03 Fevral 2023 01:22
577
İQTİSADİYYAT
A- A+
İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir

İxracda qeyri-neft məhsullarının çəkisi yüksəlir

 

Hər bir dövlətin ixrac potensialının yüksək olması müsbət iqtisadi göstəricilərin təzahürüdür. Xarici ticarət dinamikasının yüksək templə artması həm də ölkənin maliyyə və iqtisadi dayaqlarının möhkəm olmasını təmin edən faktorlardandır. Azərbaycanın xarici ticarətdə ili müsbət saldo ilə başa vurması da ölkəmizin iqtisadi sahədəki dinamikasının müsbət tendensiyası kimi başa düşülməlidir.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkəmizin iqtisadi sahədə qazandığı uğurlar sırasında xarici ticarətdə əldə olunan nailiyyətin əhəmiyyətini də vurğulayaraq demişdir: "...Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir".
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə,  ötən ilin yanvar-noyabr aylarında ölkəmizin hüquqi və fiziki şəxsləri dünyanın 184 dövlətindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 121 ölkəyə məhsul ixrac edilmiş, 172 ölkədən isə idxal olunmuşdur. Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 51 milyard 229,2 milyon, o cümlədən ixracın dəyəri 38 milyard 347,7 milyon, idxalın dəyəri 12 milyard 881,5 milyon dollar təşkil etmiş, nəticədə 25 milyard 466,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. Həmin dövrdə keçən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 62,7, real ifadədə 7,9, o cümlədən ixrac 11,2, idxal isə 1,2 faiz artmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olan məlumata əsasən, xarici ticarət dövriyyəsinin 91,3 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, İsrail, Yunanıstan, Almaniya, Birləşmiş Krallıq, Xorvatiya, İspaniya, Çexiya, Portuqaliya, Gürcüstan, İndoneziya, Ukrayna, Qazaxıstan, ABŞ, Vyetnam, İsveçrə, Tunis, İran, Rumıniya, Türkmənistan və İrlandiya ilə aparılmış  ticarət əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən ilin eyni dövründə  bir çox məhsulun ölkəyə idxalı xeyli azalmışdır. Həmin məhsulların çeşidlərinə diqqət yetirdikdə məlum olur ki, onlar qeyri neft-qaz sektoruna aid məhsullardır. Səbəblər müxtəlif ola bilər. Məsələn, bir çox məhsula ölkə daxilində tələbatın azalmasını göstərmək olar. Sözsüz ki, əsas səbəb qeyri neft-qaz sektorunun inkişafı ilə bağlıdır. Yəni  daxili istehsal artdıqca idxala olan ehtiyac azalır.
İxracın strukturuna diqqət yetirdikdə isə görürük ki, neft-qaz məhsulları  ilə yanaşı, qeyri neft-qaz məhsullarının ixracının tərkibi də artmaqdadır. Hesabat dövründə ixracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, kimya sənayesi məhsullarının, plastik kütlə və ondan hazırlanan məmulatların, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və ondan hazırlanan məmulatların, şəkərin, bitki yağlarının, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil etmişdir.
Keçən ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 13,9, real ifadədə 4,8 faiz artaraq 2 milyard 688,4 milyon dollara bərabər olmuşdur. Bir daha qeyd edək ki, xarici ticarətdə qeyri neft-qaz məhsullarının ixracının dinamik artımı bu istiqamətdə aparılan islahatların sayəsində mümkün olmuşdur.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!