24 İyul 2025 08:55
483
SİYASƏT
A- A+
İtaliya mətbuatı III Şuşa Qlobal Media Forumunu diqqətdə saxlayıb

İtaliya mətbuatı III Şuşa Qlobal Media Forumunu diqqətdə saxlayıb


İtaliyanın mətbu orqanları "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumuna geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, "Giornale Diplomatico" portalının yaydığı materialda Azərbaycanın - Xankəndinin əlamətdar hadisəyə şahidlik etdiyi, qlobal gündəmi müəyyənləşdirən və beynəlxalq müstəvidə informasiya yayan media nümayəndələrinin artıq üçüncü dəfə Qarabağa toplaşdığı bildirilir.

Vurğulanır ki, bu tarixi hadisənin təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyevin əsas məqsədi qlobal informasiya bazarına nəzarət edən 52 ölkədən 80-dək media qurumu və 30-dək informasiya agentliyi vasitəsilə yeni Azərbaycanı dünyaya tanıtmaq idi. Şuşa forumunun ilkin nəticələri və onun qısa müddətdə beynəlxalq mediada yaratdığı təəssürat onu göstərdi ki, tədbirdə səslənən bəyanatlar və fikirlər bir çox ölkələrdə ictimai rəydə ciddi rezonans doğurub. Çoxları üçün bu hadisə motivasiya nümunəsi, yeni fəaliyyət və mübarizə mexanizmlərinin inkişafı üçün əsas olub.

Yazıda Prezident İlham Əliyevin Xankəndidə forumun iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərə geniş yer verilib. "Kmetro0" portalının yaydığı materialda isə Prezident İlham Əliyevin həmişə olduğu kimi bu fürsətdən də istifadə edərək tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanı dünyaya tanıtdığı vurğulanır. Diqqətə çatdırılır ki, dövlətimizin başçısı ölkəmizin fəaliyyətini, qələbələrini, uğurlu modellərini Azərbaycan xalqının potensialının nümunələri kimi təqdim edib, məlum uğur hekayələrindən danışıb.

Vurğulanır ki, III Şuşa Qlobal Media Forumu "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusuna həsr olunsa da, Prezident İlham Əliyev tədbiri elə ilk cümləsindən daha geniş qlobal problemlərin müzakirəsi platformasına çevirib. Prezidentin fikirləri Azərbaycanın müstəqillik tarixinin bütün dövrlərini və onun siyasi-ictimai sistemini, o cümlədən ölkənin Qələbəsindən sonra seçdiyi yeni yolun mahiyyətini əks etdirən rəhbər konsepsiyadır. Prezident İlham Əliyev öz fəaliyyətini, məqsədlərini və baxışlarını dünyanın müxtəlif ölkələrindən olan media mütəxəssisləri ilə bölüşüb, Azərbaycana yeni baxışını təqdim edib. Qeyd olunur ki, forum zamanı Prezident İlham Əliyev ölkənin "yaşıl gündəliy"indən tutmuş qlobal iqlim dəyişikliyinə, ikitərəfli əməkdaşlıqdan beynəlxalq tərəfdaşlığa, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasından Qafqazda sülhün və tərəqqinin təmin edilməsinə, Azərbaycanın yerli inkişaf təcrübəsinin qlobal artıma verdiyi töhfələrdən, Zəngəzur və Orta dəhlizlərdən tutmuş yeni Avrasiya logistika layihələrinə, qitənin enerji təhlükəsizliyindən bəşəriyyəti təhdid edən müharibələrə, Ermənistanla sülh danışıqlarından tutmuş neokolonializmlə mübarizəyə, ABŞ-dən Çinə, Rusiyadan Latın Amerikasına, Avropa İttifaqından İslam Əməkdaşlıq Təşkilatına qədər bir çox mövzularda qəti mövqelərini ifadə edib.

Materialda həmçinin Azərbaycan Prezidentinin müxtəlif ölkələrdən jurnalistlərin suallarını cavablandırdığı, media nümayəndələrinin Ağdam, Laçın və Xocalıya səfər etdikləri bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!