12 May 2026 14:59
259
SİYASƏT
A- A+
Kanakidə seçkilər öncəsi Fransanın müstəmləkə siyasəti beynəlxalq tənqid hədəfində

Kanakidə seçkilər öncəsi Fransanın müstəmləkə siyasəti beynəlxalq tənqid hədəfində


Mayın 8-də “Asia Pacific Report” saytında Kanakidə (Yeni Kaledoniya) iyunun 28-də keçiriləcək əyalət seçkilərinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc olunub. Məqalədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi və yerli xalqların hüquqlarının məhdudlaşdırması ilə bağlı BTQ tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.

Bu barədə AZƏRTAC-a BTQ-dən məlumat verilib.

Məqalədə qeyd edilir ki, Fransa Baş nazirinin Kanakidə əyalət seçkilərini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və Kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir. Çünki sözügedən seçkilər yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda, Yeni Kaledoniya Konqresinin, hökumətinin və gələcək siyasi idarəetmə modelinin formalaşmasını müəyyənləşdirəcək. Bu baxımdan, proses kanak xalqının öz müqəddəratını təyinetmə hüququ və ərazinin gələcək siyasi statusu baxımından həlledici əhəmiyyət daşıyır.

Qeyd edək ki, cari ildə BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi (CERD) tərəfindən Fransanın müstəmləkəsi altında olan Kanakiyə dair bəyanat qəbul olunub. Bəyanatda Komitə Kanakidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində yaranmış vəziyyətə görə Fransaya xəbərdarlıq edib və ciddi narahatlığını bildirərək vurğulayıb ki, Kanaki ilə bağlı siyasi və konstitusiya islahatları yalnız yerli Kanak xalqının iştirakı ilə, sərbəst və şəffaf formada həyata keçirilməlidir.

Seçkilər ərəfəsində adadakı Fransa hökumətinin 5-ci kalonu sayılan loyalislər Yeni Kaledoniyada doğulmuş şəxslərlə onların həyat yoldaşlarına səsvermə hüququnun verilməsini təklif edib. Bu təşəbbüs təxminən 10 min yeni seçicinin elektorata daxil edilməsinə səbəb ola bilər ki, bu da kanak xalqının siyasi təmsilçiliyinə və mövcud seçki balansına təsir göstərə biləcəyi üçün ciddi narahatlıq doğurur.

Xatırladaq ki, 2019-cu ildə keçirilmiş son əyalət seçkilərindən sonra 2024-cü ilə planlaşdırılan növbəti seçkilər üç dəfə təxirə salınıb. Fransa Konstitusiya Şurası seçkilərin ən geci bu il iyunun 28-dək keçirilməli olduğunu bəyan edib. Rəsmi Paris bu prosesi texniki prosedur kimi təqdim etsə də, əslində seçkilər Yeni Kaledoniyanın siyasi gələcəyi və Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ baxımından strateji əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bakı-Xankəndi” beynəlxalq velosiped yarışının sonuncu mərhələsi başlayıb

09:39
14 May

Kiyevə kütləvi hava zərbələri endirilir, ölən və xəsarət alanlar var

09:33
14 May

Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi il olacağına ümid edir

09:31
14 May

Tramp: ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq

09:30
14 May

İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb

09:28
14 May

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bir daha ifadə edib  

09:25
14 May

Dünyada ən çox insan ölümünə səbəb olan canlılar müəyyənləşib

09:12
14 May

O, qarmonu sevdiyi qədər sevdirməyi də bacarırdı

09:10
14 May

"Nə dünya məni unudacaq, nə insanlar"

09:05
14 May

Vens: Düşünürəm ki, İranla danışıqlarda irəliləyiş əldə edirik

09:01
14 May

Sağlam mal-qara sağlam qida deməkdir

09:00
14 May

Müasir aqrar yanaşmalar fermerlərdən nə tələb edir?

08:55
14 May

Lənkəran kümçülərinə 200 qutu ipəkqurdu toxumu paylanılıb

08:53
14 May

Cəlilabadda müasir idman zonası salınır

08:50
14 May

Qusarda sağlam ailə münasibətləri mövzusu gündəmdən düşmür

08:45
14 May

Biləsuvarda WUF13 çərçivəsində AMİU-nun müəllimləri ilə görüş keçirilib

08:40
14 May

Yeraltı nəqliyyatda yerüstü yenilik

08:35
14 May

Azərbaycan-BP tərəfdaşlığı bütün enerji sahələri üzrə davam edir

08:30
14 May

Paytaxtımız yaşıllıqlar və parklar şəhərinə çevrilir

08:25
14 May

Gələcəyin qurucusu

08:20
14 May

"Binokl diplomatiyası" sülhə xidmət etmir

08:15
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!