11 İyul 2025 08:25
495
İQTİSADİYYAT
A- A+
İnsan amili Azərbaycanda daim prioritetdir

İnsan amili Azərbaycanda daim prioritetdir


Hər bir cəmiyyətin əsasında dayanan insanın sayı, rifahı və inkişaf potensialı dövlətin gələcəyini müəyyən edir. Məhz buna görə də hər il iyulun 11-i dünyada Beynəlxalq Əhali Günü kimi qeyd olunur. İnsanın hüquq və sosial təminatının diqqət mərkəzində olmasının rəmzinə çevrilən bu günün qeyd edilməsində əsas məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq və sağlamlıq kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı (UNDP) 1989-cu ildə dünya əhalisinin 5 milyarda çatdığı 11 iyul 1987-ci il tarixini Dünya Əhali Günü kimi tanıyıb. Əlamətdar gün BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu (UNFPA) tərəfindən təsis edilib və ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd olunub. 


2100-cü ilə qədər dünya əhalisinin sayı 10,4 milyarda çatacaq


Almaniyanın Dünya Əhali Fondu (DSW)  tərəfindən təqdim edilən məlumatlara görə, 2024-cü ildə dünya əhalisi bir il əvvəlki ilə nisbətən təxminən 82 milyon nəfər artıb. Hazırkı məlumatlara əsasən, dünya əhalisi 8 milyard 233 min nəfəri keçib. Əhalisi ən sürətlə artan qitə Afrikadır. Burada doğum səviyyəsi yüksək, ömür uzunluğu isə artmaqdadır. Fondun ekspertləri bildirirlər ki, növbəti iki onillikdə bu qitədə yaşayan insanların sayı iki dəfədən çox arta bilər.

2023-cü ilin sonunda Hindistan əhalisinə görə Çini geridə qoyaraq dünyanın ən sıx məskunlaşan ölkəsi olub. BMT-nin əhali təxminlərinə görə, 2024-cü ildə ən çox əhalisi olan ölkə 1 milyard 451 milyon nəfərlə Hindistan, ikinci yerdə 1 milyard 419 milyon nəfərlə Çin və 345 milyon 427 min nəfərlə ABŞ gəlir. Bu üç ölkə dünya əhalisinin 39,4 faizini təşkil edir.

2024-cü ildə dünya əhalisinin 29,6 faizini uşaqlar təşkil edib. Uşaqların sayının ən yüksək olduğu ölkə Mərkəzi Afrika Respublikası, ən az olduğu ölkə isə Cənubi Koreya Respublikasıdır. Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkədə uşaq sayının ən yüksək olduğu ölkələr İrlandiya, İsveç və Fransa, ən aşağı olduğu ölkələr isə İtaliya, Malta və Portuqaliyadır.

Birləşmiş Millətlər Təşkilatının dünya əhalisinin proqnozlarına görə, ölkələrin ümumi əhalisi içərisində 65 və daha yuxarı yaşlı əhalinin nisbəti araşdırıldığında, 2024-cü ildə yaşlı əhalinin ən yüksək nisbətinə malik ölkə Monako olub. Bu ölkəni Yaponiya və İtaliya izləyib. Yaşlı əhalinin ən aşağı nisbətinə malik ölkələr isə Qətər, BƏƏ və Zambiyadır.

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin məlumatına görə, 2037-ci ildə dünya əhalisi ilk dəfə olaraq 9 milyardı keçəcək. Hazırda planetin ümumi əhalisinin təxminən 28 faizinin yaşadığı 63 ölkədə artım pik həddi keçib. Belə ölkələr arasında Rusiya, Çin, Almaniya və Yaponiya var. Dünya əhalisinin 10 faizinin yaşadığı 48 ölkədə insanların sayı yaxın illərdə artacaq və 2025-2054-cü illər arasında pik həddə çatacaq. BMT-nin proqnozlarına əsasən, yaxın 60 ildə dünya əhalisinin sayı artmaqda davam edəcək və 2100-cü ilə qədər dünya əhalisi 10,4 milyarda çatacaq. Sonra isə artım sürəti tədricən zəifləyəcək, əsrin sonuna qədər isə tədricən 10,2 milyard nəfərə enəcək.

Əhali artımının mənfi tərəfləri də az deyil. Bu artım insan potensialının gücünü göstərməklə yanaşı, bəzi ölkələrdə sosial və iqtisadi təzyiqləri artırır, ərzaq təhlükəsizliyi, su ehtiyatları, enerji tələbatı, iqlim dəyişikliyi, səhiyyə xidmətlərinə çıxış və gender bərabərliyi kimi bir sıra ciddi problemləri də gündəmə gətirir. Bu səbəbdən Əhali Günü həm əhalinin artım tempinə, həm də onun keyfiyyətinə - təhsilə, səhiyyəyə, məşğulluğa və rifaha yönəlmiş düşünülmüş siyasətlərin vacibliyini vurğulayır. Əhali artımı dayanıqlı inkişafla uzlaşdırılarsa, bu həm cəmiyyətə, həm də gələcək nəsillərə fayda gətirə bilər.


Azərbaycan əhalisinin sayı 10 milyonu ötüb


Əhalinin ümumi rifah halının yüksəldilməsi Azərbaycanın dövlət siyasətinin əsas  istiqamətlərindən biridir. Ümumdünya Əhali Günü 2005-ci ildən etibarən ölkəmizdə də qeyd olunur. MDB məkanında ilk dəfə olaraq Azərbaycanda elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" təsdiq edilib. Konsepsiya onu da göstərir ki, insan amili Azərbaycanda daim prioritetdir.

Əhalinin sağlamlığının qorunması, təhsil imkanlarının genişləndirilməsi, gənclərin inkişafı, ailə institutunun gücləndirilməsi və gender bərabərliyi sahəsində ölkəmizdə mühüm addımlar atılır. Regional balansın qorunması, miqrasiyanın idarə olunması və işsizliyin azaldılması kimi məsələlər də əhali ilə bağlı siyasətin əsas istiqamətlərindəndir.

Dövlət Statistika Komitəsinin 2025-ci il mayın 1-nə olan məlumatına görə, Azərbaycan əhalisinin sayı 10 milyon 270 min nəfərə yaxındır. Ölkə əhalisinin sayı ilin əvvəlindən 11 min 338 nəfər və ya 0,1 faiz artıb. Əhalinin ümumi sayının 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Ümumdünya Əhali Günü təkcə rəqəmləri yox, bu rəqəmlərin arxasında dayanan insan həyatlarını, sosial siyasətləri və planetin gələcəyini düşünmək üçün bir fürsətdir. Dünya əhalisinin artımı təbii ehtiyatların azalması, şəhərləşmənin sürətlənməsi və ətraf mühitin çirklənməsi kimi problemləri də gündəmə gətirir. Bu baxımdan əhalinin idarəolunan şəkildə artımı, dayanıqlı inkişaf strategiyalarının tətbiqi, təhsil və səhiyyə kimi sahələrdə bərabər imkanların yaradılması mühüm əhəmiyyət kəsb edir. Gələcək nəsillər üçün daha yaxşı dünya miras qoymaq məqsədilə dünya ölkələrinin birgə və koordinasiyalı şəkildə hərəkət etməsi zəruridir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!