18 Sentyabr 2025 17:15
1770
PARLAMENT
A- A+
Milli Məclisin sədri Sahibə Qafarova Malayziyada AİPA-nın 46-cı Baş Assambleyasında çıxış edib  

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyada AİPA-nın 46-cı Baş Assambleyasında çıxış edib  

Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 18-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) 46-cı Baş Assambleyasının açılış mərasimində iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Malayziyanın Baş naziri Dato Seri Ənvər Bin İbrahimin, təşkilata üzv ölkələrin və müşahidəçi statuslu ölkələrin parlament rəhbərlərinin və təmsilçilərinin iştirak etdikləri mərasimdə çıxış edənlər AİPA-nın beynəlxalq parlament diplomatiyasında yeri və rolu, bu təşkilat çərçivəsində əməkdaşlığın əhəmiyyəti, dünyanı narahat edən problemlərin həllində parlamentarilərin rolu barədə fikirlərini səsləndiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova Baş Assambleyanın plenar iclasında çıxış edərək deyib ki, parlament diplomatiyasının əhəmiyyətinin artması ilə AİPA artıq parlamentləri bir araya gətirən, daha sıx əməkdaşlıq üçün yeni ideyalar və imkanlar yaradan əhəmiyyətli və uğurlu platformaya çevrilib. Bu təşkilat təkcə üzv parlamentlər deyil, həm də dünyanın müxtəlif regionlarının parlamentləri arasında dialoqun və qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verir.

2022-ci ildən Milli Məclisin AİPA-nın işində müşahidəçi statusunda iştirak etdiyini xatırladan S.Qafarova bunun Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə çoxşaxəli əlaqələrini daha da inkişaf etdirmək niyyətini əks etdirdiyini, parlamentlərarası əməkdaşlığın isə bu əlaqələrin mühüm istiqaməti kimi qiymətləndirildiyini söyləyib. O bildirib ki, Azərbaycan Milli Məclisi təşkilata üzv parlamentlərlə əlaqələrini fəal şəkildə inkişaf etdirir, həmçinin AİPA ilə çoxtərəfli əlaqələri gücləndirir.

S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2023-cü ilin mart ayında AİPA ilə Əməkdaşlıq Memorandumu imzalayıb. Bu, institusional əməkdaşlığımızı inkişaf etdirmək və ümumi məqsədlərimizin reallaşmasına töhfə vermək niyyətimizin nümayişidir.

Baş Assambleyanın əsas mövzusu olan inklüziv inkişaf və dayanıqlılıq mövzusunun parlament müzakirələrinin gündəmindəki vacib bir məsələ olduğunu söyləyən Milli Məclisin sədri qeyd edib ki, parlamentlər qanunvericilik, büdcə və nəzarət funksiyaları ilə bu prosesin əsas maraqlı tərəflərindən biridirlər. O diqqətə çatdırıb ki, inklüziv inkişaf və dayanıqlılıq Azərbaycanın da qəbul etdiyi strateji baxışdır. BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsi bu baxışın mühüm elementi kimi qiymətləndirilir və milli inkişaf planları və strategiyaları Dayanıqlı İnkişaf Məqsədlərinə uğurla uyğunlaşdırılıb.

Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirdiyi nəhəng quruculuq və yenidənqurma işləri haqqında da danışan Milli Məclisin sədri deyib ki, bu ərazilərin dirçəldilməsi Azərbaycan hökumətinin inklüziv inkişafa və dayanıqlılığa yanaşmasının mühüm tərkib hissəsini təşkil edir. O xatırladıb ki, bu ərazilər 30 il ərzində işğal altında qalıb və 2020-ci ildə işğaldan azad edilib. Tamamilə dağıdılmış həmin ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri artıq hökumətimizin bu regionlarda əlli mindən çox insanı məskunlaşdırmasına və onların ölkənin ümumi sosial-iqtisadi həyatına yenidən inteqrasiya etməsinə imkan verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!