07 Aprel 2024 08:40
730
İQTİSADİYYAT
A- A+
İnvestisiya təşviqi mexanizmi - qeyri-neft sektorunun inkişafını stimullaşdıran əsas alət

İnvestisiya təşviqi mexanizmi - qeyri-neft sektorunun inkişafını stimullaşdıran əsas alət

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əski sovet planlı təsərrüfat sistemindən imtina edib liberal iqtisadi inkişaf yolunu seçdi. Sözsüz ki, iqtisadi kursun kəskin şəkildə dəyişməsi müəyyən problemlər də yaratdı. Lakin bu istiqamətdə aparılan düzgün iqtisadi siyasət və icra edilən iqtisadi islahatlar sonda öz müsbət nəticəsini verdi.
İqtisadi inkişafımızın təmin edilməsində aparılan investisiya siyasəti önəmli rol oynayır. Xüsusilə müstəqilliyimizin ilk illərində xarici investisiyanın yatırılması ölkəmizə hava və su qədər vacib idi. Çünki özümüzün investisiya imkanlarımız yox idi ki, sənayenin modernləşdirilməsi üçün vəsait qoyaq. Köhnə avadanlıqlarla isə xarici bazar üçün rəqabətqabiliyyətli məhsul istehsal etmək mümkün deyildi. O üzdən ölkəyə xarici sərmayənin cəlb edilməsi vacib idi.
Ulu Öndər Heydər Əliyev bu istiqamətdə uğurlu işlərin möhkəm təməlini qoydu. Bunun ardınca Prezident İlham Əliyevin ölkədə münbit investisiya mühiti yaratmaq siyasəti böyük nailiyyət qazandı. Dövlət başçısı Azərbaycanda aparılan iqtisadi islahatların məqsədinin dünya iqtisadiyyatına inteqrasiya olduğu barədə fikrini dəfələrlə səsləndirmişdir. 
Bu gün bizdə dünyanın inkişaf etmiş ölkələrindəki kimi liberal bazar iqtisadiyyatı sistemi tam bərqərar olub. Ölkə iqtisadiyyatına birbaşa xarici  investisiyaların qoyuluşu 100 milyard dolları ötüb. Bu, Azərbaycan kimi bir ölkə üçün son dərəcə böyük rəqəmdir. Ən önəmlisi isə odur ki, bu çətin anda da Azərbaycan iqtisadiyyatına xarici investisiyanın qoyuluşu davam edir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 3 milyard 656,2 milyon manat vəsait yönəldilmişdir. Cari ildə də ölkə iqtisadiyyatına xarici sərmayə qoyuluşu davam edir. İlin ilk iki ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına ölkə iqtisadiyyatına 493,5 milyon manat sərmayə yatırılıb. 
Yeri gəlmişkən, qeyd edək ki, indiki dünya düzənində baş verən hadisələr nəticəsində xarici sərmayə cəlb etmək çox çətindir. Səbəbi aydındır - qlobal səviyyədə baş verən siyasi və hərbi gərginlik kapital qoyuluşuna mənfi təsir göstərib. Bunun üçün də 2023-cü ildə sərmayə cəlb etmək məqsədilə xarici investorların sorğuları müvafiq olaraq cavablandırılmış, onların mərkəzi icra hakimiyyəti orqanları ilə əlaqələndirilməsi, həmçinin ölkəmizdə yaradılmış biznes və investisiya mühiti haqqında məlumatların təqdim edilməsi istiqamətində müvafiq işlər görülmüş, mütəmadi olaraq şirkətlərə "sonradan qayğı" xidmətləri göstərilmişdir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə mövcud investisiya imkanlarından yararlanması məqsədilə 2023-cü il ərzində yerli və xarici şirkətlərin müraciətlərinə baxılmış, görüşlər keçirilərək təhlillər aparılmışdır.
Bunlardan savayı, xarici sərmayədarlarda inam yaratmaq üçün müxtəlif layihələr hazırlanmışdır. Onlardan biri ölkəmizdə yaradılmış investisiya mühiti ilə bağlı potensial investorların ətraflı məlumat əldə etmələri üçün investisiya bələdçisinin hazırlanmasıdır. Bələdçidə potensial sektorlar, iqtisadi göstəricilər, nəqliyyat marşrutları, qanunvericilik, xüsusən investorlar üçün güzəşt və imtiyazlar, eləcə də onlara dəstək ola biləcək aidiyyəti dövlət qurumları və  mexanizmləri barədə məlumatlar əks olunmuşdur. Eyni zamanda "İnvestisiya fəaliyyəti haqqında" qanunun icrası ilə bağlı investisiya fəaliyyətinin həyata keçirilməsinə dair investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və "bir pəncərə" prinsipi əsasında xidmət göstərilməsi ilə bağlı təkliflər hazırlanmışdır.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün böyük potensial mövcuddur və bu sahəyə xarici sərmayənin cəlb edilməsi vacibdir. Bununla bağlı 2023-cü ildə qeyri-neft sektorunun müxtəlif istiqamətlərinə xarici investisiyaların cəlbi, biznes və investisiya mühirinin daha da optimallaşdırılması, biznes dairələri arasında ikitərəfli əlaqələrin qurulması üçün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi, Tatarıstanın Kazan, Özbəkistanın Daşkənd şəhərlərində investorlarla ikitərəfli görüşlər keçirilmişdir.
İqtisadiyyatın idarəedilməsi mexanizmi dinamik olaraq dəyişir. Yeni şəraitdə yeni tələblərə uyğun qanunvericilik bazasında dəyişikliklər edilməsi tələb olunur. Məqsəd xarici investisiyanın ölkə iqtisadiyyatına daha çox cəlb edilməsidir. Azərbaycanda bu istiqamətdə görülən işlər beynəlxalq təşkilatlar və biznes dairələri tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin 2022-ci ilin 20 dekabr tarixli fərmanı ilə investisiya təşviqi mexanizminə edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 3 il müddətinə sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları, müvafiq ərazilərdə, yəni Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla digər şəhər və rayonlarda həyata keçiriləcək layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə reallaşdırılacaq strateji layihələrə verilir. Yeni mexanizmdə kənd təsərrüfatı və logistika istiqamətləri çıxarılmış, əvəzində tullantıların təkrar emalı fəaliyyət sahəsi əlavə olunmuş, həmçinin turizm istiqamətli fəaliyyət sahələri genişləndirilmişdir. Yəni tətbiq edilən mexanizm əsasən regionların inkişafına və investisiya potensialının artırılmasıa yönəldilmişdir.
İnvestisiya təşviqi mexanizmi nə üçün lazımdır? Bu, ölkə iqtisadiyyatına daha çox xarici və yerli investisiyanın yatırılmasına imkan yaradır. Dövlət tərəfindən edilən güzəştlər sahibkarları iqtisadiyyata daha çox sərmayə qoymağa təşviq edir. Ümumilikdə 2024-cü ilədək 483 sahibkarlıq subyektinə 584 investisiya təşviqi sənədi verilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 5,6 milyard manatdan çox investisiyanın yatırılması və 38,6 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Təkcə keçən il 14 sahibkarlıq subyektinə 15 investisiya təşviqi sənədi təqdim edilmişdir. Həmin imkandan istifadə edərək yeni layihələrin reallaşması nəticəsində yerli istehsala 41,7 milyon manatadək investisiya yatırılması və 500 yeni iş yerinin açılması planlaşdırılmışdır. Eyni zamanda investisiya təşviqi sənədi almış hüquqi şəxslərə və fərdi sahibkarlara 227,8 milyon dollar dəyərində texnikanın, texnoloji avadanlıqların, həmçinin qurğuların idxalı üçün 593 təsdiqedici sənəd verilmiş, eləcə də sahibkarlar idxalda tətbiq olunan vergi və resurslardan 53 milyon dollar məbləğində güzəştlər əldə etmişlər.
Bu gün qeyri-neft sektorunda məhsul istehsalının ildən-ilə artması və ixracın yüksəlməsi yerli və xarici sahibkarlara dövlət tərəfindən edilən güzəştlər sayəsində mümkün olmuşdur. Bu istiqamətdə sahibkarlara edilən güzəştlər hesabına qarşıdakı illərdə qeyri-neft sektoru üzrə daha çox məhsul istehsal və ixrac edilməsinin şahidi olacağımız şübhəsizdir.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!