Qərar № 4/15
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 97.1-ci maddəsinə əsasən seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) Nəzarət-təftiş xidməti yaradılır. Nəzarət-təftiş xidməti Mərkəzi Seçki Komissiyasının üzvlərindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssislərindən ibarət tərkibdə yaradılmalı, xidmətin rəhbəri onun tərkibinə daxil olan Komissiya üzvləri sırasından təyin edilməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 97.1-ci maddələrinə əsasən qərara alır:
1. Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidmətinin tərkibi aşağıdakı kimi təsdiq edilsin:
Xidmətin rəhbəri
Ramiz Hilal oğlu İbrahimov - Mərkəzi Seçki Komissiyasının üzvü
Xidmətin üzvləri
İlham Sabir oğlu Məmmədov - Mərkəzi Seçki Komissiyasının üzvü
Tofiq Eldar oğlu Həsənov - Mərkəzi Seçki Komissiyasının üzvü
Mərkəzi Seçki Komissiyası Katibliyi Maliyyə şöbəsinin müdiri
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi
Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi
Azərbaycan Respublikasının Hesablama Palatasının nümayəndəsi.
2. "Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidməti tərkibinin yenidən formalaşdırılması barədə" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2016-cı il 29 aprel tarixli 3/10 saylı Qərarı ləğv edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
04.08.2022-ci il