18 Noyabr 2025 08:25
1133
SİYASƏT
A- A+
"Mərkəzi Asiya+Azərbaycan" iqtisadi cəhətdən ölkəmizə nə verəcək

"Mərkəzi Asiya+Azərbaycan" iqtisadi cəhətdən ölkəmizə nə verəcək


İlham ƏLİYEV: "Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür"


Mərkəzi Asiya Dövlət Başçılarının Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşü region diplomatiyasının tarixinə mühüm bir hadisə kimi yazıldı. Budəfəki görüş yeni bir mərhələnin başlanğıcı kimi bütün tərəflər üçün vacib dönüş nöqtəsi oldu. Azərbaycan isə rəsmi şəkildə Mərkəzi Asiya Məşvərət Görüşünün tamhüquqlu üzvü seçildi. 

Bununla da Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın coğrafiyası genişləndi və "Mərkəzi Asiya + Azərbaycan" adlanan yeni bir platformanın qapıları açıldı. Azərbaycanın bu formata daxil olması Mərkəzi Asiyada yeni əməkdaşlıq əlaqələrinin formalaşması baxımından vacib addımdır. Bu vaxta kimi əsasən "beşlik"dən ibarət olan Mərkəzi Asiya formatı indi Azərbaycanın qoşulması ilə "altılıq" şəklinə keçir ki, bu da regionda inteqrasiyanın yeni dərinliklərinin zəminini yaradır. 

Qeyd edək ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri ilk dəfə 2018-ci il martın 15-də  Qazaxıstanın paytaxtı Astanada keçirilib. Bu format Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2017-ci ildə BMT Baş Assambleyasında irəli sürdüyü təşəbbüs əsasında yaranıb. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan liderlərini bir masa arxasında birləşdirən regional siyasi dialoq platformasıdır. 2018-ci ildən etibarən keçirilən bu görüşlərin əsas məqsədi bölgədə sabitliyi möhkəmləndirmək, iqtisadi əməkdaşlığı genişləndirmək və ölkələr arasında yaranan problemləri həll etmək üçün kollektiv yanaşma formalaşdırmaqdır. 

Artıq "Mərkəzi Asiya+Azərbaycan" adlanan platformanın özəlliyi ondadır ki, burada qərarlar sərt protokollar və ya məcburi öhdəliklər üzərində deyil, qarşılıqlı etimad və könüllü siyasi iradə əsasında qəbul edilir. Məşvərət görüşləri Mərkəzi Asiya dövlətlərinin regionda vahid mövqedən çıxış edən birlik kimi görünmək istəklərindən formalaşıb və zamanla təhlükəsizlik, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın əsas koordinasiya meydanına çevrilib. 

Coğrafi baxımdan Azərbaycan Asiya ilə Avropanı birləşdirən əlverişli tranzit ölkədir. Xəzərin qərb sahilində yerləşən Azərbaycan həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba uzanan əsas ticarət yollarının təbii kəsişmə nöqtəsidir. Bu mövqe Mərkəzi Asiya dövlətləri üçün Azərbaycanı  dünya bazarları ilə birləşdirən strateji körpü kimi önə çəkir. Həmin məqamı Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən belə ifadə edib: "Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Orta dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Son üç ildə Orta dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta dəhlizin əsas arteriyasına çevriləcək. Həmçinin Zəngəzur dəhlizinin (TRIPP) bir hissəsi olacaq avtomagistralın tikintisi də başa çatmaq üzrədir".

Prezidentin qeyd etdiyi Orta dəhliz və yükdaşımaların artımı tranzit və logistika imkanlarının genişləndirilməsi Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlıq perspektivlərini birbaşa gündəmə gətirir. Bu isə tamhüquqlu üzvlük vasitəsilə ölkəmizin qazanacağı faydaların açıq göstəricisi olmaqla yanaşı, iqtisadi baxımdan yeni bir qapının açılması deməkdir. Coğrafi mövqeyi baxımından Azərbaycan Orta dəhliz layihəsinin mərkəzində olduğu üçün tamhüquqlu üzvlük Mərkəzi Asiya ilə birbaşa əlaqələri gücləndirəcək, tranzit və logistika imkanlarını artıracaq, yük daşımalarını sürətləndirəcək. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi layihələrin daha da genişlənməsi həmçinin investisiya axınlarını artıraraq ölkəmizin maliyyə resurslarını da zənginləşdirəcək.

Bu mənada Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Biz Azərbaycan Respublikasının tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərarlar qəbul edirik. Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək" fikirləri Azərbaycanın regional əhəmiyyətini bir daha təsdiqləyir.

"Mərkəzi Asiya+Azərbaycan" formatı vasitəsilə birgə enerji layihələri, inteqrasiya edilən nəqliyyat dəhlizləri və rəqəmsal platformaların yaradılması mümkün olacaq. Nəticədə ticarət əlaqələri genişlənəcək, Azərbaycanın məhsulları Mərkəzi Asiya bazarına daha asan çıxacaq, ticarət dövriyyəsi artacaq, kənd təsərrüfatı, sənaye və xidmət sektorlarında yeni perspektivlər yaranacaq, Azərbaycan üçün real və ölçülə bilən faydalar gətirəcək. Bu iqtisadi perspektivləri İlham Əliyev Daşkənd səfərindən bir neçə gün əvvəl Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində belə vurğulayıb: "Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb".

Azərbaycanın quruma tamhüquqlu üzv seçilməsi ölkəmizin strateji çəkisini artıran mühüm qərardır. Bu qərar tranzit və logistika imkanlarını genişləndirəcək, enerji və nəqliyyat layihələrinə yeni nəfəs verəcək, ticarət və investisiya axınlarını canlandıracaq. "Mərkəzi Asiya+Azərbaycan" formatı eyni zamanda ölkəmizin regional inteqrasiyadakı rolunu möhkəmləndirəcək və Azərbaycanı Cənubi Qafqazla Mərkəzi Asiya arasında etibarlı, güclü tərəfdaş kimi önə çıxaracaq.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!