02 Oktyabr 2024 08:10
542
SİYASƏT
A- A+
İlham ƏLİYEV: "Erməni əsgəri torpaqlarımızı tərk etməlidir, yalnız ondan sonra müharibə dayanacaq"

İlham ƏLİYEV: "Erməni əsgəri torpaqlarımızı tərk etməlidir, yalnız ondan sonra müharibə dayanacaq"


Oktyabrın 2-də bütün cəbhəboyu gərgin döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları keçirilib. Ordumuzun həyata keçirdiyi əməliyyatlar, döyüş tapşırıqları uğurlu nəticələr verib.


Murovdağ istiqamətində əməliyyat şəraiti ordumuzun nəzarəti altına keçib


Oktyabrın 2-də bütün cəbhəboyu gərgin döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları keçirilib. 

Murovdağ istiqamətində əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altına keçib.

Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.        


Suqovuşan ətrafındakı hakim yüksəkliklər düşməndən azad olunub 


Ağdərə istiqamətində qoşunlarımız Madagiz (Suqovuşan) ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayıb.

Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.


Erməni könüllü döyüşçüləri savaşdan imtina ediblər


Əldə edilən məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyindən və itkilərinin çox olmasından qorxuya düşərək müxtəlif bəhanələrlə döyüşlərdən imtina ediblər.


İlham Əliyevdən Emmanuel Makrona növbəti cavab


Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə Prezident İlham Əliyevə telefonla zəng edib və döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsini, tezliklə danışıqların aparılmasını istəyib.

Ali Baş Komandan İlham Əliyev isə deyib ki, sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin yaşayış məntəqələrinin ardıcıl ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini azad edib.

Ermənistanın danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurduğunu deyən İlham Əliyev qeyd edib ki, danışıqların pozulmasına, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. 


Ermənistan Şəmkirə, Tərtərə, Ağdama raket atıb


Düşmən Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsini raket, işğal olunmuş ərazilərimizdən isə Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini, Ağdamın Xındırıstan, Əlibəyli, Əhmədağalı, Səfərli kəndlərini, Quzanlı yaşayış məntəqəsini, Tovuzun Ağdam kəndini, Bərdənin Soğanverdilər, Əmirli kəndlərini artilleriya atəşinə tutub.

Bəlli olur ki, Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raket "Toçka-U" taktiki raket kompleksindən buraxılıb.


İlham Əliyev: "Azərbaycanın daha 30 il gözləməyə vaxtı yoxdur"


Prezident İlham Əliyev "Əl-Cəzirə" televiziya kanalına müsahibə verib. Ali Baş Komandan müharibənin hansı şərtlər əsasında dayandırıla biləcəyini açıqlayıb: "Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır". 

Prezident şərtlərini bir daha bildirib - Ermənistan rəhbərliyi silahlı birləşmələrinin torpaqlarımızdan çıxarılması ilə bağlı təqvim cədvəlini təqdim etməli və üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürməlidir. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir.

Ermənistanın bu şərtlərə əməl etməyəcəyi təqdirdə savaş dayanmayacaq. Azərbaycanın daha 30 il gözləməyə vaxtı yoxdur. Münaqişə indi həll olunmalıdır. 


Düşmənin dayaq məntəqələri darmadağın edilib


Düşmənin yüksək dağ zirvəsində yaratdığı dayaq məntəqəsinə silah-sursat çatdıran təminat vasitələri və döyüş texnikaları məhv edilib.

Gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyib yeni dayaq məntəqələrini azad etməklə tarixi ərazini düşmən qüvvələrdən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi,  hərbi və digər döyüş texnikası məhv edilib. Sentyabrın 27-dən oktyabrın 2-si saat 20:00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

* 230-dək tank və digər zirehli texnika;

* 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

* 38 ədəd hava hücumundan müdafiə vasitələri;

* 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

* 7 silah-sursat anbarı;

* 130-dan artıq avtomobil texnikası;

* 1 ədəd "S-300" zenit-raket kompleksi.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!