20 Fevral 2022 02:36
1900
SİYASƏT
A- A+
İlham Əliyev məmurlara ciddi xəbərdarlıq etdi

İlham Əliyev məmurlara ciddi xəbərdarlıq etdi

 

Prezident kadr islahatları aparanda, yenilik və dəyişikliklər edəndə ilk növbədə, xalqın maraqlarını nəzərə alır

 

Dövlət idarəçiliyi sistemini daim təkmilləşdirən Prezident İlham Əliyev postböhran dövründə də bu istiqamətdə islahatlarını davam etdirir.

Bütün islahatlar zamanı düşünülmüş, ölçülüb-biçilmiş addımlar atan Prezident İlham Əliyev ilk növbədə, xalqın və dövlətin maraqlarını, milli mənafeyini nəzərə alır. Cəmiyyətin islahatlara münasibətinə çox yüksək önəm verir və vətəndaşların proseslərlə bağlı nə düşünməsinə, hansı sahələrdə nədən razı və ya narazı olmasına xüsusi diqqət yetirir. Ona görə də ölkə ictimaiyyəti islahatçı Prezidentin bütün yenilik və dəyişikliklərini müsbət dəyərləndirir.

 

Məmur daim vətəndaşın yanında olmalıdır

 

Fevralın 18-də Bakı şəhəri Nizami və Nərimanov rayonlarının, həmçinin Kürdəmir rayonunun icra hakimiyyətlərinin yeni təyin olunan başçılarını qəbul edərkən dövlət başçısı bir daha bütün məmurlara səsləndi: “Daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir”.

Bunun təkcə icra hakimiyyəti başçılarına deyil, bütün məmurlara aid olduğunu diqqətə çatdıran Prezident bəyan etdi ki, heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir: “Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız”.

 

İdarəetmədə səmərəlilik olmalıdır

 

Ümumiyyətlə, son dövrlərdə dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində müasir düşüncəli, milli maraqları əsas tutan kadrlara yüksək etimadın göstərilməsi, onların rəhbər vəzifələrə irəli çəkilməsi həm xalq, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. 

İlham Əliyev hər zaman qeyd edir ki, kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas götürülməlidir. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir.

Azərbaycanda dövlət idarəçiliyində müasir, kreativ düşüncəli kadrların irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub. Məhz İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə peşəkar kadr potensialı formalaşıb. Hazırda dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb.

Yeni dövlət idarəçiliyi tələblərinə cavab verən islahatlarla bağlı qətiyyətli mövqe ortaya qoyan  Prezidentin  kadr  islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşmanı təmin etməkdir.

Son görüşdə Prezident bir daha bu məsələlərə toxundu və öz məsləhətlərini verdi, eyni zamanda əvvəlcədən xəbərdarlığını da etdi. İlham Əliyev bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən səsləndirdiyi tövsiyələri bir daha nəzərə çatdırdı.

Prezident növbəti dəfə yeni təyin etdiyi rayon icra hakimiyyəti başçılarını qəbul edərək onlara doğru istiqamət verdi və yeni kadrların fonunda digər məmurlara sərt xəbərdarlığını da etdi. Məsələ belə qoyuldu ki, əgər Prezidentin tapşırıqları layiqincə yerinə yetirilərsə, həm dövlət, həm də ölkə vətəndaşları onların fəaliyyətindən razı qalacaq. Yox, əgər bu etimad doğrulmasa, ilk növbədə cəmiyyətdə məyusluq yaradacaq. Ona görə də yeni təyin edilmiş icra başçıları rayonlarda vəziyyəti təhlil etməli, insanları narahat edən məsələləri ciddi araşdırmalı və onların həlli yolları ilə bağlı təkliflər hazırlamalıdırlar.

Göründüyü kimi, Prezidentin kadr islahatları davam edir. Bu, ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. Azərbaycanda kadr islahatlarına ehtiyacın olduğunu deyən

İlham Əliyev bu prosesləri dəyərləndirərkən vurğuladı ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma və tərəqqi deməkdir. Həqiqətən də dünya miqyasında yüksək uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz islahatlar və onların səmərəliliyi hesabına əldə edilib.     

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev bu gün kadr və struktur islahatları ilə daha çevik, operativ idarəçilik mexanizmi formalaşdırır.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!