09 Oktyabr 2025 20:58
585
CƏMİYYƏT
A- A+
“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində sessiyalar keçirilib  

“İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində sessiyalar keçirilib  


Oktyabrın 9-da Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində sessiyalar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konfransın birinci sessiyası “İtkin düşmüş şəxslər böhranının həlli üçün əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.

Meksikadan olan insan hüquqları üzrə ekspert Kristofer Ballinas Valdesin moderatorluğu ilə keçirilən sessiyada Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zəfər Tarıkdaroğlu, Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı (Ombudsman) Dmitro Lubinets, Macarıstan Konstitusiya Məhkəməsinin hakimi Akos Kozma, Franko-Britaniya Fondunun səfiri Ceffri Kardoso, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Haqları Komissiyası Katibliyinin sədr müavini, səfir xanım Mahi Həsən Əbdül-Lətif, Zambiya Milli Assambleyasının Təhlükəsizlik və Xarici Əlaqələr Komitəsinin sədr müavini xanım Sibongile Muamba, Beynəlxalq insan hüquqları hüququ üzrə ekspert xanım Afərin Şahidzadə, Pakistan Ali Məhkəməsinin vəkili Məhəmməd Sohail Səcid və digərləri çıxış ediblər. Sessiyada çıxış edən ekspertlər və rəsmilər vurğulayıblar ki, itkin düşmüş şəxslər problemi yalnız regional deyil, bütün insanlığın ortaq vicdanını narahat edən qlobal məsələdir. Bu problemin həlli dövlətlərin humanitar öhdəliyidir və beynəlxalq əməkdaşlıq, məlumat mübadiləsi və həmrəylik burada olduqca vacibdir.

“İtkin düşmüş şəxslərin axtarışı üzrə milli təcrübələr: itkin düşmüş şəxslərin qalıqlarının tapılması və bərpası, həmçinin məhkəmə-tibbi identifikasiya ilə bağlı irəliləyişlər və çətinliklər” mövzusuna həsr olunan ikinci sessiyaya isə BQXK-nın məhkəmə tibbi üzrə Avropa və Mərkəzi Asiya üzrə regional meneceri Elif Günce Eskiköy moderatorluq edib. Sessiyada Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş İdarəsinin rəisi Rüfət Əliyev, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Qreqori Berq, Serbiya Qaçqınlar və Miqrasiya Komissarlığından xanım Vesna Boskoviç, Ankara Universitetinin bölmə rəhbəri Ayla Sevim Erol, Polşanın Milli Yaddaş İnstitutunun əməkdaşı Maqdalena Krayevska, Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov və digərləri çıxış ediblər. Çıxışçılar vurğulayıblar ki, itkin düşmüş şəxslərin qalıqlarının tapılması, bərpası və məhkəmə-tibbi identifikasiya sahəsində irəliləyişlər əldə olunsa da, bu sahədə ciddi çətinliklər qalmaqdadır. Beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və müasir elmi-tibbi texnologiyaların tətbiqi bu humanitar problemin həllində əsas istiqamətlərdir.

“İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri: Onların ehtiyac və çətinliklərinin müəyyən edilməsi, əməkdaşlıq və tərəfdaşlıq sahələri” mövzusunda üçüncü sessiyaya isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Şaban Şayev moderatorluq edib. Sessiyada Azərbaycandan olan ailələrin nümayəndələri Könül Behbudova və Püstəxanım Rəhimova, həmçinin Bosniya və Herseqovinadan olan ailələrin nümayəndələri Boyan Starçeviç, Mideta Kaloper və Vesna Pavloviç fikirlərini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!