24 Oktyabr 2023 09:45
319
SİYASƏT
A- A+
Kolonializm tarixinin qanlı cinayətlərinin çoxunu Fransa törədib

Kolonializm tarixinin qanlı cinayətlərinin çoxunu Fransa törədib

 

Dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş bir sıra dövlətlərin vətəndaşları azadlıqları, ədalətin bərpası uğrunda mübarizələrini hələ də davam etdirirlər. 
Məlum bir həqiqət də var ki, nə qədər beynəlxalq təşkilatlar və bütövlükdə dünya ictimaiyyəti onların harayını eşitməyəcəkcə, səslərinə səs verməyəcəksə, insan hüquqlarının pozulması faktlarına laqeyd yanaşılacaqsa, ədalətsizlər, işğalçılar arxayınlaşacaq və cinayət əməllərindən əl çəkməyəcəklər. Odur ki, dünyanın ayrı-ayrı yerlərində yerli əhalini müstəmləkə əsarətində saxlayan, onların ölkələrində qarşıdurmalara rəvac verən, qırğınlar, soyqırımları törədən təcavüzkar dövlətlər məsuliyyətə cəlb olunmalıdırlar. Bu ölkələrin ilk sıralarında Fransa dayanmalıdır. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 20-də Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir: "Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarca ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur".
Apardığı işğalçı siyasəti nəticəsində Fransa əsrlərdir milyonlarla günahsız insanın həyatını zindana çevirib, onları təhlükəsizlik şəraitində, sağlam mühitdə, azad yaşamaq hüququndan məhrum edib. "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransda iştirak edən bir sıra dövlətlərin təmsilçiləri bu müstəmləkəçi dövlətin necə böyük, dəhşətli cinayətlər həyata keçirdiyini dilə gətirdilər. Qvadelupanın Azadlıq Uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep çıxışında qeyd etdi ki, ölkəsində müstəqillik tərəfdaşı olan qruplar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır. Jan-Jakob Bisep Qvadelupa əhalisinin dörd əsrdir Fransanın əsarəti altında yaşadığını diqqətə çatdırdı: "Ölkəmdə yüzlərlə insan fransız polisləri tərəfindən həbs edilir, bir çoxu amansızlıqla qətlə yetirilir. Qvadelupanın təbii sərvətləri Fransa tərəfindən mənimsənilir. Ölkəmdə yaşayan vətəndaşların sosial vəziyyəti heç də yaxşı deyil. Biz hakimiyyətdə olan insanlardan lazımi tədbirləri görmələrini tələb edirik. Böyük dövlətlər Karib hövzəsində insan hüquqlarını əzərək öz güclərini nümayiş etdirirlər. Karibdə sülh yenidən bərqərar olunmalıdır".
Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun üzvü Moris Pindard, Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill, Kanak Birliyinin təmsilçisi Davi Nikolas Bolo, Korsika adasının Poggio-di-Venaco şəhərinin meri Jan-Mark Rodriguez və başqaları Fransanın müstəmləkəsi altında olan ölkələrindəki ağır vəziyyətdən bəhs etdilər. Onların Fransanın müstəmləkəçilik siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə düşmüş ökələrində əhali yoxsulluq içərisində yaşayır, çünki yeraltı və yerüstü sərvətləri işğalçı Fransa tərəfindən talan edilir, daşınıb aparılır. Xalqları öz doğma vətənlərində ana dillərində belə təhsil almaqdan məhrum edilib. Beynəlxalq konfransda çıxış edən Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol ölkəsinin təbii sərvətlərinin talandığını və 90 faizinin Fransaya və digər ölkələrə aparıldığını bildirdi: "Kənd təsərrüfatı siyasəti elə qurulub ki, biz sərbəst hərəkət edə bilməyək. Müstəmləkəçilik mədəniyyət sahəsinə də təsir edir. Biz istəyirik ki, dilimiz fransız dili ilə eyni səviyyədə rəsmi dil olsun. Onlar bundan imtina edirlər. Biz eyni zamanda istəyirik ki, Fransa ədalət qarşısında cavab versin. Biz müstəqillik əldə etmək istəyirik. Afrikanın azad olunması bütün dünyanın diqqətində olmalıdır". 
Fransanın müstəmləkəçilik siyasətinin ən ağır, qaniçən siyasət olduğunu deyən Müstəqil Martinika naminə ekoloqlar və demokratlar hərəkatının sədr müavini Klaudette Duhamel qeyd etdi ki, onlar bizim ruhumuzu, adət-ənənələrimizi əlimizdən alıblar: "Onları maraqlandıran yeganə məsələ çoxlu gəlir əldə etməkdir. Onlara görə, qaradərililərin əşyadan fərqi yoxdur, söz haqqımız yoxdur".
Dövlətimizin başçısı İlham Əliyevin "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində bildirdiyi kimi, qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır: "Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur".
Azərbaycanın ərazilərini işğaldan azad edərək suverenliyinə nail olması ilə Fransa barışa bilmir. Bu gün də ölkəmizə qarşı Ermənistanın həyata keçirdiyi siyasəti açıq şəkildə dəstəkləməsilə, yalnız müstəmləkəçi dövlət olmadığını, həm də  işğalçıların, terroristlərin yanında yer aldığını göstərir. Ancaq Ermənistana dəstək verməklə, silahlandırmaqla Fransanın regionumuzu bir daha münaqişə ocağına çevirmək niyyəti baş tutmayacaq.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!