27 İyul 2025 08:55
645
CƏMİYYƏT
A- A+
Kəngərlidə yeni həyat: Ağayevlər ailəsinin Böyük Qayıdışı

Kəngərlidə yeni həyat: Ağayevlər ailəsinin Böyük Qayıdışı

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra xalqımız Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının, inkişafının və əzəli yurd yerlərimizə Böyük Qayıdışın sevincini yaşayır. Erməni işğalçılarının 30 il ərzində dağıdaraq yerlə-yeksan etdiyi şəhər və kəndlər yenidən qurularaq illərdir yurd həsrəti ilə yaşayan sakinlərini bağrına basır.

Bu dövrdə AZƏRTAC olaraq işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri və sakinlərin doğma torpaqlarına qayıdışı ilə bağlı mütəmadi reportajlar hazırlamışıq. Budəfəki səfərimizdə Ağdam rayonunun Kəngərli kəndində Ağayevlər ailəsinin qonağı olduq.

Kəngərli kəndinə gələrkən istər-istəməz ürəyimdən bu mahnının sözləri keçir:

Bura Vətəndir,

Gülü bitəndir.

Əlim çatandır,

Ünüm yetəndir.

Kəndin küçələrində gəzərkən 30 ildən sonra doğma yurda qayıtmış insanların sevincini, həyatın öz axarı ilə davam etdiyini görür və qürur hissi keçiririk. Müasir evlərin tikildiyi, infrastrukturun yaradıldığı kənddə torpaq da yenidən canlanıb. Digər sakinlər kimi Ağayevlər ailəsi də illərdir həsrətində olduqları torpaqda gül-çiçək bitirir.

Ailənin başçısı Azər Ağayev bizi salamlayaraq həyətində əkdiyi ağacları və gülləri göstərir: “Torpağın qədrini bilmək lazımdır. Bu torpaqların həsrətini çox çəkmişik. 12 sot həyətyanı sahəmiz var. Bibər, pomidor, xiyar, nanə, reyhan və digər tərəvəzlər, eləcə də meyvə ağacları əkmişik. Doğma torpağı əkib-becərmək, bitkilərə qulluq etmək insana zövq verir”.

Azər müəllim kənddə yaradılan şəraitdən razılıq edərək bizi evə dəvət edir. O, illərdir Ağdam rayonu 51 saylı məktəbdə hərbi rəhbər kimi fəaliyyət göstərib. İndi isə doğma Kəngərli kəndindəki məktəbdə işini davam etdirəcəyini deyir: “Bu ilin may ayında Böyük Qayıdış çərçivəsində kəndimizə köçdük. Bütün ömrüm boyu dədə-baba yurduma qayıtmaq arzusu ilə yaşamışam. Dövlət kəndimizdə gözəl evlər tikib, müasir infrastruktur yaradıb. Məktəbdə işlə də təmin olunmuşuq. Mən hərbi rəhbər, həyat yoldaşım isə sinif müəllimidir. Sentyabrda böyük ruh yüksəkliyi ilə işə başlayacaq, kəndimizdə gələcəyimizi yenidən quracağıq”.

Ailənin xanımı Vüsalə xanım isə bu torpaqlarda müəllim kimi çalışacağı üçün xüsusi qürur hissi duyur: “Qürur duyuram ki, uğrunda şəhidlər verdiyimiz torpaqlara qayıtmışıq və bu gün burada həyat canlanır. Kəngərlidə müəllim kimi fəaliyyət göstərəcəyim və övladlarımıza təhsil verəcəyim üçün çox xoşbəxtəm”.

Onların övladı Ayxan isə Xankəndidə yerləşən Qarabağ Universitetində təhsil alır: “Ali məktəbə qəbul olmağı qarşıma məqsəd qoymuşdum və buna nail oldum. Qarabağ Universitetində oxumaq və ata yurdum Kəngərlidə yaşamaq mənim üçün böyük qürur və sevinclə doludur. Bir qarabağlı kimi Vətənimə təhsilimlə xidmət etmək istəyirəm”, - deyə o bildirir.

Ağayevlər ailəsindən və Kəngərli kəndindən yüksək təəssüratlarla ayrılırıq. İllərin yurd həsrətindən sonra doğma torpaqlara qayıdan insanların böyük inam və həvəslə gələcəklərini qurması hər birimizdə fərəh hissi yaradır. Onların qayıdışı, sadəcə, məskunlaşma deyil, yeni həyatın, milli ruhun, mədəni yaddaşın və təhsil ənənəsinin yenidən doğuluşudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!