27 Avqust 2025 14:48
414
SİYASƏT
A- A+
Malayziya mediasında Vaşinqton sammiti haqqında məqalə yayımlanıb  

Malayziya mediasında Vaşinqton sammiti haqqında məqalə yayımlanıb  


Malayziyanın aparıcı media qurumlarından olan “Astro Awani”də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vüsal Quliyevin “Vaşinqton sammitindən sonra Cənubi Qafqazda geosiyasi yenidənqurma” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən sammitin Cənubi Qafqazın geosiyasətində mühüm hadisə olduğu və regional güc dinamikasının əsaslı şəkildə yenidən qurulmasına təsir göstərdiyi qeyd olunur. Bu xüsusda, Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu (TRIPP) yaratmaqla ABŞ-ın regionda strateji tərəfdaşa çevrildiyi və bu vəziyyətin regional güc balansını dəyişdirdiyi bildirilir. Dəmir yolları, enerji boru kəmərləri və fiber-optik xətləri əhatə edəcək TRIPP-in Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və oradan da Türkiyə ilə birləşdirəcəyi, bu dəhlizin sülh çərçivəsi daxilində geoiqtisadi ambisiyaları özündə cəmləşdirən həm fiziki əlaqə, həm də strateji rıçaq olduğu göstərilir.

Eyni zamanda, yazıda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə məlumat verilərək, Azərbaycanın 2020-ci və 2023-cü illərdə apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanın işğalına son qoyulduğu və bunun regionda təsir balansını dəyişərək müxtəlif aktorlar, o cümlədən ABŞ üçün praqmatik geoiqtisadi maraqlara əsaslanan yeni diplomatik yanaşma ilə addım atmağa yol açdığı vurğulanır. Bununla yanaşı, məqalədə sammitin nəticələrindən biri kimi Azərbaycana münasibətdə ABŞ ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair 907-ci düzəlişin uzun müddətdir tətbiq etdiyi məhdudiyyətlərin Prezident Tramp tərəfindən ləğvinin olduğu göstərilir. Yazıda sammitin daha bir əlamətdar nəticəsi kimi Azərbaycanın və Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciəti göstərilir.

Məqalədə region ölkələrinin sülh razılaşması ilə bağlı mövqeyinə toxunularaq, Türkiyənin bu razılaşmanı alqışladığı və adıçəkilən marşrutun Türkiyə üzərindən Avropa və Asiya arasında quru ticarətini sürətləndirəcək Orta Dəhlizin strateji hissəsi kimi qiymətləndirildiyi göstərilir. Qeyd olunub ki, Rusiya Xarici İşlər Nazirliyi Cənubi Qafqazda sabitliyə doğru istənilən addımı alqışladığını bildirsə də, bu ölkənin siyasi şərhçiləri Ermənistanı strateji xəyanətdə günahlandırır və razılaşmanın, o cümlədən TRIPP-in Moskvanın regionda əsas vasitəçilik roluna təsir etdiyini vurğulayırlar. Məqalədə İranın sülh razılaşmasını açıq şəkildə alqışladığı, lakin bu dəhlizin onun strateji tranzit roluna xələl gətirə biləcəyi ilə bağlı narahatlığını ifadə etdiyi bildirilir.

Məqalənin yekununda Vaşinqton razılaşmasının həm ABŞ diplomatiyası üçün əlamətdar hadisə olduğu, həm də Cənubi Qafqaz geosiyasətində yeni səhifə açdığı vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!