03 Sentyabr 2024 11:02
126
DÜNYA
A- A+

İlon Mask Kamala Harrisi yalan danışmaqda ittiham edib


İlon Mask ən yüksək dövlət postuna namizəd olan ABŞ-nin vitse-prezidenti Kamala Harrisi yalan danışmaqda ittiham edib. O, X-də (keçmiş Twitter) Harrisə müraciətində"Yalan danışırsan" yazıb. Belə ki, Mask Harrisin “Respublikaçılar Partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə, Demokratlar Partiyası Donald Trampın ilk gündə  diktator olmasına imkan verməyəcək” sözlərinə münasibət bildirib.
Mask həmçinin “Kamala birinci gün kommunist diktator olacağını vəd edir” deyə yazıb və postu qırmızı paltoda və oraq-çəkicli papaqlı Harrisin şəkli ilə müşayiət edib.
Daha əvvəl Mask Respublikaçılar Partiyasından seçki yarışında iştirak edən keçmiş Amerika lideri Donald Trampı dəstəkləyib. Tramp qalib gələrsə, “qlobalistləri, kommunistləri, marksistləri və faşistləri hökumətdən kənarlaşdıracağına” söz verib. O, həmçinin Harrisin ABŞ-ı kommunist dövlətə çevirməyə çalışacağını bildirib. 

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video