10 İyul 2026 18:00
456
İQTİSADİYYAT
A- A+
İlin birinci yarısında 475 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

İlin birinci yarısında 475 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub


Cari ilin yanvar-iyun aylarında satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 475 kirayə müqaviləsi rəsmiləşdirilib.

İpoteka və Kredit Zəmanət Fondundan AZƏRTAC-a bildirilib ki, iyulun 1-nə olan məlumata görə, bu mexanizm vasitəsilə 9545 ailənin mənzil şəraiti yaxşılaşıb. Mənzil sahibi olan vətəndaşların 60 faizindən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Ümumilikdə, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 17 ünvanda (Bakı şəhəri 8, Abşeron rayonu 6, Sumqayıt şəhəri 3 ünvan) mənzillər təqdim edilib. Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir edilib, isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda həmin mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 25 yanvar tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çində fırtına səbəbindən 1 milyondan çox insan təxliyə edilib  

15:24
10 Avqust

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

15:02
10 Avqust

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

14:50
10 Avqust

 Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

14:44
10 Avqust

Kosta rikalı diplomat BMT-nin baş katibi postu uğrunda mübarizədə favoritdir  

14:29
10 Avqust

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

14:28
10 Avqust

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

14:27
10 Avqust

Qubada növbəti təmizlik aksiyası keçirilib  

14:21
10 Avqust

Hanter BAYDEN: "Nə qədər sağdır mübarizə aparacaq"

14:16
10 Avqust

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

13:37
10 Avqust

ABŞ Kolumbiyaya 1 milyard dollarlıq təhlükəsizlik yardımı vəd edib  

13:25
10 Avqust

Qocalmanın qarşısını ala bilən yeni ferment aşkar edilib  

13:23
10 Avqust

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

13:22
10 Avqust

Süni intellekt dəstəyi ilə dövlətin səmərəsiz xərclərinə son qoyulur  

13:20
10 Avqust

Türkiyə şokolad ixracatında keyfiyyət və xammal üstünlüyü ilə öndədir  

13:15
10 Avqust

Yer üzündə həyat iki dəfə yaranıb?  

13:14
10 Avqust

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

13:12
10 Avqust

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

13:09
10 Avqust

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

13:07
10 Avqust

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

13:04
10 Avqust

Sabah bəzi yerlərdə yağış yağacaq

13:02
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!