21 Oktyabr 2025 20:43
469
İQTİSADİYYAT
A- A+
İqtisadiyyat nazirinin müavini: Azərbaycan ərazisindən keçən marşrut artıq uğurla fəaliyyət göstərir

İqtisadiyyat nazirinin müavini: Azərbaycan ərazisindən keçən marşrut artıq uğurla fəaliyyət göstərir


Ölkələrimiz arasında münasibətlər həqiqətən müttəfiqlik xarakteri daşıyır və ən yüksək səviyyədə aparılan sabit siyasi dialoqa əsaslanır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Astanada keçirilən Qazaxıstan–Azərbaycan biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov səsləndirib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycan və Qazaxıstan bir çox sahələrdə – siyasi, ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlıq istiqamətlərində əhəmiyyətli nəticələr əldə ediblər.

“İkitərəfli münasibətlərin heyrətamiz inkişaf dinamikası, ilk növbədə qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər əlaqələrimizin möhkəmlənməsində və bütün istiqamətlər üzrə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsi üçün yeni imkanların yaradılmasında mühüm rol oynayır. Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əlaqələr dinamik şəkildə inkişaf edir və yeni sahələri əhatə edir. Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılmasından və qarşılıqlı investisiyaların qorunmasından tutmuş ticarət və nəqliyyatın inkişafınadək əsas əməkdaşlıq istiqamətlərini tənzimləyən təxminən 170 ikitərəfli sənəd imzalanıb”, – deyə nazir müavini bildirib.

A.Axundov vurğulayıb ki, son illərdə qarşılıqlı ticarət sabit artım nümayiş etdirir. “Təkcə bu ilin yanvar–sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 568 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur. Bu gün Azərbaycanda Qazaxıstan kapitalının iştirakı ilə təxminən 250 kommersiya qurumu fəaliyyət göstərir. Bizim sahibkarlarımız da Qazaxıstanda biznesin inkişafında fəal iştirak edirlər”, – deyə o qeyd edib.

Nazir müavini Qazaxıstan biznesinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal iştirakını xüsusi vurğulayıb.

“Təhsil, səhiyyə, infrastruktur və tikinti kimi əsas sahələr üzrə 50-dən çox layihə təklifi təqdim olunub”, – deyə o bildirib.

A.Axundovun fikrincə, ikitərəfli iqtisadi gündəliyin praktiki irəliləməsində İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mühüm rol oynayır.

“Komissiyanın iyirmi birinci iclası ötən həftə Bakıda keçirilib. İkitərəfli təmasların müxtəlif sahələrdə inkişafına dair konkret addımlar razılaşdırılıb ki, bu da Azərbaycan–Qazaxıstan tərəfdaşlığının geniş spektrinə yeni impuls verəcək. Azərbaycan və Qazaxıstan region üçün strateji əhəmiyyət daşıyan birgə innovativ və infrastruktur layihələri uğurla həyata keçirirlər. Onlardan biri Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər optik-lifli rabitə xəttidir. Ölkələrimizin aparıcı telekommunikasiya operatorları arasında imzalanmış sazişlərə əsasən bu layihənin icrasına başlanılıb. Layihə Avropa ilə Asiya arasında Azərbaycan üzərindən rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını hədəfləyən “Rəqəmsal İpək Yolu”nun mühüm tərkib hissəsidir. Təşəbbüs çərçivəsində Xəzərin dibi ilə yüksək sürətli internet, trafik və çoxterabitlik məlumat ötürülməsini təmin edəcək optik kabelin çəkilməsi nəzərdə tutulur. Layihənin tamamlanması regional tərəfdaşlığı gücləndirəcək və iştirakçı ölkələrin dayanıqlı rəqəmsal inkişafında yeni səhifə açacaq”, – deyə o vurğulayıb.

Nazir müavini əlavə edib ki, digər mühüm istiqamətlərdən biri “Orta Dəhliz” kimi tanınan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsidir.

“Azərbaycan ərazisindən keçən marşrut artıq uğurla fəaliyyət göstərir. Ölkəmiz bu qlobal logistika zəncirinin mühüm strateji qovşağıdır. Qazaxıstan 2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımaların həcmini 500 min konteynerə çatdırmağı qarşısına məqsəd qoyub. Azərbaycan bu istiqamətə xüsusi əhəmiyyət verir, çünki bu, regionun tranzit cəlbediciliyini artırır və hər iki ölkənin şirkətləri üçün yeni imkanlar yaradır. Həmçinin, TRIPP təşəbbüsünün həyata keçirilməsi nəticəsində Zəngəzur dəhlizinin Avrasiya üçün əsas nəqliyyat qovşağına çevriləcəyini qeyd etmək istərdim. Bu da, şübhəsiz, regionumuzda tərəfdaşlığın və inkişafın möhkəmlənməsinə xidmət edəcək”, – deyə Anar Axundov çıxışını yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!