21 İyun 2025 09:10
3288
Səhiyyə
A- A+
İndi də COVID-in "Nimbus" subvariantı dünyanı təhdid edir

İndi də COVID-in "Nimbus" subvariantı dünyanı təhdid edir


2020-ci ildə dünya miqyasında pandemiyaya səbəb olan COVID-19 illər keçsə də, tam olaraq gündəmdən düşməyib. Mütəmadi olaraq yaranan yeni ştam və subvariantlar, onların yoluxuculuğu, ağırlaşma riski və vaksinasiyaya qarşı müqaviməti hələ də ciddi müzakirə mövzusudur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ildə koronavirusun qlobal fövqəladə sağlamlıq təhdidi kimi başa çatdığını elan etsə də, bu, virusun yox olması demək deyildi. SARS-CoV-2 virusu hələ də müxtəlif formalarda dövr edir, mutasiyaya uğrayır və əsasən zəifləmiş formalarla insanlara yoluxur. Bunlardan sonuncusu "NB.1.8.1" adlandırılan, lakin qeyri-rəsmi olaraq "Nimbus" kimi tanınan subvariantdır.

"Omikron" ailəsindən olan "NB.1.8.1"in ən diqqətçəkən simptomu "qılınc kimi kəsən boğaz ağrısı"dır. Virusa yoluxanlar boğazda sanki sındırılmış şüşə parçaları varmış kimi ağrı hiss etdiklərini bildirirlər. Bu ağrı danışmaq, yemək və ya maye qəbul etməkdə çətinlik yaradır. Bundan əlavə, yorğunluq, öskürək, yüksək hərarət, burun axması və əzələ ağrıları kimi adi soyuqdəymə əlamətləri də müşahidə edilir. Yeni subvarianta qarşı ən həssas insanlar yaşlılar, uşaqlar, hamilələr, xroniki xəstəliyi və immun sistemi zəif olanlardır. Virus azyaşlılarda aşağı tənəffüs yollarının və bronxların iltihabi xəstəliklərinə, yetkinlərdə isə daha çox xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur.

"Nimbus"a ilk dəfə bu il yanvarın sonlarında Çində rast gəlinib. Yaza doğru isə virusun yayılma əhatəsi genişlənib. Hazırda dünyanın 20-dən çox ölkəsində, habelə ABŞ, Yaponiya, Kanada, Avstraliya, Çin, Honq Konq, Sinqapur, Hindistan və Birləşmiş Krallıqda aşkar edilib. ÜST mayın 28-də yaydığı məlumatda həyəcan təbili  çalaraq, bəzi bölgələrdə ştama yoluxmanın artmağa başladığını bildirib. Qurumun məlumatına görə, iyunun əvvəli təkcə ABŞ-də virusa yoluxma öncəki iki həftəyə nisbətən 15 faiz artıb. "NB.1.8.1"in yoluxuculuq əmsalı isə 12-dən 15-ə qədər qiymətləndirilib. Bu isə o deməkdir ki, bir yoluxmuş şəxs ətrafındakı 15 nəfəri yoluxdura bilər.

Genetik analizlər "NB.1.8.1"in sünbül zülalında onun yoluxuculuq qabiliyyətini artıra bilən və antitellərdən yayınmağa imkan verən spesifik mutasiyaların olduğunu göstərir. Bununla belə, ÜST bu subvariantın hazırda dövriyyədə olan digər viruslardan daha ağır xəstəliyə səbəb olduğuna dair heç bir sübut olmadığını deyir.

Yeni subvariant COVID-19-un hələ də ciddi təhlükə olduğunu göstərir. Statistikaya nəzər yetirsək, koronavirus hallarının hər il yay aylarında artdığını görmək olur. "Nimbus"un ortaya çıxması mümkün artımla bağlı narahatlıqları daha da artırıb. Bununla bağlı bir neçə ölkə artıq tədbir almağa başlayıb. Cənubi Koreya Tibb Assosiasiyası COVID-19-un mövsümi dəyişikliklər və səyahət səbəbindən yenidən arta biləcəyi ilə bağlı xəbərdarlıq edib. Hindistan Səhiyyə Nazirliyi isə xəstəxanalara çarpayı, oksigen, dərman və avadanlıq baxımından hazır olmaları barədə göstəriş verib. Tayvan səlahiyyətliləri ictimaiyyətə maska taxmaq və əl gigiyenasına riayət etmək barədə xəbərdarlıq edib.

Mütəxəssislər bildirirlər ki, peyvəndlər və qorunma tədbirləri xəstəliyin yayılmasının qarşısını almaqda həlledici rol oynayır. Lakin zaman keçdikcə peyvəndin təsiri azalır, nəticədə orqanizmin virusa qarşı müqaviməti zəifləyir. Buna görə də infeksionistlər xüsusilə yüksək risk qrupunda olan insanlara sonuncu peyvəndlərinin üzərindən 6 ay keçibsə, yenidən peyvənd olmağı tövsiyə edirlər. ÜST-nin məlumatına görə, hazırda təsdiqlənmiş COVID vaksinlərinin "NB.1.8.1" variantına qarşı effektiv olması gözlənilir. 

COVID-19 həyatımıza sağlamlıq və sosial münasibətlər baxımından dərin izlər buraxdı. Onun yeni ştamları bizə göstərir ki, viruslarla mübarizə birdəfəlik deyil, davamlı və çevik yanaşma tələb edən bir prosesdir. Buna görə də ehtiyatı əldən vermədən xüsusən insanların sıx toplaşdığı qapalı məkanlarda tibbi maskadan istifadə tövsiyə edilir. Əlləri tez-tez yumaq və dezinfeksiya etmək, sosial məsafəni qorumaq, havalandırmanın zəif olduğu qapalı məkanlardan çəkinmək lazımdır. "NB.1.8.1" subvariantına yoluxma halına ölkəmizdə rast gəlinməsə də, ehtiyatı əldən vermədən fərdi gigiyena və məsuliyyətli davranış qaydalarına riayət etmək vacibdir. 


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!