26 Sentyabr 2025 15:49
398
SİYASƏT
A- A+
Milli həmrəylik, qəhrəmanlıq və vətən uğrunda fədakarlığın tarixi salnaməsi

Milli həmrəylik, qəhrəmanlıq və vətən uğrunda fədakarlığın tarixi salnaməsi


27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədir. Hər bir şəhid və qazinin şücaəti isə gələcək nəsillər üçün əbədi bir ilham mənbəyidir.

Ermənistanın saxta iddiaları və işğalçı siyasəti, ermənilərin Qarabağa köçürülməsi və tarixi torpaqlarımızın zəbt olunması yüzilliklər boyu davam edən düşmənçiliyin nəticəsi idi. Bu siyasət yalnız torpaqlarımızın itirilməsinə yox, minlərlə insanın həyatının məhv olmasına və milli mədəniyyətimizin hədəfə alınmasına səbəb olmuşdur.

Ermənilər Azərbaycan torpaqlarında məskunlaşmağa başladıqdan sonra yerli toponimləri dəyişdirməyə, münbit əraziləri ələ keçirməyə və azərbaycanlıları sıxışdırmağa çalışmışlar. XX əsrin əvvəllərində daşnak ideologiyası əsasında həyata keçirilən soyqırımlar, xüsusilə 1918-1920-ci illər xalqımızın yaddaşında dərin qanlı izlər buraxmışdır. Bu, həmçinin milli kimliyimizin qorunması üçün mübarizənin başladığı bir zaman idi.

1948-1956-cı illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın soydaşımızın doğma yurdlarından çıxarılması Ermənistanın monoetnik dövlətə çevrilməsinə səbəb olmuşdur. 1988-ci ildə başlayan Qarabağ hadisələri isə erməni millətçilərinin “dənizdən-dənizə Ermənistan” ideyasını reallaşdırmaq cəhdlərinin nəticəsi idi. Bu hadisələr yüz minlərlə insanın evsiz qalması, kəndlərin və şəhərlərin dağıdılması, mədəni və tarixi abidələrin talan edilməsi ilə nəticələnmişdir.

Xocalı soyqırımı erməni faşizminin ən dəhşətli nümunəsi kimi tarixdə qaldı. 1992-ci il fevralın 26-da 7 min əhalisi olan şəhərdə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirildi, 25 uşaq hər iki valideynini, 130-u valideynlərindən birini itirdi. Bu dəhşətli hadisə beynəlxalq ictimaiyyətin diqqətini çəkdi, lakin ikili standartlar və qlobal siyasi balans işğalçının cəzasız qalmasına imkan verdi.

Xalqımız uzun illər işğalla barışmayacağını nümayiş etdirmiş, 2016-cı ildə baş vermiş Aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşləri bunun bariz nümunəsidir. Lakin Ermənistan hərbi təxribatlarını davam etdirərək 27 sentyabr 2020-ci il tarixində atəşkəsi kobud şəkildə pozmuş və Azərbaycanın yaşayış məntəqələrinə hücum etmişdir. Bu amillər Vətən müharibəsinin başlanmasının əsas səbəblərindən biri olmuş və xalqımızın azadlıq iradəsini daha da gücləndirmişdir. Həmin gün başlayan əks-hücum əməliyyatı Azərbaycan Ordusunun yüksək hazırlığının, strateji düşüncəsinin və milli həmrəyliyinin göstəricisi olmuşdur. “Dəmir yumruq” adlandırılan əməliyyat təkcə hərbi taktika deyil, həm də xalqın mənəvi və ruh yüksəkliyinin nəticəsi idi. 44 günlük savaş zamanı Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunmuşdur. Hər bir azad olunmuş torpaq parçası milli qürurumuzun və dövlətimizin gücünün təzahürüdür.

44 günlük Vətən müharibəsi zamanı döyüşlərdə 2908 hərbçimiz şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Hər bir şəhid və yaralı xalqımızın azadlıq və müstəqillik uğrunda göstərdiyi şücaətin bariz nümunəsidir. Bu döyüşlər həm də tarixi qələbənin, milli birlik və həmrəyliyin təcəssümü olmuşdur. Hərbi müstəvidə əldə edilən Zəfərin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilmişdir.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri şanlı ordumuz tərəfindən nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Tarixi Qələbə həm də dövlətimizin strateji baxışının, ordumuzun hazırlığının əyani sübutudur.

Vətən müharibəsi bizim şanlı tariximizdir, qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Dövlətimiz şəhid ailələri və qazilərə göstərdiyi davamlı diqqət və qayğı ilə həm onların rifahını təmin edir, həm də xalqımızın qəhrəmanlıq tarixinə verdiyi dəyəri bir daha təsdiqləyir.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində Qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Bütün bunlar dövlətin qəhrəman Vətən övladlarına olan dərin ehtiramını ifadə edir. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərlə əlaqədar Bakıda inşa edilən Zəfər Parkı və Memorial Kompleks də mühüm əhəmiyyət daşıyır.

Xalqımız 27 sentyabr – Anım Günündə şəhidlərimizin xatirəsini ehtiramla yad edir, milli həmrəyliyimizin vətənpərvərliklə dolu təntənəsini nümayiş etdirir. Qalib ölkə və müzəffər xalq kimi Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib. Şəhidlərimizin qanı yerdə qalmayıb, onların arzuları gerçəkləşib və dogma torpaqlarımız azad olunub.


Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!