24 Avqust 2025 09:35
537
CƏMİYYƏT
A- A+
Kəhrəba giləli salxımlar

Kəhrəba giləli salxımlar


 Cəlilabadda üzüm yığımı sürətlənir

  

Cəlilabad torpağı nə nemət desən, yetişdirir. Keçən əsrin 70-80-ci illərində burada taxılçılıqla yanaşı, üzümçülük də intensiv şəkildə inkişaf etmişdir. Ucsuz-bucaqsız üzüm bağları salınmış, yeni şərab zavodları tikilib istifadəyə verilmişdir.

Həmin hesaba rayon əhalisinin gün-güzəranı, yaşayış tərzi xeyli yaxşılaşmışdı. Bu, ilk növbədə, Heydər Əliyevin Cəlilabada göstərdiyi diqqət və qayğının nəticəsi idi. Lakin ötən əsrin 80-ci illərinin ortalarında SSRİ rəhbərliyinə gələn M.Qorbaçovun üzümçülüyün və şərabçılığın ləğvi ilə bağlı verdiyi səhv qərar bütün bunların üstündən qara bir xətt çəkdi.

Müstəqilliyimiz əldə olunduqdan bir neçə il sonra - 1996-cı ildə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda torpaq islahatı həyata keçirildi. Kənd əhalisi torpağının sahibi oldu, istədiyi bitkini əkib-becərmək, yetişdirmək imkanı əldə etdi. Gəlirli sahə olan üzümçülüyün dirçəlməsi də həmin dövrdən başladı. Üzümçülüyün və şərabçılığın inkişaf etdiyi Fransadan Cəlilabada mütəxəssislər dəvət olundu. Fransız mütəxəssisləri üzümçülüyün inkişafı üçün Cəlilabadda münbit şəraitin olduğunu bildirdilər. Müəyyən olunmuş sahələrə Fransadan gətirilən üzüm tingləri əkildi. Salınan bağlar günəşin bol istisi və üzümçülərin əməyi nəticəsində vaxtından iki il əvvəl bara düşdü. Bu, fransalı mütəxəssislərin heyrət və marağına səbəb oldu. Zaman keçdikcə üzüm bağları genişləndirildi. Hazırda rayonda 1430 hektar üzüm plantasiyaları mövcuddur. Cari mövsüm, son məlumata görə, 150 hektardan 500 tondan artıq məhsul yığılmışdır.

"Rizvan" MMC Cəlilabadın iri üzümçülük təsərrüfatlarındandır. Təsərrüfatın icraçı direktoru Nemət Məmmədov 10 ildən artıqdır ki, burada çalışır. İşləyə-işləyə qiyabi yolla 2020-ci ildə Ulyanovsk Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsini bitirib. Atası Əhmədağa kişi təcrübəli üzümçüdür. O da burada işləyir. Lazım gələndə öz faydalı məsləhətləri ilə oğluna yaxından kömək edir.

Nemət Məmmədov deyir ki, "Rizvan" MMC 1995-ci ildən fəaliyyət göstərir: "Şirkətin 58 hektar üzüm bağı var. Bundan 25 hektarı süfrə, 25 hektarı texniki üzüm sortlarıdır. Qalan 8 hektarını keçən il salmışıq. Əsasən, "Prima", "Ora", "Artika" (qara kişmişi), "Senbenial" (ağ kişmişi), "Viktoriya", "Rieldklob" sortlarını əkmişik. Satış sarıdan da problem yoxdur. Hər gün 15-20 ton məhsul dəririk. Dərilən kimi də alıcılar başının üstünü aldırır. Daha doğrusu, hər gün  onların sifarişinə əsasən məhsul yığırıq. Üzüm dəriləndən sonra çeşidlənib qablara yığılır. Bundan sonra satışa aparılır. Süfrə üzümümüz Rusiyaya, Ukraynaya və daxili bazarlarımıza - əsasən "Meyvəli"yə yola salınır. Onu da deyim ki, Rusiya və Ukraynaya aparılan üzümlər əvvəlcə qonşu Biləsuvarda quraşdırılmış soyuducuda "şoklanır", sonra xüsusi maşınlarla daşınır".

İcraçı direktor bu ilin üzümçülük üçün uğurlu olduğunu, keçən illə müqayisədə məhsuldar bağlarda daha çox məhsul yetişdiyini, məhsulun topdansatış qiymətinin şirkəti qane etdiyini vurğuladı. Onu da dedi ki, hazırda müəssisədə üzüm yığımında 35 nəfər çalışır.

Üzüm yığımı rayonda gündən-günə sürətlənir. Avqustun sonu, sentyabrın ilk günlərində texniki sortların yığımına start veriləcək.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!