29 Sentyabr 2023 09:20
769
SİYASƏT
A- A+
İlham Əliyev ikiəsrlik erməni oyunbazlığına son qoydu

İlham Əliyev ikiəsrlik erməni oyunbazlığına son qoydu

 

Qondarma separatçı rejim özünü buraxdı, cinayətkar rəhbərləri isə Bakıda həbsxanadadır

 

İlham Əliyev İkinci Qarabağ savaşındakı möhtəşəm zəfərlə həm 200 illik münaqişəyə, həm də xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan, qüdrətli Sərkərdə kimi  tariximizə adını qızıl hərflərlə yazdırdı. 
Vətən müharibəsinin üçüncü ildönümündə Qarabağdakı separatçı, qondarma "Dağlıq Qarabağ Respublikası"nın özünü buraxması ilə bağlı verdiyi "qərar" isə onu deməyə əsas yaratdı ki, İlham Əliyev 200 illik erməni layihəsinə son qoydu. Ötən iki əsr ərzində ermənilər və havadarları "böyük Ermənistan" planlarını reallaşdırmaq üçün hər cür çirkinliklərə əl atdılar. Amma sonunda həqiqət, ədalət qalib gəldi. Bu çirkin layihənin reallaşmaması və məhv edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin illər öncə başladığı diplomatiyanı 
İlham Əliyev qətiyyətlə davam etdirdi və möhtəşəm sonluqla yekunlaşdırdı. 
İlham Əliyev tam müstəqil siyasəti və əsl Sərkərdə məharəti ilə hayların "böyük Ermənistan" xülyasını məhv etməklə həm də dünyada separatizmə necə son qoyulmasının nümunəsini göstərdi. Azərbaycan yalnız öz gücünə, öz qüdrəti hesabına separatizmə qalib gəldi. 
İkinci Qarabağ savaşında Azərbaycan "smart müharibə", yəni XXI əsrin yeni müharibəsini apararaq bir ilkə imza atdı. Bu gün də davam edən Rusiya-Ukrayna müharibəsində hər iki tərəf Azərbaycan təcrübəsindən, nümunəsindən yararlanır. İndi dünya ölkələri arasında separatizmlə qarşılaşanlar da Azərbaycan təcrübəsindən istifadə edə bilərlər.
2023-cü ildə isə Azərbaycan Qarabağda keçirdiyi antiterror tədbirləri ilə cəmi 23 saata qanunsuz silahlı dəstələri, separatçıları zərərsizləşdirdi. Azərbaycan Ordusu qarşısında 
1 gün belə tab gətirə bilməyən separatçılar ağ bayraq qaldıraraq təslim oldular və İlham Əliyevin  bütün şərtlərini qəbul etdiklərini bildirdilər. 
Sentyabrın 28-də isə Qarabağ bölgəsindəki separatçı rejim özünü buraxdığını elan etdi. Bu barədə qondarma qurumun "rəhbəri" Samvel Şahramanyan "qərar" imzalayaraq bildirdi ki, 2024-cü il yanvarın 1-dək bütün qondarma "təşkilatlar" və "qurumlar" ləğv edilir və qondarma "Dağlıq Qarabağ Respublikası" öz fəaliyyətini dayandırır. Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədilə Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.
İndi növbə qondarma rejimin cinayətkar rəhbərlərinin, əli Xocalıda günahsız insanların qanına batan, azərbaycanlılara qarşı həyata keçirilən cinayət əməllərində, qətliamlarda iştirak edən canilərindir. Artıq onların bir neçəsi həbs edilib.  Sentyabrın 27-də onlardan biri - Ruben Vardanyanın saxlanılması və Bakıya gətirilməsi göstərdi ki, İlham Əliyev deyir və onun icrasını da reallaşdırır. 
Uğurlu antiterror əməliyyatlarından sonra sentyabrın 20-də xalqa müraciətində Prezident bir daha bəyan etdi ki, Azərbaycan Xocalıda və digər ərazilərimizdə törədilən qətliamlara, cinayət əməllərinə görə erməni xalqını deyil, kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham edib və bu gün həmin şəxslər məsuliyyətə cəlb olunur, bundan sonra da həbs ediləcəklər. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.  
Bu fikirlərdən cəmi 7 gün sonra qanunsuz yollarla Azərbaycan ərazisinə gələrək, qondarma "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" vəzifəsində çalışmış Ruben Vardanyan Laçın sərhəd-buraxılış məntəqəsində saxlanıldı və Bakı şəhərinə gətirildi.
Bu şəxs 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb, Xankəndidə ara qarışdırmaqla məşğul idi. 
Vardanyanın həbs edilməsi, əlbəttə ki, digər separatçılara mühüm mesajdır. Onlar - Koçaryan, Sarkisyan, Arutyunyan, Balasanyan və digərləri tezliklə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək Bakıya gətiriləcək.
Artıq Qarabağdakı separatçıların keçmiş "xarici işlər naziri" olmuş, son olaraq qondarma "prezident müşaviri" kimi özünü təqdim edən Davit Babayan da Azərbaycana təslim olacağını açıqlayıb. Babayan bu barədə sosial şəbəkə hesabında paylaşım edərək deyib ki, adı Azərbaycanın qara siyahısına düşüb. İndi isə qaçmağa yolu yoxdur və buna görə də Şuşaya gedib təslim olmaq qərarına gəlib. Yəni daha bir cinayətkar könüllü təslim olmaq qərarını belə əsaslandırıb.
Proseslər göstərir ki, tezliklə həbs edilənlərin sırası genişlənəcək və cinayətkarlar cəzalarını alacaqlar. 
Budur İlham Əliyev qətiyyətinin, əsl sərkərdə məharətinin təntənəsi. Prezident kimi dünyanın istənilən məkanında keçirdiyi görüşlərdə, iştirak etdiyi beynəlxalq toplantılarda, ən ali kürsülərdə erməni yalanlarını ifşa edib, Müzəffər Ali Baş Komandan kimi müfəssəl döyüş planları hazırlayıb, cəmi 44 günə və 23 saata düşmənin dizini yerə  gətirən İlham Əliyev müasir Azərbaycan tarixinin ən qüdrətli lideri kimi insanların qəlbində əbədi heykəlini ucaldıb.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!