29 Avqust 2024 22:16
76
SİYASƏT
A- A+

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 136-cı kitabı çapdan çıxıb

 

“Biz, eyni zamanda, bərpaolunan enerji mənbələrinə investisiyalar cəlb etdik. Sadəcə, onu qeyd edim ki, Günəş və küləyin olması bizim üçün böyük bir vəsilədir. Bakılılar gecə-gündüz əsən küləkdən bəzən şikayətlənirlər. Təxminən ildə 300 gün külək əsir, amma indi o, Xəzər dənizindən nəinki təmiz hava, həm də təmiz enerji gətirəcək. Ona görə də düşünürəm ki, bir neçə ildən sonra biz dediklərimin şahidi olacağıq. Daha əvvəl qeyd etdiyim kimi, artıq başlayan və layihələndirilən təşəbbüslər var. Biz mədən yanacağından yaşıl enerjiyə keçid baxımından lider ölkələr sırasında olacağıq. Elektrik enerjisinə olan tələbatımızı bərpaolunan enerji mənbələri ilə təmin etməyi və ehtiyacı olanlara qaz ixrac etməyi planlaşdırırıq”.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 136-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilmiş beynəlxalq forumda sualları cavablandırarkən söyləyib. Forumun materialları ilə bu kitabda tanış olmaq mümkündür.

Çoxcildliyin 136-cı cildində toplanmış materiallar 2024-cü ilin aprel-may aylarını əhatə edir.

Yeni kitaba Azərbaycan Prezidentinin “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya və Mədəniyyətlərarası Dialoq Forumundakı nitqinin, Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində çıxışının mətnləri daxil edilib.

Nəşrdə Prezident İlham Əliyevin Azərbaycana dövlət səfərinə gəlmiş Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşünə, iki ölkə arasında sənədlərin imzalanmasına, dövlət başçılarının mətbuata birgə bəyanatlarına, habelə Füzuli və Ağdam rayonlarına səfərlərinə dair informasiyalar verilib. Kitabda Azərbaycana səfərə gəlmiş Bolqarıstan Prezidenti Rumen Radev, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə keçirilmiş görüşlər, imzalanmış sənədlər, birgə bəyanatlar haqqında da məlumat yer alıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin Almaniyaya işgüzar səfərinə dair materiallarla, Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışının mətni ilə də tanış ola bilər.

Prezident İlham Əliyev may ayında Füzul, Şuşa və Laçın rayonlarına səfər edib, aparılan bərpa işləri ilə tanış olub. Dövlətimizin başçısı Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub, Şuşada 1-ci yaşayış kompleksinin açılış mərasimində iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüb, həmçinin Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, “Azərenerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” kiçik su-elektrik stansiyalarının açılış mərasimində iştirak edib. Yeni kitabda bütün bunlar haqqında ətraflı məlumat verilib.

“Azərnəşr” tərəfindən buraxılan 136-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video