22 Avqust 2024 09:10
420
İQTİSADİYYAT
A- A+
"Made in Azerbaijan": domofon, müşahidə kamerası, konnektor, elektrik yuvası...

"Made in Azerbaijan": domofon, müşahidə kamerası, konnektor, elektrik yuvası...

 

Müasir dövrdə hər hansı təsisatın özünü mütərəqqi beynəlxalq aləmdən təcrid şəraitində saxlaması intihara bərabər bir addım olardı. O üzdən Azərbaycan bütün istiqamətlərdə sivil, mütərəqqi dünyaya inteqrasiya edən bir ölkə kimi digər dövlətlərlə sıx əlaqələr qurur. 
Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən kənarda deyil. Məhz buna görə iqtisadiyyatın inkişafına aid Prezidentin imzaladığı bütün sənədlərdə uzunmüddətli dövr üçün iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsinə geniş yer verilir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədi ilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivənin formalaşdırılması, bu sahədə əsas meyar sayılan qiymətlərin aşağı və sabit olmasının vacibliyi vurğulanır. 
Danılmaz gerçəklikdir ki, son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafına xüsusi əhəmiyyət verilməsinin nəticəsidir. 
Azərbaycanın sənaye zonalarında 10 il müddətinə müxtəlif vergilərdən azad olunmaqla qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün müstəsna imkanlar yaradılır. Həmin zonalarda dövlət vəsaiti hesabına yaradılan müasir infrastruktur sahibkarlığın inkişafı üçün əlverişli imkanlar təqdim edir. Dövlətimizin başçısı iqtisadi məsələlərlə bağlı çıxış və müsahibələrində, eləcə də əcnəbi qonaqlarla görüşlərində mütəmadi şəkildə adıçəkilən mövzunun əhəmiyyətini vurğulayır, əsas məqsədin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirir.
İstər Prezident İlham Əliyevin göstəriş və tövsiyələri, təsdiqlədiyi hüquqi-normativ aktların tələbi, eləcə də bazarın diktə etdiyi şərtlər sayəsində ölkəmizdə istehsal olunan məhsulların keyfiyyəti xeyli yüksəlib. Bu özünü təkcə daxili istehlak bazarında deyil, xarici ticarət əlaqələrində də açıq-aydın göstərir. Dünyanın bir çox qabaqcıl ölkələri Azərbaycanla iqtisadi-ticari ünsiyyətə və yeni müqavilələrin imzalanmasına xüsusi maraq göstərirlər. Məsələn, bir müddət öncə Madriddə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İspaniya Ticarət Palatası, eləcə də Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası arasında görüş keçirilib. Qeyd olunub ki, İspaniyaya qeyri-neft məhsullarının ixracının artırılması, eləcə də ispan şirkətlərinin ölkəmizin investisiya layihələrinə cəlb edilməsi yönündə AZPROMO tərəfindən müvafiq qurumlarla aktiv işlər görülür. Tədbir çərçivəsində əməkdaşlığın hüquqi çərçivəsinin müəyyənləşdirilməsi məqsədi ilə adıçəkilən qurumlarla anlaşma memorandumları imzalanıb.
Azərbaycanın "AEM Elektron" MMC şirkətinin Çində "Voltam" brendi altında domofon və şlaqbaum istehsalına başlaması da sevindirici xəbərdir. Şirkətin korporativ satış meneceri Azər Rzayevin sözlərinə görə, ÇXR-də domofon və şlaqbaumla yanaşı, şəbəkə kabelləri, konnektorlar, elektrik yuvaları, müşahidə kameralarının yığılması da planlaşdırılır: "Bu məhsullar Çindəki partnyor şirkətlərin zavodlarında hazırlanır və yalnız Azərbaycan bazarına göndərilir. Gələcəkdə həmin məhsulların istehsalının ölkəmizdə təşkili də nəzərdə tutulur. Domofonlar yeni məhsulumuzdur. Bu məhsullar ölkə bazarına az sayda test məqsədilə çıxarılıb. Gələcəkdə domofonların, eləcə də "Voltam" brendi altında digər məhsulların istehsalını genişləndirəcəyik". 
Azərbaycan da Çin bazarına əliboş getmir. Hazırda ÇXR-ə fındıq ixracı məqsədi ilə qarşılıqlı protokolların imzalanması üçün danışıqlar aparılır. Bunu AQTA-nın idxal və ixraca nəzarət şöbəsinin baş məsləhətçisi Vəfa Səfərli paytaxtımızda keçirilən "Yaşıl dünya naminə" mövzusunda Bitki Sağlamlığı Forumunda bildirib: "Çinə fındıq, eləcə də alma, nar və badam ixracı üçün agentlik risk qiymətləndirməsinin nəticələrini qarşı tərəfin səlahiyyətli qurumuna rəsmi kanallar vasitəsilə təqdim edib. Agentliyin müvafiq sahədə vahid dövlət nəzarətini həyata keçirən dövlət qurumu kimi təsisatlanması, ixrac olunan bitkilər və bitkiçilik məhsullarına münasibətdə digər ölkələrin tələblərinə uyğun nəzarəti həyata keçirməsi nəticəsində xarici ölkə bazarlarına çıxış imkanları artırılıb, ixrac həcminin artırılmasına nail olunub". 
Ötən il Rusiya ilə ticarət dövriyyəmizin həcmində 17 faiz artım müşahidə edilib. Sankt-Peterburq şəhərinin sənaye siyasəti, innovasiyalar və ticarət komitəsi sədrinin birinci müavini Aleksandr Sitov deyib ki, Rusiyanın şimal paytaxtının ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatında Azərbaycan əhəmiyyətli rol oynayır. 
Nə qədər gözlənilməz olsa da, bu sırada heyvandarlıq məhsulları da var. Məsələn, Azərbaycan Vyetnama hər il 1000 tondan çox ət və ət məhsulları ixrac edəcək. Bununla bağlı Bakıda "Canet" MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. MMC-nin rəhbəri Tural Əliyev məlumat verib ki, bu ilin may ayında Vyetnamda keçirilən görüşdə şirkətlərlə bu istiqamətdə danışıqlar aparılıb: "Sənədə əsasən, Vyetnam şirkətlərinin tələbatı üzrə Azərbaycandan ət ixrac ediləcək. İxracın həcminin illik 1000 tondan çox olacağı proqnozlaşdırılır. Çatdırılma əsasən hava yolu ilə həyata keçiriləcək. Soyudulmuş ətlər hava nəqliyyatı, dondurulmuş ətlər isə avtomobil yolu ilə daşına bilər".
Sadalanan faktları xeyli artırmaq mümkündür. Amma bunlar da kifayət edir ki, iqtisadiyyatımız şaxələndikcə, qeyri-neft sektoru inkişaf etdikcə, istehsal olunan məhsulların keyfiyyəti yüksəldikcə ticarət əlaqələrimizin daha geniş coğrafiyanı əhatə etdiynin şahidi olaq.

Qurban MƏMMƏDOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!