29 Mart 2024 16:46
236
DÜNYA
A- A+

İsveçrənin hidrogen qatarı rekord vurub

 

İsveçrənin “Stadler” konserni tərəfindən layihələndirilən və inşa edilən hidrogen yanacağı ilə işləyən qatar “Ginnesin Rekordlar kitabı”na düşüb. “Flirt” modifikasiyasının hidrogen qatarı yanacaq doldurmadan 2803 kilometr məsafə qət edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, rekord reys bu yaxınlarda Birləşmiş Ştatların Kolorado ştatındakı sınaq mərkəzində baş tutub. Qatar təxminən 46 saat ərzində 2803 kilometrlik rekord məsafəni qət edib. Şirkətdən verilən məlumata görə, rekord cəhddən əvvəl, səfərin zamanı və ondan sonra bütün telemetrik məlumatlar müfəssəl şəkildə qeydə alınıb ki, Rekordlar kitabı nümayəndələrinin sınaq yarışının şərtlərinə və nəticələrinə şübhə etmək üçün zərrə qədər əsası olmasın.

“Stadler”dən gələn hidrogenlə işləyən qatarda 108 oturacaq və əlavə dayanacaq yeri var. Qatarın maksimal sürəti saatda 130 kilometrə çatıb. 2021-ci ilin dekabrında akkumulyatorla işləyən İsveçrənin “Flirt” qatarı tək akkumulyatorla işləyən vaqonlar üzrə dünya rekordu vuran qatar kimi artıq “Ginnesin Rekordlar kitabı”na daxil edilib. Həmin vaxt bu qatar Almaniyada 224 kilometr məsafə qət etmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video