02 Avqust 2024 08:05
564
İDMAN
A- A+
İKİNCİ QIZIL

İKİNCİ QIZIL

 

Parisdə  növbəti dəfə Azərbaycan bayrağı zirvədə dalğalandı

 

Dünyanın ən möhtəşəm idman bayramında - XXXIII Yay Olimpiya Oyunlarında gərgin mübarizə davam edir. Daim qazandığı qələbələrlə xalqımızı sevindirən atletlərimizin qarşıdakı günlərdə medal sayını artıracağına, ümidləri doğruldacaqlarına inam tamdır. Təbii ki, medalların sayında qızılın çox olmasını arzulayırıq. Amma dünyanın ən güclü idmançılarının mübarizə apardığı turnirdə istənilən əyarlı medallar böyük qələbə deməkdir.

Sevindirici haldır ki, ilk olaraq Parisdə cüdoçumuz Hidayət Heydərov qızıl medal qazanmaqla xalqımızı sevindirdi. Növbəti qürur dolu anları Azərbaycana cüdoçumuz Zelim Kotsoyev yaşadıb. Belə ki, təmsilçimiz Fransanın paytaxtı Parisdə növbəti qızıl medalı qazanaraq, dövlət himnimizi səsləndirdi, bayrağımızı hamıdan yüksəkdə dalğalandırdı. Necə deyərlər, Parisdə  növbəti dəfə Azərbaycan bayrağı zirvədə dalğalandı.

Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılan və 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev 1/8 finalda Polşa idmançısı Pyotr Kuçera  ilə qarşılaşıb. Təmsilçimiz ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi israilli Peter Palçik  olub. Dünya çempionumuz bu görüşü də qalib başa vuraraq adını yarımfinala yazdırıb.

Cüdoçumuz finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Rəqibinə qalib gələn idmançımız adını finala yazdırıb.

Kotsoyev çempionluq görüşündə gürcüstanlı İlya Sulamanidze ilə güləşdən qalib ayrılaraq Olimpiya çempionu ünvanına sahib olub.

Qeyd edək ki, Zelim Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidir. Osetiyalı milliləşdirilmiş legionerimiz 2023-cü ilin noyabrında Avropa, 2024-cü ilin mayında isə dünya çempionu olub.

Z.Kotsoyev ilk növbədə Azərbaycan xalqını təbrik edib: "Bilirəm ki, çoxları məni dəstəkləyirdi, azarkeşlik edirdi. Bu qələbə komanda yoldaşlarım, ailəm, dostlarım üçündür. Biz yalnız özümüz üçün yarışsaydıq, bu qədər motivasiyamız olmazdı. Bilmirəm nə deyim. Sən bütün həyatın boyu ona doğru gedirsən və ... indi bilmirəm bunu necə şərh edim. Çox şadam".

İdmançımız Parisdə daha əvvəl qızıl medal qazanan komanda yoldaşı Hidayət Heydərovun ona çox dəstək olduğunu söyləyib: "Hidayətlə bizim çox yaxşı əlaqəmiz var. Birlikdə məşq edirik, birlikdə istirahət edirik. 2 gün əvvəl o, çempion olanda çox sevinirdim. Hidayətin çempionluğu mənim üçün ikiqat motivasiya oldu. Dünən gecə yatmamışdan öncə mesaj yazdı, dedi ki, heç nə düşünmə, sadəcə, tatamiyə çıx və bacardığını et. Uğurumda şəxsi məşqçim Elxan Məmmədovun, eləcə də millinin baş məşqçisinin də böyük rolu var. Federasiya rəhbərliyi bizə hər cür dəstək olur. Mən idmançılarla bu cür ünsiyyət quran, onlara dəstək olan federasiya prezidenti görməmişəm. Böyük komandamız var. Necə işlədiksə, elə də nəticə qazandıq".

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!