Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Səmərqənd Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini Özbəkistan Respublikası Senatının sədri Tənzilə Narbayeva, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spiker Sahibə Qafarova MDB PA-nın Şura və plenar iclaslarına qatılacaq, tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.
İşgüzar səfər oktyabrın 28-də başa çatacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanda daşınmaz əmlak xaotik bahalaşır - MÜSAHİBƏ
26 Aprel
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində işt...
26 Aprel
XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub
26 Aprel
Ayın üzərində ilk reklam yerləşdirilib
26 Aprel
Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur
26 Aprel
Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb
26 Aprel
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
26 Aprel
XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib
26 Aprel
Xocavənddə partlayıcı vasitələr aşkarlanıb
26 Aprel
Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!