16 Avqust 2025 08:00
1517
SİYASƏT
A- A+
İlham Əliyevin müəllifliyi ilə sərhədləri aşan layihə

İlham Əliyevin müəllifliyi ilə sərhədləri aşan layihə


Bir dəhliz, iki dövlət - Bakı və Vaşinqton arasında salınan tərəfdaşlıq körpüsü

 

Zəngəzur dəhlizi (TRIPP) Azərbaycan ərazisindən və Ermənistanın eyniadlı  bölgəsindən keçərək Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin əsas hissəsini birləşdirməyə imkan verir. Dəhliz Azərbaycanın ərazi bütövlüyünün möhkəmlənməsi, regional iqtisadi inteqrasiyanın güclənməsi və ticarət əlaqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bu kontekstdə beynəlxalq tərəfdaşlarla, xüsusən də ABŞ ilə strateji əməkdaşlığın gücləndirilməsi regionda həyata keçirilən iri infrastruktur layihələrinin əhəmiyyətini daha da artırır. Hazırkı ABŞ-Azərbaycan münasibətlərinin strateji əməkdaşlıq əsasında inkişaf etdiyi bir zamanda Zəngəzur dəhlizi (TRIPP) regionda nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi, həmçinin enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayır. Dəhliz təkcə iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın daha da dərinləşməsinə şərait yaratmayacaq, həm də ABŞ-nin Cənubi Qafqazdakı mövqeyini gücləndirəcək.

ABŞ-nin Cənubi Qafqaz siyasətində əsas prioritetlərindən biri enerji resurslarının təhlükəsiz və sərbəst daşınmasıdır. Bu gün Azərbaycan zəngin enerji ehtiyatlarına malik olmaqla yanaşı, həmçinin regionda tranzit ölkə kimi çıxış edir. Zəngəzur dəhlizi (TRIPP) tranzit imkanlarını genişləndirərək enerji və ticarət yollarının şaxələndirilməsinə şərait yaradacaq ki, bu da ABŞ-nin regiondakı strateji maraqlarına uyğundur. ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq imkanlarının  genişləndiyi bir vaxtda Amerika şirkətləri enerji sektorunda fəaldır və yeni nəqliyyat dəhlizləri onların regiona maraqlarını daha da artırır. Bu isə iqtisadi əlaqələrin dərinləşməsinə, o cümlədən nəqliyyat infrastrukturlarının inkişafına təkan verə bilər.

Sirr deyil ki, Prezident İlham Əliyev son illər regional nəqliyyat və logistika dəhlizlərinin formalaşması istiqamətində fəal siyasət yürüdür. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan nəqliyyat qovşaqlarında mərkəzi oyunçuya çevrilərək Zəngəzur dəhlizinin reallaşdırılması üçün diplomatik səylərini gücləndirib. Prezident dəfələrlə vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın daxili ehtiyaclarına deyil, həm də regionun və daha geniş coğrafiyanın iqtisadi maraqlarına xidmət edən beynəlxalq layihədir. Ümumiyyətlə, İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ABŞ də daxil olmaqla Qərb ölkələrinin diqqətini cəlb edir və əməkdaşlıq üçün real platforma yaradır. Xüsusən Bakı-Tbilisi-Ceyhan (BTC) neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və "Cənub qaz dəhlizi" kimi iri enerji layihələrinin reallaşdırılması Azərbaycanın Qərblə, o cümlədən ABŞ ilə strateji əməkdaşlığını möhkəmləndirib. Dövlətimizin başçısı bu layihələrin təşəbbüskarı və siyasi təminatçısı kimi çıxış edərək Azərbaycanı etibarlı tərəfdaş statusuna yüksəldib. Ona görə də qəti deyə bilərik ki, nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və  açılacağı gözlənilən Zəngəzur dəhlizi (TRIPP) kimi layihələr regionda multimodal (Azərbaycanın bir neçə növ nəqliyyat sistemini birləşdirən kompleks logistika mərkəzinə çevrilməsi)  tranzit infrastrukturunun qurulmasına xidmət edir. Bu isə ABŞ və Avropa şirkətlərinə regiona investisiya yatırmaq, yükdaşıma marşrutlarını  şaxələndirmək  və Çin-Avropa ticarətində alternativ yollar formalaşdırmaq baxımından strateji imkanlar təqdim edir. Belə təşəbbüslər həm regional əməkdaşlığı gücləndirir, həm də Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunu nümayiş etdirir.

O da bəllidir ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizini (TRIPP) dünyaya  strateji layihə kimi təqdim etmiş və dəfələrlə açıqlamışdır ki, bu dəhliz təkcə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsinin təmin olunması deyil, həm də beynəlxalq ticarət, enerji və nəqliyyat marşrutlarının yenidən qurulması üçün vacib bir faktora çevrilməlidir. İlham Əliyev bu məsələdə qonşu və ya yaxın dövlətlərlə bərabər, Qərb dövlətləri ilə də əməkdaşlığı önə çıxarır.

ABŞ bu baxımdan Azərbaycanın təşəbbüslərinə maraqla yanaşır. Xüsusən enerji təhlükəsizliyi, ticarət marşrutlarının şaxələndirilməsi və regional sabitlik ABŞ-nin Cənubi Qafqaz siyasətinin əsas prioritetləri sırasında olduğu üçün Zəngəzur dəhlizi (TRIPP) də həmin prioritetlərlə üst-üstə düşür. Bu yerdə qeyd edək ki, dövlətimizin başçısı ABŞ şirkətləri ilə əməkdaşlığa da açıq mövqe sərgiləyir. Şübhəsiz ki, bu da Zəngəzur dəhlizi (TRIPP) ətrafında formalaşacaq yeni nəqliyyat və logistika mərkəzlərinə ABŞ şirkətlərinin marağını artırır və iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir.

Təsadüfi deyil ki, Vaşinqton səfəri zamanı da Prezident Əliyev ABŞ-nin bu layihəyə fəal dəstəyini vurğulayaraq demişdir: "Vaşinqtonda xüsusi bir sənədin imzalanması da planlaşdırılır. Bu sənəd Azərbaycanın Zəngəzur dəhlizindən maneəsiz istifadə etməsinə imkan verəcək". İlham Əliyev bu  günlər ABŞ-nin nüfuzlu televiziya kanalı olan "Fox News"a  müsahibəsində isə bildirmişdir: "İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq". Prezident  Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyərək vurğulamışdır ki, bu, yeni bağlantı layihəsidir və o, beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi (TRIPP) Azərbaycanın regional mövqeyini möhkəmləndirir və ABŞ ilə strateji əməkdaşlığı daha çox inkişaf etdirmək üçün mühüm vasitəyə çevrilir. ABŞ-nin bu dəhlizə maraq göstərməsi və layihəni dəstəkləməsi təkcə Cənubi Qafqazda sabitlik və davamlı inkişaf üçün yeni imkanlar açmır, həm də regionda qlobal əməkdaşlıq və sülhü təmin edir.

 

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!