05 May 2022 13:37
1287
PARLAMENT
A- A+

Milli Məclis “Qida təhlükəsizliyi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib  

 

Milli Məclisin mayın 5-də keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 20-ci və 26-cı bəndlərinə uyğun olaraq, ölkə ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

9 fəsil və 40 maddədən ibarət olan sənəd hazırlanarkən mövcud hüquqi baza və bu sahədə beynəlxalq təcrübə öyrənilib, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eləcə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sazişlər, qabaqcıl ölkələrin qanunvericilik aktları əsas götürülüb.

Qanun layihəsinin hazırlanmasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı, xarici və yerli ekspertlər, o cümlədən Avropa İttifaqı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankının təcrübəli mütəxəssisləri yaxından iştirak ediblər.

Qanun layihəsi qida təhlükəsizliyi sisteminin təmin edilməsi sahəsində bir çox yeniliklərin hüquqi bazasının formalaşdırılmasını ehtiva edir, eyni zamanda, ölkə ərazisində insanların və heyvanların həyat və sağlamlığının, habelə istehlakçı hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Qanun layihəsinin qəbulu qida təhlükəsizliyinə daha effektiv nəzarət sisteminin qurulması və əhalinin təhlükəsiz qida ilə təmin edilməsi, qida və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması, qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün daha təkmil inzibati prosedurların müəyyənləşdirilməsi, istehsal sahələrində məhsuldarlığın artırılması kimi ölkə əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan verəcəkdir.

Qida təhlükəsizliyi sisteminin daha təkmil formalaşdırılmasını nəzərdə tutan qanun layihəsində konkret prioritetlər və tədbirlər müəyyənləşdirilib, o cümlədən adıçəkilən sahədə dövlətin vəzifələri, əsas prinsipləri, istehlakçı hüquqlarının müdafiəsi və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu ilə bağlı məsələlər yer alıb. Həmçinin qida təhlükəsizliyi sahəsinə yeni yanaşmanı ehtiva edən sənəd bu sahəyə dair bütün tələbləri, o cümlədən qida və yem məhsulları, xüsusi təyinatlı qida məhsulları və bioloji aktiv qida maddələri, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər məqamlara dair tələbləri əks etdirir.

Bundan əlavə, layihədə yer alan müddəalar sırasında qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, eləcə də qida subyektlərinin hüquq və vəzifələri və s. kimi mühüm istiqamətlər daxildir.

Bu Qanunun qüvvəyə mindiyi gündən “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 18 noyabr tarixli 759-IQ nömrəli Qanunu ləğv olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video