Makron Fransanı nüfuzdan salıb
"Neokolonializm siyasətini davam etdirən Fransa müstəmləkəsində olan xalqların hüquqlarına hörmət etmir. Özünün dünyadakı hegemonluğunu təmin etmək məqsədilə yeni müstəmləkəçilik strategiyaları həyata keçirir. Bununla yanaşı, Paris onun cinayətkar əməllərini ifşa edən Bakıya qarşı açıq düşmənçilik sərgiləməkdən də çəkinmir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Deputat söyləyib ki, Fransanın Azərbaycana qarşı riyakarlıq üzərində qurulmuş oyunları bu ölkənin çirkin niyyətlərindən xəbər verir: "Müstəmləkələri üzərində hegemonluğunu itirmək üzrə olan Paris Cənubi Qafqazda hərbi mövcudluğa nail olmaq istəyir. Bu məqsədlə ölkəmizə qarşı apardığı "qara piar" kampaniyalarını davam etdirir, ermənidən daha çox ermənilik edir. Təbii ki, bu ssenaridə əsas rolu Fransa prezidenti Emmanuel Makron oynayır. Hər addımında Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialarla çıxış edən Makronun komandasının üzvləri riyakarlıq göstərməkdə heç də ondan geri qalmırlar".
Deputat Fransanın "ölmüş" kolonializmə nəfəs vermək cəhdlərini beynəlxalq münasibətlər sistemi üçün təhlükəli hesab edir. Müsahibimiz bildirir ki, Makron hakimiyyətinin bu cəhdləri Parisi nüfuzdan salır, dünya ictimaiyyətinin fransızlara inamını azaldır. "Makron əsassız planlarını reallaşdırmağa cəhd etməklə birbaşa Fransa dövlətçiliyinə zərbə vurur. Ölkəsinin daxili problemlərini həll etmək əvəzinə, özünə aiddiyəti olmayan qlobal məsələlərə münasibət bildirir, hətta müharibə cinayətlərinə haqq qazandırır. Hər addımda beynəlxalq hüququn norma və prinsiplərini pozan Makron Fransası bu gün böyük uçurumun kənarındadır", - deyə deputat qeyd edib.
Məlahət İbrahimqızı həmçinin onu da deyib ki, Fransanın Cənubi Qafqazla bağlı siyasəti kökündən yanlışdır. Makron Fransası regiondakı mövcud reallıqları düzgün qiymətləndirmir, Azərbaycanın yaratdığı reallıqları qəbul etmək istəmir: "Azərbaycana təzyiq göstərmək üçün müxtəlif "qərarlar" qəbul edərək, müstəmləkə siyasətini Cənubi Qafqaza da yeritməyə çalışır. Beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə qətnamələrin qəbul olunması üçün dəridən-qabıqdan çıxan rəsmi Paris, bu azmış kimi, Ermənistanı silahlandırır. Lakin unudur ki, bu addımları Fransanı regionumuzdan daha da uzaqlaşdırır, ölkəmizə qarşı məkrli siyasət yürütməklə Mərkəzi Asiya ölkələri ilə əlaqə qurmaq imkanlarını da itirir".
Deputat Fransa kimi bəzi dövlətlərin və təşkilatların Azərbaycanla təhdid dili ilə danışmağının da mümkünsüzlüyünü vurğulayıb. Müsahibimiz deyib ki, bu cür addımlar heç bir təsir imkanlarına malik deyil. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, "Azərbaycanla kimsə təhdid, şantaj dili ilə danışa bilməz".
N.QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub
20 May
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
20 May
Bakıda TDT çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş tədbir təşkil olunub ...
20 May
BMT-nin Baş katibi İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib ...
20 May
Latviya Seyminin sədri: Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşacağına inanırıq ...
20 May
AQTİ-də keytrinq şirkətlərinin və otellərin əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlim keçirilib...
20 May
Suriyadan Azərbaycana qaytarılmış daha 8 vətəndaşımızla bağlı sosial reabilitasiya tədbirlərinə başl...
20 May
Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Rəhbərinə başsağlığı verib
20 May
Qarabağ Universitetinə rektor təyin olunub
20 May
Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb
20 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!