16 May 2022 21:47
716
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri ilə görüşüb  

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri qonaqları səmimi salamlayaraq, bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Spiker bildirib ki, ali və yüksək səviyyəli səfərlər zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin daha da dərinləşməsinə möhkəm zəmin yaradıb. Azərbaycan və Özbəkistan dost, qardaş ölkələrdir. Xalqlarımızı birləşdirən ortaq mədəni, mənəvi dəyərlər əlaqələrimizin daha da inkişafına yaxşı zəmin yaradır.

Sahibə Qafarova dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolundan danışaraq, hər iki ölkə deputatlarının beynəlxalq platformalarda səmərəli fəaliyyətini qeyd edib. Bildirib ki, deputatlarımız TÜRKPA, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi qurumların işində yaxından iştirak edirlər. Bu cür tədbirlər çərçivəsində keçirilən görüşlər tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Milli Məclisin sədri hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu söyləyib. O qeyd edib ki, deputatlarımızın qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Söhbət zamanı Sahibə Qafarova qeyd edib ki, Özbəkistan nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında da iştirak edəcək, konfransda müzakirə olunacaq məsələlərə münasibətini bildirəcək.

Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən danışaraq vurğulayıb ki, Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı öz gücü ilə azad edərək böyük bir Zəfərə imza atdı. Sahibə Qafarova bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq və abadlıq işlərinin aparıldığını diqqətə çatdırıb.

Səmimi görüş üçün minnətdarlığını bildirən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov ölkəmizə səfərindən və burada gördüyü qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. O, hər iki ölkənin müstəqillik əldə etdikdən sonra münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini diqqətə çatdırıb. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.

Nurdinjon İsmoilov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini parlamentlərarası əlaqələrin inkişafı kontekstində müsbət dəyərləndirib. Qeyd edib ki, bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Qonaq deputatlarımızın beynəlxalq qurumlarda birgə fəaliyyətinin, o cümlədən İƏT PA-da iştirakının əhəmiyyətindən danışıb. Bildirib ki, İƏT PA-nın Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransında müzakirə olunacaq məsələlər quruma üzv dövlətləri düşündürən məsələlər barədə fikir mübadiləsi aparmaq baxımından önəmlidir.

Qonaq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfəri yüksək dəyərləndirib, Azərbaycandakı inkişafdan məmnunluğunu ifadə edib.

Görüşdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Eldar İbrahimov, deputatlar Ağalar Vəliyev, Afət Həsənova, Aqiyə Naxçıvanlı, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov və digər rəsmi şəxslər iştirak ediblər.

Sonra Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov Milli Məclisin Xatirə kitabına ürək sözlərini yazıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video