03 Oktyabr 2025 11:02
488
SİYASƏT
A- A+
İtaliya Azərbaycanın Avropa məkanına inteqrasiyasında mühüm körpü rolunu oynayır

İtaliya Azərbaycanın Avropa məkanına inteqrasiyasında mühüm körpü rolunu oynayır


Azərbaycan-İtaliya münasibətləri müasir beynəlxalq əməkdaşlıq modelində xüsusi yer tutur. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü və sentyabrın 30-da mətbuata verilən bəyanatlar bir daha təsdiq edir ki, bu əlaqələr yalnız ikitərəfli formatla məhdudlaşmır, həm də regional və qlobal əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq xəttinə çevrilib.

İlk növbədə, münasibətlərin dinamikası diqqət çəkir. Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi imzalanıb. Bu fakt diplomatik əlaqələrin sadə əməkdaşlıqdan çıxaraq sistemli və uzunmüddətli tərəfdaşlıq modelinə keçdiyini göstərir. Son yeddi ildə dövlət başçıları arasında keçirilmiş ardıcıl görüşlər isə bu əməkdaşlığın siyasi iradə ilə dəstəkləndiyini təsdiqləyir. Bu mənada Prezident Mattarellanın Azərbaycana ikinci rəsmi səfəri, eyni zamanda, münasibətlərin dayanıqlı xarakterini nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Deputat iqtisadi əlaqələrin Azərbaycan İtaliya tərəfdaşlığının təməl sütunlarından biri olduğunu vurğulayaraq deyib: “İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və burada enerji sektoru həlledici rol oynayır. Azərbaycanın xam neft ixracında İtaliyanın lider mövqeyi, qaz idxalında isə ikinci yerdə olması bu ölkənin enerji təhlükəsizliyində Bakının əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Xüsusilə, Trans-Adriatik Boru Kəmərinin (TAP) icrası mərhələsində Prezident Mattarellanın şəxsi müdaxiləsi və problemlərin həllində iştirakı göstərir ki, tərəflər yalnız maraqlar əsasında deyil, həm də qarşılıqlı etimad prinsiplərinə söykənən əməkdaşlıq modeli formalaşdırıblar. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın 14 ölkəyə təbii qaz ixrac etməsi və coğrafi əhatəyə görə dünyada lider mövqedə dayanması Azərbaycanın qlobal enerji siyasətində artan rolunun bariz nümunəsidir.

Energetika əməkdaşlığı artıq yeni istiqamətlərə də yol açır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan hazırda Avropa İttifaqına elektrik enerjisinin ixracı layihəsi üzərində işləyir. Xəzərin dibi ilə Orta Asiyadan Avropaya qədər uzanacaq enerji dəhlizləri perspektivdə yalnız enerji resurslarının deyil, həm də regionun geosiyasi çəkisinin artmasına gətirib çıxara bilər. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardan biri kimi rolunu daha da möhkəmləndirir.

Lakin Azərbaycan-İtaliya münasibətləri yalnız enerji və ticarət sahəsi ilə məhdudlaşmır. Humanitar və təhsil əməkdaşlığı artıq yeni bir mərhələyə qədəm qoyub. Prezidentlərin iştirakı ilə açılışı baş tutan İtaliya-Azərbaycan Universiteti iki ölkənin strateji tərəfdaşlığını elm, təhsil və mədəniyyət müstəvisində də möhkəmləndirir. ADA Universitetinin İtaliyanın beş nüfuzlu ali təhsil müəssisəsi ilə birgə həyata keçirdiyi bu layihə həm Azərbaycanın təhsil sisteminin beynəlmiləlləşdirilməsi, həm də iki xalq arasında dərin mədəni körpülərin qurulması baxımından əhəmiyyətlidir. İxtisaslaşmış laboratoriyalar, müasir texnologiyalara əsaslanan emalatxanalar və ikili diplom proqramları bu layihənin uzunmüddətli strateji sərmayə olduğunu göstərir. Burada təhsil alan gənclərin gələcəkdə ölkələrarası xalq diplomatiyası missiyasını daşıyacaqları şübhə doğurmur”.


Deputat bildirib ki, ikitərəfli münasibətlərdə digər mühüm məqam isə Avropa İttifaqı ilə əlaqələrin inkişafında İtaliyanın rolu ilə bağlıdır: “Rəsmi Roma daim Azərbaycanın Avropa ilə münasibətlərinin güclənməsini dəstəkləyib və bu gün də həmin xətt davam etdirilir. Aİ-Azərbaycan əlaqələrinin müsbət istiqamətdə irəliləməsi, xüsusilə enerji, ticarət və yaşıl keçid sahələrində əməkdaşlıq imkanlarının genişlənməsi region üçün strateji əhəmiyyət kəsb edir. Bu kontekstdə İtaliya Azərbaycanın Avropa məkanına inteqrasiyasında mühüm körpü rolunu oynayır.


Beləliklə, Azərbaycan-İtaliya əlaqələrinin analizi göstərir ki, bu münasibətlər, sadəcə, ikitərəfli siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Burada enerji təhlükəsizliyi, təhsil və mədəniyyət mübadiləsi, Avropa ilə strateji əməkdaşlıq xətti, qarşılıqlı etimad kimi çoxşaxəli komponentlər birləşir. Prezident İlham Əliyevin sözləri ilə desək, uzaq məsafədə yerləşən ölkələrin münasibətlərinin bu qədər uğurla inkişaf etməsi, əslində, beynəlxalq əməkdaşlıq üçün nümunəvi model ola bilər”, - deyə E.Mirzəbəyli diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!