11 Mart 2025 08:45
584
İQTİSADİYYAT
A- A+
Keçən il 91,7 min yeni iş yeri açılıb

Keçən il 91,7 min yeni iş yeri açılıb


Onların əksəriyyəti qeyri-dövlət sektorundadır


2025-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 312,6 min nəfər olmuşdur. Onlardan 5 milyon 29,9 min nəfərini məşğul əhali təşkil etmişdir.

Yanvarın 1-i vəziyyətinə isə muzdla çalışan işçilərin sayı 1 milyon 778 min nəfər, o cümlədən istisadiyyatın dövlət sektorunda 882,8 min, qeyri-dövlət sektorunda 895,7 min nəfər olmuşdur.

Dövlət Statistika Komitəsi bu rəqəmlərlə yanaşı, ötən il ölkədə açılmış yeni iş yerlərinin sayını da açıqlayıb. Belə ki, 2024-cü il ərzində ölkədə 91,7 min yeni iş yeri açılmışdır. Bu dövrdə yaradılmış  iş yerlərinin 91,6 faizi qeyri-dövlət sektoruna aiddir. Bu faktlar da təsdiqləyir ki, ölkədə əhalinin işlə təminatı dövlətin prioritetləri sırasında qalmaqdadır. 

Qeyd edək ki, yeni açılmış iş yerlərinin 75,2 faizi Bakı şəhərinin, 2,4 faizi Naxçıvan Muxtar Respublikasının, 22,4 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 2,7 faizi Gəncə-Daşkəsən, 2,5 faizi Qarabağ, 2,5 faizi Quba-Xaçmaz, 2,2 faizi Şirvan-Salyan, 2 faizi Lənkəran-Astara, 1,3 faizi Qazax-Tovuz, 1,3 faizi Şəki-Zaqatala, 1,2 faizi Mərkəzi Aran, 1 faizi Şərqi Zəngəzur, 0,7 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşmüşdür.

Yeni açılmış iş yerlərinin 13 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılmışdır. 

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 24,1 faizi tikinti, 17,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,5 faizi emal sənayesi, 8,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi təhsil, 3,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,3 faizi informasiya və rabitə, 8,9 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır. 

Bununla yanaşı, 2024-cü il ərzində ölkədə 15,9 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 30,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 29,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 70,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!