar yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillər üçün dövlətçilik nümunəsi, milli birlik və həmrəyliyin növbəti təzahürüdür.

Beləliklə, Vətən müharibəsi, sonrakı tədbirlər və dövlət suverenliyinin bərpası ölkəmizin müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Tarixi uğurlar dövlətçiliyə bağlılığın və xalqımızın əbədi qəhrəmanlıq ənənələrinin parlaq ifadəsidir. Hər bir azərbaycanlı üçün bu amillər həm vətənpərvərlik, həm də milli qürur mənbəyidir.

 

Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!