23 İyul 2025 09:10
562
İQTİSADİYYAT
A- A+
Masallının "İstisu"yunda qonaqlara isti münasibət var

Masallının "İstisu"yunda qonaqlara isti münasibət var


Ölkəmizin səfalı və şəfalı yerləri çoxdur. Amma Masallı rayonundakı "Fatimeyi-Zəhra" adlanan "İstisu" sanatoriyasının onların sırasında məxsusi yeri var. 

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda "İstisu" adı ilə şəfa ocaqları çoxdur. Onların əksəriyyəti termal su, bəziləri də yerdən isti çıxan palçıq vulkanları ərazilərində yerləşir. Dərin qatlardan xeyirli mineralları özü ilə yerin təkinə çıxaran bu cür sular bir çox xəstəliyin müalicəsində əvəzsizdir. Lənkəranda, Astarada, Salyanda, Qubanın Xaltan kəndində və s. yerlərdə istisu ocaqları xüsusən yel xəstəliyindən əziyyət çəkənlərin tez-tez üz tutduqları ünvanlardır. Torpaqlarımız düşmən tapdağı altından xilas edildikdən sonra onların sırasına Kəlbəcərin dünyaşöhrətli "İstisu"yu da qoşulub. Yaxın vaxtlarda çox güman ki, həsrətində olduğumuz "İstisu" sanatoriyasının yenidən işə salınmasının şahidi olacağıq. 

"İstisu" adı ilə tanınan müalicə ocaqlarından biri də qədim Lənkəran torpağındadır. Bir neçə il öncə o, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası  çərçivəsində əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdikləri sanatoriya şəfalı xüsusiyyətlərinə, gözəl mənzərələrinə, saf havasına görə turistləri və müalicəyə ehtiyacı olan hər kəsi özünə cəlb edir. 

Ərazicə çox da böyük olmayan, ölkəmizin müalicəvi məkanlarından biri də Masallı rayonundakı "İstisu" şəfa ocağıdır. Dilimizdə "ocaq" sözünün bir mənası da inanc, ümid yeri kimi işlədilir. Masallı şəhərindən 12-13 kilometr məsafədə, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Dəmbəlov dağının ətəyində, Viləş çayının sahilində yerləşən bu şəfa qaynağının nə vaxt yerin təkindən özünə yol tapıb üzə çıxdığını doğru-dürüst heç kim bilmir. Qədimdən insanlar yay aylarında bura gələrək təbiətin yaratdığı gölməçələrdəki isti suya girmiş, ətrafdakı meşələrdə istirahət etmişlər. Bunun onların sağlamlığına yaxşı təsir etdiyini, müxtəlif ağrılarının çəkilib getdiyini görüb hər il yay aylarında bura üz tutmuşlar. Beləliklə, Masallı "İstisu"yunun adı zaman keçdikcə məşhurlaşmışdır. 

Buradan çıxan isti suyun tərkibini keçən əsrin 60-cı illərində əslən Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı - Sarəng kəşf etmişdir. O, sübut etmişdir ki, buradan çıxan isti suyun tərkibində hidrogensulfid, natriumxlor, kalsium, maqneziumkarbohidrat və hər litrə 30 milliqram yod var. Yerin təkindən çıxan suyun hərarəti təqribən 60 dərəcədir. Yeri gəlmişkən qeyd edək ki, Masallı "İstisu"yu hələ sovetlər zamanında ittifaq səviyyəsində tanınan termal su mənbələrindən olub. Ovaxtlar ittifaqın 12 alimi "İstisu" şəfa ocağına gələrək əlavə tədqiqatlar aparmış və həmyerlimizin kəşfini təsdiqləmişdir. 

Zaman keçmiş, SSRİ süquta uğramış, Azərbaycan müstəqilliyini bərpa etmişdir. Doğrudur, müstəqilliyin ilk illərində əvvəllər qurulmuş iqtisadi əlaqələrin qırılması bir çox çətinlik yaratmışdır. Lakin Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər həmin çətinliklərin aradan qaldırılmasına təkan vermiş, fəaliyyətsiz qalan istehsal müəssisələri və xidmət obyektləri özəlləşdirilərək yenidən qurulmuş, müasir texnologiyaların tətbiqi nəticəsində inkişaf etməyə başlamışdır. 

İş adamı Hacı İldırım Allahyarov tərəfindən özəlləşdirilən "İstisu" sanatoriyasında da keçmişdən, demək olar ki, heç bir əsər-əlamət qalmamışdır. Əvvəllər primitiv şəkildə olan vanna otaqları yeniləşdirilmiş, turistlərin qalmaları üçün müasir koteclər, həkim otaqları, yeməkxana, xidmət obyektləri, istirahət guşələri, çayxana, restoran və s. tikilmişdir. Viləş çayının sahilində möhtəşəm  istirahət parkı salınmışdır. Parkda bütün yaşdan olan qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Çayın sağ sahilində isə çimərlik yaradılmışdır. Sanatoriya rəhbərliyi Masallı-Yardımlı şose yolunun kənarındakı şəlaləni görmək, təbiət mənzərələrini seyr etmək, rayonun görməli yerləri ilə tanış olmaq istəyənlər üçün turlar təşkil edir. Bir sözlə, burada müalicə olunmaq, istirahət etmək üçün hər cür şərait mövcuddur. Bu səbəbdəndir ki, hər ilin yaz-yay fəslində sanatoriyaya minlərlə turist gəlir. Göyçay rayonundan olan Nəzakət Xəyyami öz təəssüratını bizimlə belə bölüşdü: 

- Uzun müddət Göyçay şəhər 6 saylı uşaq bağçasında müəllim işləmişəm, hazırda təqaüddəyəm. Bura Həmkarlar İttifaqı xətti ilə gəlmişəm. Sanatoriyadakı səliqə-sahman çox xoşuma gəldi. Suyunun isə tayı-bərabəri yoxdur. Vannadan çıxandan sonra adam özünü quş kimi hiss edir. Həkim Səxavət İbadov, tibb işçisi Əhməd Süleymanov istirahətə gələnlərin hər birinə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Tez-tez təzyiqimizi, şəkərimizi yoxlayır, öz məsləhət və tövsiyələrini verirlər. 

Söhbətə qoşulan Bəyimxanım Qafarova rəfiqəsinin sözünə qüvvət verdi: 

- Mən isə Bakıda yaşayıram. Uzun müddət S.Rüstəm adına 3 saylı xarici dillər gimnaziyasında işləmişəm. Hazırda təqaüddəyəm. Onu deyə bilərəm ki, Masallı "İstisu"yu çox xoşuma gəlir. Ağrılarım var idi. Hiss edirəm, yavaş-yavaş çəkilir. Yaradılan şəraiti sözlə ifadə etmək çətindir. 

Üç nəfər qohum sanatoriyanın yuxarı hissəsində - meşənin içində tikilmiş kotecdə qalırıq. Görürsünüz, bura çox istidir, amma orda hava buradan çox-çox sərindir. Rəfiqəm Nəzakət xanım çox yaxşı vurğuladı. Burada istirahət və müalicə üçün ideal şərait var. Növbəti yay fəslində də, sağlıq olsun, bura gələcəyəm. Yollayışımızın müddəti 10 gündür. Yer olsa, 1 həftə də artırmaq fikrindəyik. 

Yeganə Vətənxan isə Nəzakətin əmisinin həyat yoldaşıdır. Bakıda müəllim işləyib. O da hazırda təqaüddədir. Deyir ki, onu və Bəyimxanımı bura Nəzakət  gətirib: "Doğrudan da, tərifinə layiq yer imiş. Təmiz havası, gözəl mənzərələri, ən əsası isə şəfalı suyu var. Rəfiqələrim demək istədiyim fikirlərin hamısını qeyd etdilər. Əlavə "İstisu"da yaxşı qidalanmağımızı bildirmək istərdim. Hamısı təzə kənd məhsullarıdır. Müalicə də öz yerində. Sevinirəm ki, Azərbaycanımızın belə gözəl müalicə ocaqları var. Sanatoriyanın sahibkarı Hacı İldırım bütün günü istirahət edənlərə baş çəkir, onların təklif və tələblərini öyrənir". 

Masallı "İstisu" sanatoriyasına təkcə ölkəmizdən deyil, xarici ölkələrdən də hər il yüzlərlə turist gəlir. Onlar buradan xoş təəssüratla ayrılır və yenidən gəlmək arzusunda olduqlarını bildirirlər. Sanatoriyanın rəy və təkliflər kitabını vərəqləyərkən bunun şahidi olmaq mümkündür. 


Seyran CAVADOV,  

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!