30 Sentyabr 2025 14:24
446
SİYASƏT
A- A+
II Azərbaycan–Özbəkistan Media Forumu: “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiya təşkil edilib  

II Azərbaycan–Özbəkistan Media Forumu: “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiya təşkil edilib  


Sentyabrın 30-da Bakıda II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində “Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, sessiya Trend informasiya agentliyinin baş redaktoru Emin Əliyevin moderatorluğu ilə keçirilib.

Rəqəmsal transformasiyanın mövcud vəziyyətdə ən prioritet məsələlərdən biri olduğunu qeyd edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib: "XX əsr informasiya və eyni zamanda, dezinformasiya əsridir. Bu, saxta məlumatların böyük bir axını ilə əlaqədardır. Bizim kimi mürəkkəb geosiyasi bölgədə də bu informasiyanın ayırd edilməsi mühüm əhəmiyyət kəsb edir".

O, informasiya sahəsinin sərhədləri olmadığını deyib, buna görə də təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğulayıb.

“Biz Medianın İnkişafı Agentliyi olaraq media savadlılığı həftələri, konfranslar, tələbələrin və gənclərin iştirak etdiyi seminarlar, “ASAN radio” ilə “Smart media” layihəsi, AzTV-də yayımlanan “Medialb” layihələri həyata keçiririk. Mediamız Özbəkistanın media subyektləri ilə çox sıx əməkdaşlıq edir. Nümunə kimi bu yaxınlarda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Özbəkistanın Milli İnformasiya Agentliyi (UZA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasını gətirmək olar. İki ölkə arasında qarşılıqlı mediaturlar təşkil olunur. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük səylər göstərilir”, - deyə departament direktoru əlavə edib.

Özbəkistan Jurnalistlər İttifaqının sədri vəzifəsini icra edən Xolmurod Salimov informasiya təhlükəsizliyi və media sahəsindəki çağırışlardan danışarkən müasir dövrdə bu məsələlərin strateji əhəmiyyətinin getdikcə artdığını söyləyib. "Xəbərlərin çatdırılması ilə bağlı inkişaf həm yeni imkanlar yaradıb, həm də ciddi çağırışları gündəmə gətirib", - deyə o əlavə edib.

Xolmurod Salimov bildirib ki, qarşıda geniş fürsətlərlə yanaşı, ciddi təhlükələr də mövcuddur. Çünki sürətlə yayılan məlumatların həqiqətə uyğun olub-olmamasını müəyyənləşdirmək getdikcə çətinləşir. Məhz buna görə də informasiya təhlükəsizliyinin təmin edilməsi müxtəlif sahələrdə əməkdaşlıq və birgə fəaliyyət tələb edir. “Dövlət və media arasında sıx əməkdaşlıq xəbərlərin doğruluğunu təmin etmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Unutmayaq ki, süni intellekt texnologiyalarından sui-istifadə feyk xəbərlərin yayılmasına zəmin yarada bilər. Buna görə də təlimlərə, maarifləndirmə layihələrinə və peşəkar hazırlığa ehtiyac getdikcə artır. Xüsusilə vurğulamaq istəyirəm ki, ötən il Özbəkistan Jurnalistlər İttifaqı ilə Azərbaycanın Mətbuat Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Bu çərçivədə jurnalistlərin qarşılıqlı səfərləri təşkil olunub, təcrübə mübadiləsi həyata keçirilib”, - deyə Xolmurod Salimov bildirib.

O əlavə edib ki, əhalinin media savadlılığının artırılması da mühüm məsələdir. Çünki vətəndaşların bir xəbərin və ya məlumatın nə dərəcədə doğru olub-olmadığını ayırd edə bilməsi informasiya təhlükəsizliyinin əsas şərtlərindən biridir: “Əminəm ki, Azərbaycan və Özbəkistan bu istiqamətdə əməkdaşlığı davam etdirərək həm xalqlarımız, həm də bütövlükdə region üçün böyük töhfələr verəcək”.

Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov məlumatların genişmiqyaslı axınının informasiya məkanını çirkləndirməsini qaçılmaz etdiyini diqqətə çatdırıb: "Bu mənada informasiya təhlükəsizliyi cəmiyyəti bundan qoruya bilər. Bunun üçün bir sıra təsirli vasitələr mövcuddur”.

Qeyd edilən məsələlər üçün cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsinin və media savadlılığının artırılmasının vacib olduğunu vurğulayan F.Novruzov vurğulayıb ki, rəqəmsal bacarıqlar bir çox media qurumları və ictimai təşkilatlar tərəfindən uğurla istifadə olunur".

Audiovizual Şuranın bu istiqamətdə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran Aparat rəhbəri əlavə edib: “2023-cü ildən başlayaraq Audiovizual Şura Bakı Dövlət Universitetində 20-dən çox media subyekti ilə 50-dən çox, həmçinin xarici ölkələrin media requlyatorları ilə çoxsaylı görüşlər keçirib. 2025-ci ildə biz Qara Dəniz Yayım Tənzimləyici Orqanlarının Forumunu təşkil etdik”.

Özbəkistanın Milli Media Assosiasiyasının Baş direktoru Abduaziz Abutolipov bu gün təhlükəsizliyin yalnız sərhədlərin qorunması deyil, ilk növbədə, məlumatların qorunması olduğunu deyib.

"İnformasiya iqtisadiyyatın, siyasətin, beynəlxalq münasibətlərin üzərində dayanan etibardır. Etibarın çökdüyü yerdə hər şey məhv olur. Buna görə informasiya təhlükəsizliyi yalnız texnologiya haqqında danışmaq deyil, mədəniyyət, dəyər və gələcək haqqında düşünməkdir", - deyə Baş direktor əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!