14 Yanvar 2022 00:35
841
İQTİSADİYYAT
A- A+
Lerik artıq ucqar dağ rayonu sayılmır

Lerik artıq ucqar dağ rayonu sayılmır

 

Müasir infrastruktur, fasiləsiz qaz, işıq, su və bir də işləyib qazanmaq üçün yaradılan şərait lerikliləri doğma torpağa daha sıx bağlayıb

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları,  məlum olduğu kimi, ölkənin inkişafında böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, bölgələrin potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.

Dövlət proqramları ölkənin hər yerində olduğu kimi, Lerik rayonunda da uğurla icra edilmişdir. Rayonda müasir infrastruktur yaradılmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa edilmiş, sahibkarlığın inkişafı yeni mərhələyə qədəm qoymuş, yeni avtomobil yolları inşa edilmiş, qaz və su xətləri çəkilmiş, elektrik təsərrüfatı yenilənmişdir.

Lerikliləri ən çox məmnun edən rayonda yeni iş yerlərinin açılmasıdır. Rəqəmlərə nəzər salaq: 2019-cu ildə rayon üzrə 1231, 2020-ci ildə 1722, 2021-ci ildə isə 1284 iş yerləri yaradılmışdır. Ümumilikdə 2003-2021-ci illər ərzində rayon üzrə 17,5 min yeni iş yeri açılmışdır ki, onun da 40 faizdən çoxu daimidir.

Sosial mövzuya aid başqa bir fakt: rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2020-ci ilin sonlarından etibarən 40-dan çox fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Artıq 20-dən çox yaşayış evi sakinlərin istifadəsinə verilmişdir. Digər evlərin tikintisi isə bu il üçün nəzərdə tutulmuşdur. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii fəlakət nəticəsində fərdi yaşayış evləri qəza vəziyyətinə düşmüş vətəndaşlar üçün 30-dan çox fərdi yaşayış evi inşa edilmişdir.

Rayon üzrə təhsil müəssisələrinin də 80 faizdən çoxu yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur. Təkcə 2019-2020-ci illər ərzində rayonda 20, 2021-ci ildə isə 2 yeni modul tipli məktəb binası inşa edilmişdir. Lerik şəhər V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın tədris korpusu əsaslı təmir edilmiş, yeni yataqxana, yeməkxana və idman korpusu inşa olunmuşdur. Heydər Əliyev Fondu isə Piran kəndində 75 yerlik uşaq bağçası inşa etmişdir.

Mastayıl-Lerik alternativ su xəttinin çəkilməsi başa çatdırılmışdır. Prezidentin sərəncamı ilə “Azərsu” ASC-yə Geskon, Sors, Molalan və Şingədulan kəndlərinə su xətlərinin çəkilməsi üçün 1 milyon manat vəsait ayrılmışdır. Suyun çəkilməsi üçün əsas mənbə Şivlə və Biləvər kəndlərindən 5-6 kilometr məsafədə - meşə massivində yerləşən Şüpək bulağı və Molalan kəndindən 4-5 kilomert məsafədə yerləşən Alaşar çayı seçilmişdir. Kəndlərin yaxınlığında su anbarı inşa edilmiş, kənddə evlərə yaxın məsafələrdə bulaqlar quraşdırılmışdır.

Bu sahənin davamı: ölkəmizdə fəaliyyət göstərən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti təşkilatı ilə birgə rayonun Siyov, Züvüç kəndlərinə su xətləri çəkilmiş, kəndlərin hər birində suyun əhaliyə çatdırılması üçün 36 tonluq anbarlar inşa edilmişdir.

Azərbaycan Prezidentinin Lerikə ən böyük hədiyyələrindən biri də rayona “mavi yanacağ”ın verilməsidir. Dövlət başçısının qayğıkeşliyi və diqqəti ilə artıq rayonun 56 yaşayış məntəqəsi tam qazlaşdırılmışdır. Amma bu, son deyil, rayonda qazlaşdırma davam edir.

Elektrik enerjisinə gəldikdə, ötən il “Azərişıq” ASC tərəfindən Çayrud, Lüləkəran və Orand kəndlərinin elektrik təsərrüfatlarında aparılan yenidənqurma işləri davam etdirilmiş, elektrik dirəkləri yeniləri, xətlər isə sip kabelləri ilə əvəz edilmiş, Zəriküməco və Siyov yarımstansiyasının tikintisi başa çatdırılmışdır. Kəndlərdə müasir transformatorların quraşdırılması da nəzərdə tutulur.

Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının illərdir səbirsizliklə gözlədiyi Zəfər salnaməsini 44 gün ərzində tarixə yazaraq Qələbə sevincini bizə bəxş etdi. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu, vətən oğulları öz canları, qanları bahasına torpaqlarımızı düşmən əsarətindən azad etdilər.

Vətən müharibəsində həlak olan lerikli şəhidlərin ailələri, yaralanan qazilər, ordudan tərxis edilən əsgər və zabitlər rayon icra hakimiyyəti tərəfindən nəzarətə götürülmüşdür.  Vaxtaşırı onların problemləri araşdırılır, həlli mümkün olan məsələlər operativ həll edilir, digər problemlərin həlli ilə bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırılır. Qəhrəman övladlarımızın adlarının əbədiləşdirilməsi üçün də rayonda silsilə tədbirlər həyata keçirilir.

Lerikin iqtisadiyyatında heyvandarlıq mühüm yer tutur. Yeni cins mal-qaranın yetişdirilməsi ilə əlaqədar 2021-ci ildə 723 baş heyvanda süni mayalanma aparılmış, 1125 baş sağlam buzov əldə edilmişdir. Bu gün rayonda 39 min baş qaramal, 112 min baş davar bəslənilir. Ət, süd, yun, yumurta istehsalı üzrə proqnozlara da əməl olunur.

Bitkiçiliyə gəldikdə, rayon üzrə ötən il 2 min 720,5 hektardan 6 min 344,6 ton taxıl, 343,5 hektardan 4 min 449,6 ton tərəvəz, 1505 hektardan 19 min 22,8 ton kartof, 530,9 hektardan 1326 ton meyvə yığılmışdır.

 

Seyran CAVADOV,

 “Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!