25 May 2023 10:30
354
İQTİSADİYYAT
A- A+
Kümçülüyün üstünlüyü

Kümçülüyün üstünlüyü

 

Qısa vaxtda yaxşı qazanc

 

Ölkəmizdə kənd təsərrüfatının digər sahələri kimi, baramaçılığın inkişafına da göstərilən diqqət, o cümlədən  dövlətin bu sahəyə ayırdığı subsidiyalar öz bəhrəsini verir. 
Baramaçılığın inkişafına verilən bu dəstəkdən yararlanan rayonlardan biri də Tovuzdur. Cəmi bir ay ərzində çəkdikləri əziyyətin əvəzini görən rayon kümçüləri artıq 6 ildən çoxdur ki, bu gəlirli sahəyə böyük maraq göstərirlər. 
Tovuz Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov da etiraf edir ki, son illər rayon sakinləri arasında baramaçılığa maraq xeyli artıb. Hər il bu sahədən götürdükləri qazancdan razı qalan kümçülər ildən-ilə fəaliyyətlərini genişləndirirlər. İstehsal olunmuş baramanın təhvilində elə bir problem yaşanmır. Kümçülər yaxşı bilirlər ki, baramanın alıcısı var və əlavə olaraq hər kiloqrama görə dövlət onlara subsidiya verir. Xatırladaq ki, keçən il rayonda 61 kümçü ümumilikdə 153 qutu tut ipəkqurdunu bəsləyərək 4633 kiloqramdan çox yaş barama təhvil vermişdir. Bir qutu yaş barama üçün təhvil verilmək norması 40 kiloqram olduğu halda, Tovuzda bu göstərici yüksək olmuşdur. Rayon kümçüləri cari ildə bu rəqəmi daha da artırmaq əzmindədirlər. Onlar keçən ildən fərqli olaraq bu il daha çox - 7 ton barama istehsal etməyi qarşılarına məqsəd qoymuşlar. Hədəfə çatmaq üçün istənilən qədər yem ehtiyatı var. 
Rayonda baramaçılıqda təcrübə qazanmış kümçülərdən biri də Sahib Qasımovdur. O, keçən il götürdüyü öhdəliyə 109,2 faiz əməl etmişdir. Təcrübəli kümçü Hüseyn Aslanov isə öhdəliyini 107 faiz yerinə yetirmişdir. Qovlar şəhər sakinləri də ötən il bol məhsul təhvil vermişlər. Allahverdi Zeynalov 6, Elman Allahverdiyev isə 4 qutu barama toxumu götürmüş və ailə üzvləri ilə birlikdə nəzərdə tutulduğundan çox barama istehsal etmişlər. 
Ümumiyyətlə, Tovuzda elə bir kənd yoxdur ki, orada barama saxlamağa maraq göstərməsinlər. Ən çox barama bəsləyən Aşağı Quşçu kəndinin sakinləri Ramin Verdiyev, Samirə Eyyubova, Qaratel Səmədova  və Sona Qələndərova bu il keçən ilki göstəricilərini təzələməyi qarşılarına məqsəd qoymuşlar. Cəlilli kəndinin sakinləri Ramin Qələndərov keçən il 6 qutu barama qurduna xidmət etmiş və 240 kiloqram barama təhvil vermişdir. Ramin də həmin göstəricini bu il yeniləmək istəyir. 
Hazırda Tovuz kümçüləri gərgin iş rejimi ilə işləyirlər. Onlar yaxşı bilirlər ki, daha çox məhsul, daha çox qazanc deməkdir. Odur ki, bütün imkanlardan istifadə etməyə çalışırlar.
                                                                                     
  Sabir ƏLİYEV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!