25 Avqust 2025 16:02
520
SİYASƏT
A- A+
Kəlbəcərə qayıdış tarixi Zəfərin davamı və inkişafın yeni mərhələsidir

Kəlbəcərə qayıdış tarixi Zəfərin davamı və inkişafın yeni mərhələsidir


Yola saldığımız həftə bir sıra mühüm hadisələrlə yanaşı, dövlət başçısı İlham Əliyevin Kəlbəcərə səfəri 30 ildən artıq elindən-obasından ayrı düşən sakinlərin Kəlbəcərə ilk qayıdışının başlaması ilə yadda qaldı. 5 il öncə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə ölkəmizin tarixində yeni səhifə açıldı. Bu səhifənin ən mühüm hadisələrindən biri işğaldan azad edilmiş Kəlbəcərə böyük qayıdışın başlamasıdır. Hər birimiz Kəlbəcərə qayıdan sakinlərin sevinc hissini, minnətdarlıq hissini fəxarətlə izlədik.

Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı etdiyi çıxış və həyata keçirilən tədbirlər bu tarixi prosesin həm siyasi, həm də sosial-iqtisadi baxımdan mahiyyətini aydın şəkildə göstərir. Kəlbəcərə qayıdış tarixi ədalətin bərpasıdır.  Kəlbəcərin strateji əhəmiyyəti ölkəmiz üçün çox böyükdür. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan üçün həm böyük faciə, həm də strateji itki idi. Bu işğal Ermənistanla o vaxtkı Qarabağ arasında coğrafi bağlantı yaratmış, Azərbaycanın digər ərazilərinin də işğalına şərait hazırlamışdı. Təəssüf ki, o dövrün yerində olmayan rəhbərliyi gözəlliklər duyarını qoruya bilməmiş, nəticədə xalqımız illərlə didərgin həyatı yaşamalı olmuşdu.

Şükürlər olsun ki, illər sonra xəcalət təri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun rəşadəti sayəsində silindi. 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan xalqı öz rəhbərinin və ordusunun ətrafında bir yumruq kimi birləşərək düşməni məğlub etdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi və Kəlbəcər bir güllə atılmadan, qan tökülmədən geri qaytarıldı. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, həm ordumuzun gücünün, həm də xalqımızın iradəsinin nəticəsi idi. Ölkə rəhbəri təvəzökarlıq göstərərək qeyd etməsə də, hər kəs bilir ki, çətin relyefli Kəlbəcərin qan tökülmədən, döyüşsüz geri alınması Prezident İlham Əliyevin apardığı peşəkar diplomatik danışıqların nəticəsidir.

Dövlət başçısının Kəlbəcərə ardıcıl səfərləri bu torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin bariz nümunəsidir. 2021-ci ildən başlayaraq Prezident İlham Əliyev Kəlbəcərdə tunellərin, yolların, su elektrik stansiyalarının, sosial obyektlərin, məktəblərin, yaşayış komplekslərinin təməllərini qoyub, açılışlarını edib.

2025-ci ilin avqust səfərində də yeni mərhələ başlandı: Kəlbəcərin Aşağı Vəng, Nadirxanlı və Çaykənd kiçik su elektrik stansiyaları istifadəyə verildi; şəhərdə yeni yaşayış komplekslərinin təməlləri qoyuldu, sakinlər mənzillərlə təmin edildi; “Balland-Kəlbəcər” brendi ilə bal və arıçılıq məhsulları mağazası açıldı və şəhər parkının təməli qoyularaq sosial həyatın canlanmasına zəmin yaradıldı.

Bütün bunlar dövlətimizin Böyük Qayıdış proqramının ardıcıl icrasının göstəricisidir. Sülh və təhlükəsizlik siyasətinin təminatı bəhrəsini verir. Artıq Kəlbəcər müasir şəhər infrastrukturu ilə dünyanın ən gözəl yaşayış məkanlarından birinə çevrilməkdədir. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan heç vaxt işğal faktı ilə barışmayıb və öz gücünə Qələbə əldə edib. Eyni zamanda, bu gün ölkəmiz bölgədə sülhün əsas təminatçısına çevrilib. Ermənistanla imzalanmış sülh sazişi Azərbaycanın mövqeyini tam əks etdirir və yeni reallıqlar artıq beynəlxalq müstəvidə də qəbul olunub.

Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi, müasir silahların alınması və yeni hərbi hissələrin yaradılması isə dövlətimizin hər an təhlükəsizliyi təmin etmək iradəsini göstərir. Prezidentin dediyi kimi, biz sülh istəyirik, amma eyni zamanda “dəmir yumruq” həmişə yerindədir. Ermənilər işğal dövründə Kəlbəcərdə bir dənə də salamat bina qoymamış, bütün kəndləri viran etmiş, təbiətə və mədəni irsə ağır zərbələr vurmuşdular. Lakin bu gün Azərbaycan dövləti həmin yerlərdə yeni şəhərlər, yollar, məktəblər, zavodlar inşa edir. Bu, təkcə fiziki quruculuq deyil, həm də mənəvi qələbədir.

Prezident İlham Əliyevin Kəlbəcərdə sakinlərlə görüşdə vurğuladığı kimi, Azərbaycan xalqı böyüklüyünü bir daha göstərdi: biz düşməndən qisası döyüş meydanında aldıq, amma onların etdiklərini onlara etmədik. Bu, dövlətimizin ləyaqətli siyasətinin təzahürüdür. Kəlbəcərə qayıdış Azərbaycanın həm tarixi ədaləti bərpa etməsi, həm də müasir dövlətçilik gücünü nümayiş etdirməsidir. Burada görülən işlər təkcə bir rayonun deyil, bütövlükdə ölkənin inkişaf konsepsiyasını göstərir: güclü dövlət, güclü ordu, sosial rifah, iqtisadi potensial və milli birliyin möhkəmlənməsi. Bu gün Kəlbəcər həm Zəfərin, həm də quruculuğun rəmzinə çevrilib. Prezident İlham Əliyevin dediyi kimi, “Onlar dağıtdılar, biz isə qurub-yaratdıq”. Azərbaycan bundan sonra da qalib xalq və qalib dövlət kimi yoluna davam edəcək.


Məşhur MƏMMƏDOV,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!