17 Aprel 2024 23:34
256
DÜNYA
A- A+

Keniyada səhiyyə işçilərinin tətili davam edir


Keniyada maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tibb işçilərinin başlatdığı tətil davam edir.“Star” saytının məlumatına görə, ölkə qubernatorları bölgələrdə ən çox maaş alan mütəxəssislərin həkimlər olduğunu qeyd edərək, bu etirazçılar qrupunun maaşlarının artırılması tələbini rədd ediblər.
Əmək Məhkəməsi tərəfindən yaradılan komitə, 14 Martdan bəri tətil edən yüzlərlə tibb işçisinin şikayətlərini aradan qaldırmaq üçün 47 əyalətlə bağlı  qərara gələ bilməyib. Qubernatorlar isə danışıqlara qatılmayacaqlarını bildiriblər.
Qubernatorlar Şurasının sədri Enn Vayquru vurğulayıb ki, regional rəhbərlər məhkəmənin milli səviyyədə həll yolu axtarmasını yüksək qiymətləndirirlər, "lakin bu qərar qəbuledilməzdir, çünki həm milli, həm də regional hökumətlər müstəqildir və müxtəlif işəgötürənləri təmsil edirlər".
Vayguru qeyd edib ki, beş həftə işləməyən həkimlərə qarşı tədbir görüləcək.
Bundan əvvəl Keniyada səhiyyə işçiləri maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması üçün ümummilli tətilə çağırıblar. Tətil ölkənin ən böyük həmkarlar ittifaqı olan Keniya Həkimləri, Əczaçıları və Diş Həkimləri İttifaqının (KMPDU) təşəbbüsü ilə keçirilib.
 “Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video