29 Noyabr 2025 10:31
471
DÜNYA
A- A+
Kiyevə hava hücumu 10 saata yaxındır davam edir, ölən və xəsarət alanlar artıb YENİLƏNİB 3  

Kiyevə hava hücumu 10 saata yaxındır davam edir, ölən və xəsarət alanlar artıb YENİLƏNİB 3  

Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu 10 saata yaxındır davam edir.

AZƏRTAC xəbər verir ki, Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, hava hücumu nəticəsində azı 2 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. Xəsarət alanların 8-i xəstəxanaya yerləşdirilib.

Hava hücumu zamanı Kiyev şəhərinin və onun vilayətindəki enerji infrastrukturlarına ciddi ziyan dəyib. Hazırda Kiyev şəhərinin bir hissəsi işıqsız qalıb.


08:04

Rusiya ordusunun Kiyevə 7 saatdan artıqdır davam edən çoxkombinasiyalı hava hücumu nəticəsində ölən və xəsarət alanlar var.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı azı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. Paytaxtın müxtəlif ərazilərində 3 çoxmərtəbəli binada dağıntılar qeydə alınıb.

Hazırda dağıntılar təmizlənir. Kiyevə və Ukraynanın bir çox bölgəsində hava həyəcanı davam edir.


05:12

Kiyevə hava hücumu zamanı hazırda biri uşaq olmaqla altı mülki şəxs xəsarət alıb. Xəsarət alan qadınlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko "Teleqram" səhifəsində yazıb.

"Biz həmçinin, yerlərdən birində qadının ölməsi ehtimalı ilə bağlı xəbərləri araşdırırıq", - deyə Tlaçenko əlavə edib.

Onun sözlərinə görə, hava hücumu zamanı Kiyevin 6 ərazisində, o cümlədən Şevçenko, Solominski, Dneprovski rayonlarının yaşayış binalarına ziyan dəyib.


03:31

Rusiya ordusu noyabrın 29-na keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə çoxkombinasiyalı hava hücumu həyata keçirir.

Gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilir. Hava hücumu zamanı müxtəlif tipli, o cümlədən ballistik raketlərdən, zərbə dronlarından istifadə edilib.

Zərərsizləşdirilən dronlar və raketlər Kiyevin bəzi yaşayış binalarında yanğına səbəb olub.

Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb ki, hava hücumu nəticəsində Darnitsk və Şevçenko rayonlarının çoxmərtəbəli binalarında dağıntılar qeydə alınıb. Həmin rayonlara həkim çağırışları qeydə alınıb. Hazırda zərərçəkənlərin sayı dəqiqləşdirilir.

Kiyev sakinləri təhlükəsizlik üçün metro stansiyalarından sığınacaq kimi istifadə edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!