08 Sentyabr 2025 17:27
459
SİYASƏT
A- A+
Lu Mey: Çin-Azərbaycan münasibətləri məhz iki dövlət başçısının strateji rəhbərliyi ilə tarixinin ən yüksək zirvəsinə çatıb  

Lu Mey: Çin-Azərbaycan münasibətləri məhz iki dövlət başçısının strateji rəhbərliyi ilə tarixinin ən yüksək zirvəsinə çatıb  


Azərbaycan Prezidenti İlham Əliyev Çinə 8 dəfə səfər edib, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə müxtəlif formatlarda 10-dan çox görüş keçirib. İki ölkənin liderləri arasında yaxşı işgüzar əlaqələr qurulub, dərin şəxsi dostluq möhkəmlənib. ÇXR Sədri Si Cinpin Prezident İlham Əliyevi “köhnə dostum” adlandırıb. Məhz iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri daim inkişaf edir və artıq tarixinin ən yüksək səviyyəsinə çatıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Çinə bu yaxınlarda etdiyi səfərin yekunlarına həsr olunmuş brifinqdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey deyib.

Diplomat əlavə edib: “Prezident İlham Əliyev avqustun 31-də Çinə gəldikdən bir gün sonra ÇXR Sədri Si Cinpin ilə görüşüb. Liderlər iki ölkə arasında siyasi etimadın daha da möhkəmləndirilməsi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşün yekununda bir sıra mühüm razılaşmalar əldə olunub. Çinin Sədri Si Cinpin qeyd edib ki, Çin və Azərbaycan inkişaf və tərəqqi yolunda yoldaşdır və Pekin Çin-Azərbaycan əməkdaşlığının yaxşı dinamikasını qorumaq, qarşılıqlı fayda və birgə inkişaf naminə yeni üfüqlər açmaq naminə Azərbaycanla bundan sonra da işləməyə hazırdır. Dövlət başçılarının görüşü Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının növbəti mərhələsinin istiqamətlərini müəyyən edib, həmçinin iki ölkə arasında hərtərəfli əməkdaşlığın dərinləşməsinə yeni təkan verib”.

Bu səfərin Prezident İlham Əliyevin son bir ildə Çinə ikinci səfəri olduğunu və dövlətimizin başçısının dörd günə yaxın bu ölkədə qaldığını diqqətə çatdıran Lu Mey vurğulayıb ki, onda olan məlumata görə, Azərbaycanın lideri indiyədək heç bir ölkəyə belə uzunmüddətli səfər etməyib. O əlavə edib: “Bu arada, Prezidentin xanımı, qızı və nəvəsi də səfər zamanı onu müşayiət ediblər ki, bu da onun Çinə olan xüsusi diqqətini və dərin dostluq hisslərini tam şəkildə əks etdirir. Nəticədə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının inkişaf etdirilməsi prosesində iki dövlət başçısının liderliyi daha da möhkəmlənib”.

Diplomat Çin və Azərbaycanın əsas maraqlarına və ciddi narahatlıqlarına toxunan məsələlərdə tərəflərin qəti şəkildə qarşılıqlı dəstəyini şərəfli ənənə, eləcə də hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təbii komponenti adlandırıb.

O vurğulayıb: “Prezident İlham Əliyevin ŞƏT Sammitində və Çin Xalq Respublikasının Yaponiya təcavüzkarlarına qarşı müqavimət müharibəsində Qələbəsinin və dünya antifaşist müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsi tədbirində iştirak etmək üçün Çinə səfəri, özlüyündə, Pekinin ŞƏT sədri kimi fəaliyyətinə verilən yüksək qiymət, həmçinin çoxtərəflilik, beynəlxalq bərabərlik və ədalətin qeyd edilməsi üzrə atılan əməli addımdır. Çinin Sədri Si Cinpin milli inkişaf strategiyalarının uyğunlaşdırılması prosesinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Çin tərəfi Azərbaycanla çoxtərəfli platformalarda əməkdaşlığı dərinləşdirməyə, bəşəriyyət üçün ortaq gələcəyi olan icmanın formalaşdırılması naminə Qlobal Cənubun ümumi maraqlarını təmin etməyə hazırdır”.

Lu Mey vurğulayıb: “Azərbaycan tərəfi vahid Çin prinsipinə qətiyyətlə yanaşır və “Tayvanın müstəqilliyinə” qarşıdır. Prezident İlham Əliyev “ŞƏT plyus” iclasında bildirib ki, Azərbaycan Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya üzrə təşəbbüslərini fəal şəkildə dəstəkləyir və Sədr Si Cinpinin təklif etdiyi Qlobal İdarəetmə Təşəbbüsünü alqışlayır”.

Diplomat daha sonra qeyd edib: “Praqmatik əməkdaşlıq potensialı da daha çox üzə çıxıb. Çinin Azərbaycandakı səfiri kimi dərindən əminəm ki, Çin və Azərbaycanın praqmatik əməkdaşlıq üçün böyük perspektivləri və potensialı var. Sözügedən səfər zamanı iki ölkə liderləri praqmatik əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Sədr Si Cinpin qeyd edib ki, milli inkişaf strategiyalarının uyğunlaşdırılmasını intensivləşdirmək, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksəkkeyfiyyətli əməkdaşlığı inkişaf etdirmək, ticarət və investisiyanın liberallaşdırılmasına və asanlaşdırılmasına kömək etmək, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarını davamlı olaraq artırmaq, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı sektorlarında inkişafı təmin etmək, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirmək vacibdir. Resursların toplanması və ikitərəfli münasibətlər üçün möhkəm zəmin yaradılması məqsədilə təhsil, elmi-texniki, mədəniyyət, turizm, gənclər və regionlararası əməkdaşlığın gücləndirilməsi də zəruridir. Görüşdə dövlət başçıları, həmçinin süni intellekt, elmi və texnoloji innovasiyalar, maliyyə, media və digər sahələrdə ikitərəfli əməkdaşlığa dair sənədlər imzalayıblar ki, bu da əməkdaşlığın dərinləşməsinə yeni təkan verib”.

Səfir sözlərinə yekun vuraraq bildirib: “Gələcəyə nəzər saldıqda demək olar ki, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının geniş perspektivləri və bu sahədə böyük ümidlər var. Çin tərəfi strateji istiqamət kimi dövlət başçılarının diplomatiyasını, həmçinin ən yüksək səviyyədə imzalanmış mühüm razılaşmaları rəhbər tutaraq Azərbaycan tərəfi ilə birgə işləməyə və ikitərəfli münasibətlərin daha da inkişafına təkan vermək məqsədilə müvafiq işlərin uğurla başa çatdırılması üçün bütün səylərini əsirgəməməyə hazırdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!