19 Sentyabr 2025 18:11
2356
PARLAMENT
A- A+
Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib YENİLƏNİB

Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib YENİLƏNİB


Sentyabrın 19-da Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini nəzərə çatdırıb. O, bunun Azərbaycan Konstitusiyasının 30 illiyi və Vətən müharibəsində Qələbəmizin 5 illiyi ilə əlaqədar olduğunu söyləyib. Bu gün Azərbaycan xalqının onun ülvi arzusu olan müstəqil, suveren dövlətə sahib olduğunu qeyd edib.

Z.Əsgərov Azərbaycanın ilk milli Konstitusiyasının 1995-ci ildə, ondan öncə - 1991-ci ildə isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyini və orada milli Konstitusiyanın hazırlanması ilə bağlı müddəanın əks olunduğunu bildirib. O qeyd edib ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb. İlk milli Konstitusiyamızın əsas qayəsini hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təsbit olunması və müdafiəsi təşkil edir. Milli Məclis sədrinin müavini, həmçinin 2002, 2008, 2016-cı illərdə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumların keçirildiyini, orada təsbit olunan müddəalarda vətəndaşların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi, məhkəmə islahatları və digər zəruri məsələlərin əks olunduğunu diqqətə çatdırıb. Konstitusiyamıza əsasən, hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısının xalq olduğunu söyləyib.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin rəmzi məna daşıdığını deyən Ziyafət Əsgərov, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbənin qazanıldığını, lakin tam suverenliyin hələ bərpa edilmədiyini, bəzi ərazilərimizin hələ ki, erməni separatçılarının əlində olduğunu qeyd edib. Nəhayət, 2023-cü il sentyabrın 19-20-də 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulayıb.

Sonra konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edib. O, Azərbaycan Konstitusiyasının preambulasında qeyd edildiyi kimi, müstəqillik, suverenlik və ərazi bütövlüyünün Azərbaycan xalqının ülvi niyyətlərindən olduğunu söyləyib. Bildirib ki, Azərbaycan torpaqlarının 30 il ərzində işğal altında olduğuna baxmayaraq, xalqımız öz əzmini itirməyib, öz ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətdə daim addımlayıb. Ötən əsrin 90-cı illərinin əvvəlində ölkədə müşahidə edilən siyasi tənəzzül, daxili çəkişmələrin, Konstitusiyanın hüquqi cəhətdən işləmədiyi bir zamanda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətimiz üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.

Fərhad Abdullayev 1995-ci il noyabrın 12-də ilk milli Konstitusiyamızın qəbul edildiyini qeyd edərək bildirib ki, Ulu Öndərin dediyi kimi, Konstitusiya, əsas qanun olaraq, Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı bütün prioritet məsələləri özündə əks etdirməli, digər bütün qanunlar isə Konstitusiya əsasında və ona uyğun olaraq qəbul edilməlidir. O, ilk dəfə olaraq milli Konstitusiyamızda Konstitusiya Məhkəməsi anlayışının verildiyini və Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin fəaliyyətə başladığını nəzərə çatdırıb. Konstitusiya Məhkəməsinin əsas məqsədinin dövlətin Konstitusiyasının qorunması ilə bağlı olduğunu söyləyib. Konstitusiya Məhkəməsinin fəaliyyəti, keçdiyi inkişaf mərhələləri, səlahiyyətləri, qəbul etdiyi qərarların mahiyyəti, beynəlxalq əlaqələri barədə danışıb. O, habelə, Konstitusiya Məhkəməsi ilə Milli Məclis arasında səmərəli əməkdaşlıqdan bəhs edib.

Konfransda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Parlamentinin müstəqilliyin ilk illərindən müasir dövrümüzə qədər bütövlükdə konstitusionalizmin inkişafına töhfə verdiyini bildirib. Dövlət suverenliyinin hüquqi tarixi aspektlərinin hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb. O, Suverenlik və Konstitusiya anlayışlarının bir-biri ilə sıx bağlı olduğunu deyib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın suverenliyinin aktual problemləri dərindən öyrənilməyə başlandı. Güclü dövlət quruculuğu yolu seçildi, mükəmməl və müasir Konstitusiya qəbul edildi. Suverenliyin əsas əlaməti olan ərazi bütövlüyünün bərpa olunması üçün xüsusi strateji plan çəkildi.

Daha sonra çıxış edən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü tam şəkildə bərpa olunub və ölkə tam suveren şəkildə öz ərazisində idarəetməni təmin edir. Bu baxımdan, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması siyasi və hüquqi mənada mühüm əhəmiyyətə malikdir.

Komitə sədri vurğulayıb ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiyamız Azərbaycan Respublikasının hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş mühüm sənəddir. O, sənədin qəbul edilməsindən 30 il keçdiyini, bu illər ərzində müxtəlif texnoloji və hüquqi çağırışların meydana gəldiyini deyərək, Konstitusiyamızın dövrün tələblərinə cavab verdiyini, eyni zamanda, müasir çağırışlara uyğun olaraq bəzi əlavə hüquqi aktların və normativ sənədlərin qəbulunun mümkünlüyünün də nəzərə alındığını söyləyib.

Konfransda Milli Məclisin komitə sədrləri Sadiq Qurbanov, Siyavuş Novruzov, Fazil Mustafa, Zahid Oruc, Hicran Hüseynova, Anar İsgəndərov, Səməd Seyidov, Azər Əmiraslanov, komitə sədrinin müavini Razi Nurullayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı çıxış ediblər.

Bildirilib ki, müstəqillik xalqın azadlıq və iradəsinin ən ali ifadəsidirsə, suverenlik bu iradənin hüquqi, siyasi və praktiki təcəssümüdür. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin böyük əzmi, strateji uzaqgörənliyi və qətiyyətli rəhbərliyi nəticəsində dövlətimizin müasir, dünya standartlarına cavab verən Konstitusiyası qəbul olunmuşdur. Bu sənəd yalnız hüquqi baza deyil, eyni zamanda Azərbaycan dövlətçiliyini möhkəmləndirən, xalqı vahid məqsədlər ətrafında birləşdirən milli ideya nümunəsi olmuşdur. Bildirilib ki, Ulu Öndər təkcə siyasi müstəqilliyin deyil, həm də iqtisadi suverenliyin banisi kimi ölkənin gələcək inkişaf modelinin təməlini qoymuş, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına yol açmışdır.

Konfransa yekun vuran Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Dövlət Suverenliyi Gününə həsr olunmuş müzakirələrin səmərəli keçdiyini bildirib, çıxışlarda səslənən fikirlərin aktuallığını qeyd edib. O, Azərbaycan dövlətinin və xalqının gələcək inkişafı, müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərin önəmli olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlər, Azərbaycan Konstitusiyasının müxtəlif illərdə dərc edilmiş nüsxələri nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!