28 Avqust 2025 12:09
446
CƏMİYYƏT
A- A+
Laçında tənha qəhrəman məzarı

Laçında tənha qəhrəman məzarı


Laçının Bəylik kəndində bir tənha məzar var... Əslində tənha deyildi o gün. Əslən Qərbi Azərbaycandan olan şairlər, yazıçılar, ziyalılar, kənd sakinləri başına toplaşmışdılar. Güllər gətirmiş, dua oxumuş, bir şəhidin xatirəsini diriltmişdilər. Şəhid Camal Quliyev Birinci Qarabağ müharibəsində könüllülər sırasında Laçın, Qubadlı, Zəngilan uğrunda döyüşüb. Uzun illər “itkin” sayılsa da, onun nəşinin qalıqları 44 günlük Vətən müharibəsindən sonra azad edilən Xudafərin torpağında tapılıb və doğma Laçında torpağa tapşırılıb.

AZƏRTAC xəbər verir ki, Laçın rayonunun Bəylik kəndində keçirilən görüşdə əvvəlcə Azərbaycanın müstəqilliyi, dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla anılıb. Tamxil Ziyəddinoğlu bildirib ki, görüş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi çərçivəsində həyata keçirilir.

Şair Ramazan Səməroğlu ata yurduna illərdən sonra ayaq basıb. O deyir: “Xalqımıza vurulan yaralar o qədər dərindir ki, hər sevinəndə, hər güləndə belə o yaralar sızlayır...”

Onun oxuduğu şeirlərdə də bu sızıltı vardı.

Şair Zöhrə Xəlili isə Zəngəzur həsrəti ilə danışdı. 32 il həm Qarabağ, həm də doğulduğu mahalın dərdini daşıdığını söylədi. Onun səmimi sözləri ürəklərə toxundu: “Mən bu dağın o üzündə doğuldum... amma orada böyüyüb boya-başa çatmadım...”

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı Elman Rüstəmov isə çıxışında ötən əsrin 90-cı illərinin ağır günlərinə qayıtdı: “Dövlət müstəqilliyimizi elan edən kimi dörd bir yandan düşmən üstümüzə gəldi. Ordumuz yox idi. Əliyalın könüllülər döyüşə atıldı. O vaxt heç kim dövlətdən heç nə ummurdu, hər kəs düşünürdü ki, mən dövlətimə nə edə bilərəm? Biz söz birliyi, güc birliyi ilə torpaqlarımızı azad etdik...”

Fəal ictimaiyyətçi, jurnalist Azadə Novruzova isə görüşə oğlunu - yenicə ali məktəbə qəbul olmuş Nicat Elxanoğlunu gətirmişdi. Onun sözləri isə xüsusi təsir bağışladı: “İstədim ki, oğlum bu kəndin havasını sinəsinə çəksin. Harada yaşasa da, ruhuna hopan bu hava onu bir gün ata yurduna çəkəcək...”

Doğma ocaqlarına üç ay əvvəl dönən kənd sakinləri Oktay İsmayılov, Qərib Səlimov, Asif İsayev, Şahin İsgəndərov, Sadiq Məmmədov danışarkən Laçınsız keçən 33 ilin nə qədər ağır olduğunu söylədilər. Amma onların üzündə də bir ümid vardı: “Bir gün Qərbi azərbaycanlılar da öz doğma yurdlarına qayıdacaqlar”.

Görüşün sonunda kitablar hədiyyə olundu, xatirə şəkilləri çəkildi. Laçınlılar isə qonaqları təkidlə ailə süfrələrinə dəvət etdilər.

O gün Bəylik kəndində bir məzar tənha deyildi. Çünki onun başında həm şəhidin ruhu, həm də Vətənin yaddaşı vardı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!