05 Dekabr 2025 16:26
397
SİYASƏT
A- A+
Milli Məclisin deputatı İranda Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib  

Milli Məclisin deputatı İranda Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edib  


2–5 dekabr tarixlərində İran İslam Respublikasının Məşhəd şəhərində Asiya Parlament Assambleyasının (APA) Siyasi məsələlər üzrə daimi komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikası Milli Məclisinin APA-dakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev iştirak edib.

İclasın açılış mərasimində İran İslam Şurası Məclisinin sədri  Məhəmməd Baqer Qalibaf, APA-nın baş katibi Məhəmməd Rza Məcidi, Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev və  Xorasan Rəzəvi vilayətinin Baş Qubernatoru Qolamhüseyn Moazzəffəri çıxış ediblər.

Bu barədə qəzetimizə açıqlama verən Rizvan Nəbiyev bildirib ki, çıxışında parlament diplomatiyasının artan əhəmiyyətini vurğulayaraq Milli Məclisin sədrliyi dövründə APA-nın fəaliyyəti barədə məlumat verib. Deputat deyib: “Bugünkü mürəkkəb qlobal mühitdə parlament diplomatiyası beynəlxalq münasibətlər sistemində multilateralizmin təşviqi üçün mühüm əhəmiyyət kəsb edir. APA kimi parlament assambleyaları həm regional, həm də qlobal səviyyədə qarşıda duran çağırışların həllində aparıcı qurumlardan  birinə çevrilməkdədir”.

Deputat həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin sülh gündəliyi və regionda yaranmış yeni siyasi reallıq barədə danışıb. Xüsusilə vurğulayıb ki, onilliklər ərzində ilk dəfə olaraq Cənubi Qafqazda de-fakto sülh bərqərar edilmişdir. Azərbaycanın qələbəsi regionada yeni siyasi reallıq yaratmaqla Asiya ilə Avropa arasında, eləcə də Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradıb.

Rizvan Nəbiyev Zəngəzur dəhlizinin Orta dəhlizin vacib seqmenti kimi əhəmiyyətindən danışaraq, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-ticarət əlaqələrinin intensivləşməsindəki potensial rolunu diqqətə çatdırıb. Bildirib ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri kimi əlaqələndirici layihələr Azərbaycan ərazisindən keçir.  Azərbaycan tərəfi əmindir ki, Zəngəzur dəhlizi yaxın zamanda  həmçinin Şimal-Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək və bu da sülhün, çoxtərəfli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcəkdir. Zəngəzur dəhlizi Azərbaycanın sərhədlərinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularına fayda gətirəcəkdir.

Rizvan Nəbiyev çıxışında Azərbaycan-İran əməkdaşlığının iki və çoxtərəfli platformalarda inkişafından danışaraq, 2025-ci il ərzində İran Prezidenti Məsud Pezeşkianın  Azərbaycana etdiyi səfərlərin əhəmiyyətini qeyd edib. 

Milli Məclisin deputatı çıxışını Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi fikirlərlə tamamlayıb:

“Son illərin nailiyyətləri yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Onlar həm də göstərir ki, beynəlxalq hüquq sonda mütləq üstün olmalıdır. Bizim baxışımız aydındır: beynəlxalq hüquqa əsaslanan, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini, qarşılıqlı hörmət və əməkdaşlığı özündə ehtiva edən sülh və inkişaf.

Gəlin birlikdə ikili standartların olmadığı, ədalətin selektiv  xarakter daşımadığı, hüququn aliliyinə hörmət göstərildiyi və sülhün yalnız sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynanın Krivoy Roq şəhərindəki Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayevdən  

21:41
29 Dekabr

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan  

21:36
29 Dekabr

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası başa çatıb  

21:34
29 Dekabr

Bu il Almaniya Türkiyəyə 8,4 milyard avroluq silah-sursat ixrac edib  

20:43
29 Dekabr

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan  

18:54
29 Dekabr

Kanada Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Sultanhüseyn Qasımzadədən  

18:53
29 Dekabr

İrlandiyalı tarixçi: Azad olunan ərazilərdə aparılan bərpa prosesi Ermənistanın dağıdıcı siyasətinin ifşasıdır  

18:51
29 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:51
29 Dekabr

E.O.İbrahimovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında  

18:49
29 Dekabr

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib  

18:44
29 Dekabr

Gələn il sosial müdafiə xərcləri 8 milyard manatı ötəcək  

18:39
29 Dekabr

Ulu Öndər Heydər Əliyevin Vyetnama səfərinə dair filmin Vyetnam dilində təqdimatı keçirilib  

18:37
29 Dekabr

Ötən həftə 90 mina və 758 partlamamış hərbi sursat zərərsizləşdirilib  

18:35
29 Dekabr

Türkiyədə fəaliyyət göstərən Bilecik Azərbaycan Qardaşlıq Dərnəyinin sədri Rafiq Qurbanovdan  

18:34
29 Dekabr

Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri İlqar Məmmədovdan  

18:34
29 Dekabr

Gürcüstanda fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırovdan  

18:33
29 Dekabr

Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

18:32
29 Dekabr

Dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan dövlətçiliyinə xidmət edir  

17:50
29 Dekabr

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub YENİLƏNİB    

17:27
29 Dekabr

AİJA qaliblərin adlarını açıqlayıb

17:19
29 Dekabr

Azərbaycan və Gürcüstan XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərinin perspektivlərini müzakirə ediblər  

17:11
29 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!