26 Yanvar 2022 17:08
568
PARLAMENT

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2021-ci ilin payız sessiyasında 21 qanun layihəsinə baxılıb

 

Yanvarın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan komitənin sədri Musa Quliyev deputatlara qarşıdan gələn sessiyada uğurlar arzulayaraq iclasın gündəliyi barədə məlumat verib. Musa Quliyev 2021-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlərin hesabatını təqdim edib. Bildirilib ki, komitənin hesabat dövründə keçirilən 15 iclasında 21 qanun layihəsinə baxılıb. Qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə edilib və parlament tərəfindən qəbul olunub.

Hesabat dövründə komitəyə 970 sənəd, o cümlədən vətəndaşlardan 822 ərizə, nazirliklərdən və idarələrdən 148 cavab məktubu daxil olub. Vətəndaşların müraciətləri araşdırılıb və müvafiq tədbirlər görülüb. Bundan başqa, komitə sədri və üzvləri sessiya dövründə karantin qaydalarına uyğun olaraq vətəndaşlarla qəbul keçiriblər, seçicilərlə görüşüblər.

Sonra gündəliyin ikinci məsələsi olan Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyası dövrünə dair iş planı haqqında məlumat verən Musa Quliyev deyib ki, “Məşğulluq haqqında” Qanuna əlavə və dəyişiklik edilməsi iş planına salınıb. Həmçinin “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun icra vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, Vüqar Bayramov, Sevinc Hüseynova, İlham Məmmədov, Arzu Nağıyev, Aqil Məmmədov və Əziz Ələkbərov çıxış edərək müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər. Deputatlar ötən sessiyada komitənin məhsuldar işlədiyini, komitə üzvlərinin qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərin, xüsusən də şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlandıqlarını qeyd ediblər.

Qarşıdakı sessiyada iş planı ilə bağlı fikirlərini bildirən komitə üzvləri dinləmələrin problemlərin ortaya çıxarılması və həlli yollarının axtarılmasında əhəmiyyətini vurğulayıblar, pandemiyanın məşğulluğa təsiri, qeyri-formal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər.

Müzakirələrə yekun vuran komitə sədri sosial siyasətin ən həssas və çətin sahələrdən biri olmasından bəhs edib, bu istiqamətdə Azərbaycanda böyük işlər görüldüyünü vurğulayıb. Bu məsələlərə doğru yanaşmağın vacibliyinə diqqət çəkən Musa Quliyev dövlətin sosial siyasətinə deputatların verə biləcəyi dəstəyə toxunub.

Sonda komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı məqbul hesab edilib və 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

İclasda deputat Soltan Məmmədov və digər rəsmi şəxslər də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video