21 Fevral 2023 01:49
2198
SİYASƏT
A- A+
Mehriban Əliyeva qadın fəallığı ənənələrinin yeni tarixi salnaməsini yaradır

Mehriban Əliyeva qadın fəallığı ənənələrinin yeni tarixi salnaməsini yaradır

 

Cəmiyyətdə qadınların üzərinə düşən öhdəliklər hər zaman böyük olub. Tariximizin bütün dövrlərində cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilən, adı tarixə yazılan Azərbaycan qadınları olub. Onlar zəriflikləri, incəlikləri qədər də mübariz, əzmkar, dözümlü və yardımsevər olublar. Odur ki, üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər. Müasir dövrdə də qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər xüsusi aktuallıq kəsb edir.

 

Mədəni irsin təbliğinə diqqət və qayğı

 

Azərbaycan qadınlarının ən yüksək keyfiyyətlərindən biri də müasirliklə yanaşı, həm də xalqına, kökünə bağlı olmalarıdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz çoxşaxəli və məhsuldar  fəaliyyətində hər zaman Azərbaycanın tarixi nailiyyətlərinə, zəngin mədəniyyətinə, elm və təhsil sahələrinə diqqət və qayğı ilə yanaşır. Hələ 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə  Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs" jurnalını təsis edib.
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin təcəssümü və inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Bəşəriyyətin şifahi və qeyri-maddi irsinə dair şah əsərlərindən olan, dünya siyahısına daxil edilən muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində onun təşəbbüsü ilə təqdirəlayiq işlər həyata keçirilib. 
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan muğam sənətinin inkişafı və qorunması məqsədilə "Azərbaycan muğamları" layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus, fransız, alman, italyan dillərində  "Qarabağ xanəndələri" musiqi albomunu nəşr edib. 24 korifey xanəndənin ifasında səslənən muğamların toplandığı musiqi albomu dünya xalqlarına Azərbaycan musiqi mədəniyyətinin zəngin tarixi barədə ətraflı məlumat verir. Eyni zamanda "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri Azərbaycan xalqına məxsus zəngin sənətin təbliğində böyük əhəmiyyətə malikdir.
Bundan başqa, Azərbaycan muğam sənətinin qorunub saxlanılması, təbliği məqsədilə nəzərdə tutulan "Muğam-irs", "Muğam dəstgah", "Muğam-Antologiya" layihələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüs və xidmətlərinin nəticəsidir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 120 illiyi münasibətilə təşkil edilən televiziya muğam müsabiqəsi görülən dəyərli işlərin davamı kimi böyük maraq doğurub.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 18-25 mart 2009-cu ildə Bakıda "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı keçirilib. Qeyd edək ki, festival mərasimləri xalqımızın milli və tarixi adət-ənənələrini yaşadan Novruz bayramı ərəfəsində təşkil olunub. Əsas məqsədi müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiqincə yer tutması olan Muğam festivalının keçirilməsi ənənəvi hal alıb. Tədbirdə yalnız Azərbaycanın deyil, dünyanın tanınmış sənətkarları da iştirak ediblər.
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı uğurlu, yaddaqalan və davamlı olub. Muğam sənətimizin təbliği və inkişafı nəzərdə tutularaq keçirilən növbəti festivallarda da dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak ediblər. Həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində festivallar çərçivəsində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil edilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri keçirilib. 
Azərbaycan xalqına xas, eyni zamanda bütün dünya musiqi ictimaiyyəti üçün dəyərli olan muğam sənətinin əbədiyaşarlığını qeyd edən Mehriban Əliyeva diqqətə çatdırıb ki, hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır: "Qərblə Şərqin arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır". O, muğamın insanlara bəxş etdiyi mənəvi zövqün, zənginliyin, duyğuların heç nə ilə əvəz oluna bilmədiyini vurğulayıb. Muğamın Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısı olduğunu diqqətə çatdırıb: "Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, muğam gözəlliyin və məhəbbətin rəmzidir desəm, səhv etmərəm".
Mehriban Əliyeva diqqətə çatdırıb ki, muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur.

 

Azərbaycanlı olmağın qüruru

 

Tarixə hörmətin, ehtiramın bir yolu da bu günə qayğı ilə yanaşmaqdır. Çünki hər keçən gün tarixə çevrilir. Ölkəmizin tərəqqisi və xalqımızın rifahı naminə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi böyük əhəmiyyət daşıyır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə hətta respublikamızın ən ucqar yerlərində belə məktəb binaları, səhiyyə və tibb məntəqələri inşa və bərpa edilir.
Mehriban Əliyeva gələcəyimiz olan körpələrə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əməkdaşları mütəmadi olaraq kimsəsizlər və körpələr evlərinə baş çəkir. Müstəqil Azərbaycanda  körpələrin, uşaqların sağlam və savadlı böyüyüb tərbiyə olunması üçün mühüm işlər görülür.
Bu il fevralın 6-da Türkiyədə böyük dağıntılara, minlərlə insanın həlak olmasına və xəsarət almasına səbəb olan güclü zəlzələlər baş verəndə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz kədərini bildirərək başsağlığı verdi. Və elə əsrin fəlakətinin baş verdiyi gündən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, zəlzələdən zərərçəkənlərə humanitar yardım dolu təyyarələr yola salındı.
Azərbaycanın  bütün bölgələrindən qardaş ölkəyə kömək əli uzandı. Hər kəs bacardığı, imkanı çatdığı  qədər yardım etdi. Azərbaycanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyəyə yardımda göstərdiyi həssaslığa görə ölkə ictimaiyyətinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindəndir: "İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Elçin Yusubov: Xankəndi şəhərinin Baş planı yaxın vaxtlarda təqdim ediləcək  

16:00
13 May

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelada

15:41
13 May

DÇ-2026: İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilməyib

15:37
13 May

Azərbaycanı “AGF Trophy” turnirində 16 idman gimnastı təmsil edəcək

15:25
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!