05 Iyul 2022 00:40
976
Qanunlar
A- A+

"İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

"İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1302) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə hər iki halda "180 375 536,0" rəqəmləri "181 375 536,0" rəqəmləri ilə əvəz edilsin.

2. 2-ci maddə üzrə:

2.1. 1-ci hissədə "136 418

476,0" rəqəmləri "143 342 200,0" rəqəmləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənddə "21 709 238,0" rəqəmləri "20 621 100,0" rəqəmləri ilə əvəz edilsin;

2.3. 1.2-ci bənddə "21 709 238,0" rəqəmləri "20 621 100,0" rəqəmləri ilə əvəz edilsin;

2.4. 1.3-cü bənddə "93 000 000,0" rəqəmləri "102 100 000,0" rəqəmləri ilə əvəz edilsin;

2.5. 3-cü hissədə "2021-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti" sözləri "Əvvəlki illərdə işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitindən cari ilin xərclərinə yönəldilən məbləğ" sözləri ilə, "43 907 060,0" rəqəmləri "37 983 336,0" rəqəmləri ilə əvəz edilsin.

3. 3-cü maddənin 5-ci hissəsində "2 500 000,0" rəqəmləri "3 500 000,0" rəqəmləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video