05 Fevral 2022 01:05
2190
SİYASƏT
A- A+
İlham Əliyevin yeni islahatlar kursu

İlham Əliyevin yeni islahatlar kursu

 

Gənclik ruhu, müasir təfəkkür, vətənpərvər missiya, Azərbaycana birmənalı sədaqət!

 

Prezident İlham Əliyevin gənclərlə son görüşündəki çıxışının əsas tezislərini yalnız tövsiyələr, yaxud ölkədə gerçəkləşən proseslərin izahı kontekstində məhdudlaşmaq, əlbəttə ki, yanlış olardı.

Liderin fikirləri Azərbaycanın müstəqillik tarixinin və ictimai-siyasi sisteminin bütün dövrlərini, həmçinin Zəfərdən sonra yaranan qlobal reallığın fonunda məmləkətimizin müəyyənləşdirdiyi yeni yolun mahiyyətini əks etdirən istiqamətverici konsepsiya idi.

Prezident fəaliyyətində etdiklərini və edəcəklərini, hesabatı və hədəfləri dövlətimizin sabahının təminatçıları olan gənclərlə bölüşdü və onların timsalında bütün ölkəyə, dünyaya yeni Azərbaycan vizyonunu bəyan etdi.

 

Prezidentin yeni prioritetləri

 

İlham Əliyevin “Biz dərin islahatlar dövrünə qədəm qoyuruq” bəyanatı ilə başlayan və Azərbaycanda bütün sahələr üzrə köklü dəyişikliklər yaradan, ən nəhayət, Vətən müharibəsində qələbənin təminatına mühüm töhfə verən yeni kursun - müasir islahatlar dövrünün artıq tam yeniləşən hədəfləri çıxışın mühüm məqamlarını ehtiva edirdi. Bu baxımdan, gənclərlə görüş və orada səslənən bəyanatlar Prezidentin yeni fəaliyyət prioritetlərinin elanı kimi də dəyərləndirilməlidir.

İlham Əliyevin mülahizələrinin əsas leytmotivini islahatların gedişinin təhlili kimi səciyyələndirmək olar. Gənclərin durumundan sosial-iqtisadi vəziyyətə, lokal planlardan qlobal layihələrə, dövlət-vətəndaş münasibətlərindən hərbi quruculuğa qədər, bir sözlə, cəmiyyətin və dövlətin bütün sahələri üzrə yığcam, amma müfəssəl baxışlarını açıqlayan ölkə rəhbəri konkret mesaj da verdi: Azərbaycanda aparılan islahatlar hansısa istiqamətlər üzrə və müəyyən mərhələ üçün deyil, əksinə, onlar davamlı, genişmiqyaslı islahatlardır.

Prezidentin çıxışlarının mövzu dairəsi nə qədər fərqli olsa da, mahiyyətcə dəyişməz üslubu var. Bu nitqlər deklorativlikdən, bəlağətdən, süni ritorikadan uzaqdır, hesabat yönümlüdür, uğurlarla bərabər, hökmən problemlərə toxunulur, onların həlli yolları göstərilir, ümumi fəaliyyətin və inkişaf trendinin yeni istiqamətləri elan edilir.

Və bu üslub Prezidentin çıxışlarının ictimai marağının yüksək səviyyəsini daim təmin edir. Vətəndaşlar ölkə rəhbərinin bəzən həftə ərzində dəfələrlə onlara öz fəaliyyətinin və ölkədəki sosial, iqtisadi, siyasi durumun hesabatını verməsindən məmnundurlar.

Eyni zamanda əhali onu narahat edən məqamlardan Liderin də xəbərdar olduğunu və onun həlli üçün çalışdığını aydın görür, problemlərin “hər şey yaxşıdır, gözəldir və müsbətdir” şirması altında gizlədilməməsini razılıqla qarşılayır.

Nəhayət, Prezidentin çıxışlarında ictimaiyyət “yolumuz haradır”, “hədəfimiz nədir”, “qarşıda bizi nə gözləyir” kimi suallara cavab tapır və ölkənin müqəddəratının müəyyənləşdirilməsində iştirakçılıq hüququnun tanınmasını aydın müşahidə edir.

Elə son nitqində də Prezident bu üç mərhələni, - hesabatlılıq; uğur və problemlər; yeni hədəflər, - əks etdirməklə bahəm, ölkə ictimaiyyəti ilə yanaşı, dünya birliyinə də olduqca önəmli mesajlar verdi.

 

Yenilənən dövlət aparatı

 

Tarixin ən qüdrətli Azərbaycanı və Zəfər - ölkəmizin, xalqımızın ən böyük iftixarı, nailiyyətləridir və onların da yaradıcısı məhz İlham Əliyev və onun yeni mərhələdəki islahatlar kursudur.

Düzgün və məqsədyönlü islahatlarla Azərbaycan güclənir, tarixi hədəflərini gerçəkləşdirir, daha uğurlu sabahının real təməlini yaradır, vətəndaşının rifahını yüksəldir. Bu reallıqla barışmayan fövqəlqüvvələrin postsavaş dövründən sonra daha da fəallaşmaları və ölkəmizə yönəlmiş uğursuz qəsd cəhdlərinə yerli marginallaşmış qrupları da daxil etmələri faktdır.

Prezidentin təbirincə desək, qlobalist-sorosçu şəbəkənin əsas hədəfi gənclər, onların dəyərləridir. Əlbəttə ki, Ali Baş Komandanına Şuşadan Qələbə raportu verən Azərbaycan gəncliyinin gücü, vətənpərvərliyi qarşısında bütün kənar cəhdlər uğursuzdur. Digər məlum ölkələrdə gənclərin dövlətləri və xalqları üçün nəticə etibarilə dağıdıcı fəaliyyət yürütmələri, kənar təsirlərin marionetinə çevrilərək özlərinin qocaman dövlətlərini iflasa uğratmaları acı faktlardır. Amma bu faktların qarşısında da Qarabağı görməyən Azərbaycan gəncinin Qarabağı işğaldan azad etməsi həqiqəti dayanır!

Bu həqiqət isə elə İlham Əliyevin islahatlar konsepsiyasının mənəvi yönümünün təntənəsidir!

İlham Əliyevin yetişdirdiyi gənclik Zəfərin gəncləridir və onların qarşısında qlobalist-sorosçılar da, yerli marginal qruplar da bir heçdir!

Həm də ölkədə antimilli qruplar, 5-ci kolonun təmsilçiləri darmadağın edilib. Bununla yanaşı, hakimiyyətin özü də məlum arxaik elementlərdən, köhnə təfəkkürlü, özünü doğrultmayan qalıqlardan təmizlənib.

Bu gün hakimiyyətdə, dövlət aparatında gənclik ruhu, müasir təfəkkür, vətənpərvər missiya, Liderinə və Azərbaycana birmənalı sədaqət hökm sürür!

Aydın görürük ki, Prezident yalnız inkişafın, quruculuğun və islahatların təkmil modellərini yaratmır, ən əsası, yeni dövr liderliyin, mükəmməl idarəçiliyin, şəffaf və hesabatlı fəaliyyətin meyarlarını formalaşdırır.

 

Müasir məmurları nə fərqləndirir?

 

İlham Əliyevin son illərdə yaratdığı iqtisadi, sosial, siyasi, ictimai konfiqurasiyanın vitrininə nəzər salaq. Burada islahatlara maneə yaradanlar, yeniliyə qarşı çıxanlar, oliqarxik qrup maraqları təmsilçiləri, vəzifə öhdəliklərini şəxsi mənafelərə qurban verənlər birmənalı yoxdur!

Onların yerini prinsipial, liderinin tələblərinə və məmur məsuliyyətinə sədaqətlə sahib çıxanlar, kreslonu var-dövlət hərisliyinə çevirməyənlər, təşəbbüskar, yenilikçi, cavabdeh olduğu sahədə inkişafı təmin etməyə çalışan təmiz insanlar tutub!

Artıq yeni məmurlar nə gizlində siyasi partiya yaradır, nə reket qəzetlər şəbəkəsi qurur, nə müxalifətin anti-milli fəaliyyətinə dəstək verir, nə də ki, korrupsiya sistemi formalaşdırır!

Onlar başlarını aşağı salıb Prezidentin islahatlar kursuna uyğun olaraq, öz fəaliyyətləri ilə səmimi, vicdanlı şəkildə məşğul olurlar!

Və ən əsası uğurlu fəaliyyət nümunələri yaradırlar!

İlham Əliyevin dövlət idarəetmə sistemində apardığı əsaslı islahatlar real nəticə verir. Zəfərə doğru gedilən yolda son bir ilin, savaş dövrünün və müharibədən sonrakı mərhələnin mənzərəsinə nəzər salaq: dövlət aparatı bir yumruqda birləşərək effektiv, məhsuldar, məsuliyyətli fəaliyyət yürütdü və hər biri öz sahəsində Müzəffər Komandanın əsgəri kimi çalışdı.

İlham Əliyevin “daha güclü, daha inkişaf edən Azərbaycan, daha rifahlı vətəndaş” konsepsiyasını həyata keçirməli olan hakimiyyət institutları yeni situasiyaya uyğun davamlı təkmilləşdirilir, struktur islahatlarının tərkib hissəsinə çevrilir. Prezident yeni inkişaf strategiyasının icrasını öz sahəsində böyük təcrübə qazanmış mütəxəssislərə, əsasən də gənclərdən ibarət peşəkarlar komandasına həvalə edib.

Administrasiya və hökumətin yenilənməsi, tərkibinin daha da təkmilləşdirilməsi, eyni zamanda ali rəhbərlikdən yerli icra strukturlarının başçılarınadək aparılan köklü dəyişikliklər mühüm səciyyə daşıyır, Prezidentin yeni strateji baxışlarını aydınlaşdırır. Təşəbbüskarlıq, çeviklik, səmərəlilik, şəffaflıq, məsuliyyət kimi dəyərlər Prezidentin məmurlardan hər zaman əsas tələbi idi. İndi isə görünən odur ki, bunlar həm də yeni idarəçilik aparatının formalaşmasında İlham Əliyevin əsas etimad meyarı olub.

 

İlham Əliyev Zəfərlə tam yeni Azərbaycan yaratdı!

 

İlham Əliyev islahatların dərin, sürətli dövrünə keçidi elan edəndə bu prosesin belə geniş miqyası əhatə edəcəyini, əslində, çoxları gözləmirdi. Amma innovativ təşəbbüsləri, qlobal mahiyyətli planları ilə daim fərqlənən və onları uğurla tətbiq edən ölkə rəhbəri ötən illər ərzində islahat proqramlarının sayını dəfələrlə artırmaqla, onların sistem ardıcıllığını təmin etməklə, ən əsası isə demək olar ki, bütün sahələrə yönəltməklə ictimaiyyəti yaxşı mənada təəccübləndirməyi bacardı.

Prezident düzgün strateq yanaşması ilə ölkəmizin iqtisadi inkişafla yanaşı, həm də dövlətçilik gücünün artmasını və sabitliyin dönməzliyini təsbit etdi.

Ümumiyyətlə, İlham Əliyevin son 18 ilini Prezident fəaliyyətini mərhələlər üzrə təsnifatlaşdırsaq, hər dövrü məhz hansısa islahatlar adı ilə, - ilkin, dinamik, davamlı, sürətli, dərin islahatlar, - qruplaşdırmaq mümkündür. Yəni bütün prezidentlik müddəti məhz islahat yönümlü, köklü dəyişiklik ovqatlıdır.

Lakin son islahatlar mərhələsi indiyədək olmadığı qədər, köklü dəyişikliklərin, genişmiqyaslı yeniliklərin təcəssümüdür. Miqyasına görə olduqca genişdir və hər sahə üzrə konkret plan, layihə və vəzifə-məsuliyyət bölgüsü düzgün müəyyənləşdirilib. Yeni dövrün çağırışlarına adekvat olan islahatların uğurlu gedişini təmin etmək məqsədilə aparılan hüquqi-qanunvericilik təkmilləşməsi davamlı hal alıb. Xüsusən də Konstitusiyaya edilən son əlavə və dəyişikliklər islahatların hüquqi tənzimlənməsini və yeniləşən sistemə uyğunlaşdırılmasını əsasən formalaşdırıb.

Bu kontekstdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası ilə Mehriban Əliyeva ötən dövrdə ona olan ümummilli inamı və Prezidentin etimadını yüksək peşəkarlıqla doğruldaraq bu təyinatın düzgünlüyünü təsdiqlədi. 5 ilə yaxındır ki, ölkədə sosial sahədəki islahatlar, əsasən, Mehriban Əliyevanın fəal icraçılığı, novator təşəbbüskarlığı ilə gerçəkləşir. Onun səlahiyyət kurasiyası şübhəsiz ki, yalnız bu sahə ilə məhdudlaşmır. Dövlət quruculuğu prosesinin bütün istiqamətlərində mükəmməl nümunələr yaradan Birinci vitse-prezident ölkə rəhbərinin fəaliyyətinə əvəzsiz töhfələr verir, İlham Əliyevin islahatlar kursunun xalq tərəfindən böyük coşqu ilə dəstəklənməsini təmin edir.

Gənclərlə görüşündə Prezidentin fəaliyyətinin əsas hədəfləri ilə bağlı fikirləri hər kəsdə konkret təsəvvür yaratdı. Ölkə rəhbərinin strateji məqsədi Azərbaycanın daha qüdrətli, daha müasir ölkəyə çevrilməsidir, sabahımızın təminatçısı olan gənclərin vətənpərvər, hazırlıqlı, bacarıqlı, peşəkar kadrlar kimi yetişməsidir. Buna doğru gedilən yolda əsas istiqamət dövlət idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsi və mobilləşdirilməsi, onun xalqa əlçatanlığının və xidmət əmsalının yüksəldilməsi, əhalinin problemlərinin, sosial qayğılarının daha səmərəli metodlarla həllidir. Ən nəhayət, Zəfərin yaratdığı yeni qlobal reallıqda Azərbaycanın yürütdüyü tarixi missiyaya uyğun hər bir vətəndaşın, xüsusən də gənclərin öz sahəsində daha məsuliyyətli, daha vətənpərvər çalışmasıdır.

İlham Əliyev Zəfərlə Azərbaycanı tamamilə dəyişdirdi!

Əslində, tam yeni bir Azərbaycan yaratdı!

Bu yeni Azərbaycanın yolu da, hədəfi də məlumdur...

Bu yola, bu hədəfə, Azərbaycana sahib çıxmaq, daim Prezident İlham Əliyevin yanında olmaq isə artıq ən böyük müqəddəs borcdur...

 

İxtiyar HÜSEYNLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

14:08
27 May

Sabah hava əsasən yağmursuz olacaq

13:29
27 May

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir  

13:17
27 May

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

11:47
27 May

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib  

10:27
27 May

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

10:13
27 May

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:54
27 May

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb  

09:43
27 May

Naxçıvanın məscidlərində bayram namazı qılınıb

09:32
27 May

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb  

09:29
27 May

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib  

09:00
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!