14 Sentyabr 2025 08:20
638
SİYASƏT
A- A+
İctimai-siyasi fəaliyyətlə elmin və təhsilin vəhdəti

İctimai-siyasi fəaliyyətlə elmin və təhsilin vəhdəti


Həyatda hər kəsin yerini və taleyini zaman müəyyən edir. Zaman ən böyük məktəbdir. Zəmanəsində öz yeri, öz mövqeyi və rolu olan Hicran Hüseynova müasir Azərbaycan alim və ictimaiyyətçi qadınları arasında adı tarixləşən professor, dövlət xadimidir. Cəmiyyətdə nə böyük, nə kiçik rollar olur. Öz həyat kitabını yazmaq fərdi, dərk edilmiş məsuliyyətlilik, məhz özünə inamlılıqdır.

Hicran Hüseynova ömür yolunu məhz qadın olaraq gənc qızların, gəlinlərin, anaların, bütünlükdə qadın taleyinə, qadın məsələsinə gender mənsubluğunun həlli, tətbiqi, təbliği, tədqiqinə həsr edərək yazdı. Ancaq bu onun fəaliyyətinin bir istiqamətidir. Hicran Hüseynova pedaqoq, alim, ictimai-siyasi xadim kimi səmərəli fəaliyyət göstərir. O fədakar, diqqətcil, yetərincə ona müraciət edənlərə dəstək olmağa cəhd edən, daim ətrafına pozitiv enerji bəxş edən müsbət insan, əsl şəxsiyyətdir. 

Şir (aslan) bürcü onun xarakterində özünü büruzə verir: inadkardır, məqsədinə nail olana qədər sakitləşmir. Dəqiqlik həyat atributudur. Ümumiyyətlə, səmimilik və dürüstlük, insanlarla xoş rəftarı həyat fəlsəfəsidir. Dövlət xadimi, qurucu, təvazökar, yaradıcı atası Kamran Hüseynovdan, sadə, bir o qədər də geniş dünyagörüşü olan anası Zeynəb xanımdan əxz etdiyi tərbiyə, təlim onun bir şəxsiyyət kimi formalaşmasında vacib rol oynamışdı. Onun valideynləri həyatın çətinliklərindən, ağır sınaqlarından mərdliklə çıxaraq övladlarının qarşısında məqsəd qoymuşdular: savadlı olmaq, ictimai həyatda fəal iştirak etmək, peşəkar olmaq, daim öz üzərində işləmək, dövrün tələblərinə cavab verə bilən mütəxəssis kimi yetişmək, eyni zamanda ailə dəyərlərinə, milli-mənəvi dəyərlərə sadiq qalmaq, vətənpərvər olmaq, Vətəni sevmək, öz dövlətinə, xalqına, ölkəsinə sədaqətli olmaq.

Hicran xanım şəxsən mənim həyatımda qazandığım böyük dost, həmfikir, elmdə kolleqam, ictimai-siyasi həyatda eyni mövqeli, əxlaqına, mədəniyyətinə hörmət-izzət duyduğum qadındır. 

Azərbaycanda qadınlar arasında ilk siyasi elmlər doktoru, professor Hicran Hüseynova respublikada qadın hərəkatında, ailə institutunda, uşaq məsələləri, gender münasibətlərinin çözülməsində danılmaz xidmətləri olan, cəmiyyətdə öz rolu, missiyası, mədəni kübarlığı ilə tanınan qadındır.

Səmimi, qayğıkeş, alicənab xisləti ilə yanaşı, ciddi, sərt təbiətli, istiqanlılığı, tələbkarlığı onun bir qadın rəhbər kimi özəl idarəetmə xüsusiyyətləridir. Nə qədər möhkəm, cəsarətli olsa da, bəzən kövrələndə bir qadın ürəyinin hissləri büruzə verilir. Xatirimdədir, Parisdə keçmiş Qarabağ münaqişəsi ilə bağlı tədbirdə çıxışında: "Mən də azərbaycanlı bir övlad kimi babalarımızın, nənələrimizin məzarını ziyarət etmək, əzəli-tarixi torpaqlarımızı öpmək istəyirəm" söyləyərkən gözləri doldu. 

Həyatının mənasını vətənə, xalqa xidmət etməkdə görən, Azərbaycanın bir çox şəhər və rayonlarının, o cümlədən Sumqayıtın, Neftçalanın, Naftalanın, Mingəçevirin bir şəhər kimi quruculuğunda müstəsna əməyi olan, hələ sovet dövründə keçmiş SSRİ-nin bir çox dövlət mükafatları ilə təltif edilən, özünün də dediyi kimi, fəaliyyətinə verilən ən dəyərli mükafat olan "Şöhrət" ordenli, ictimai-siyasi və dövlət xadimi Kamran Hüseynovu - atasını xatırladı. Atası da tarix elmləri doktoru idi... Hicran xanım da atasının yolu ilə getdi. Ulu Öndərin "nadir şəxsiyyət" adlandırdığı Kamran Hüseynov hər zaman Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qaldığı kimi, Hicran Hüseynova da bu varisliyi davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti daim dəstəkləyir, ictimai-siyasi xadim kimi üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələrin mahiyyətini və onun nəticələrini davamlı olaraq ictimailəşdirir. 

Əmək fəaliyyətinə orta məktəb müəllimliyindən başladı. Sonra isə doğma BDU-da müəllim, professor, kafedra müdiri oldu. Uzun müddət insan hüquq və azadlıqlarının müdafiəsi, qadın hüquqlarının qorunması, gender (qadın və kişi) bərabərliyinin təmin olunması sahəsində maarifləndirmə işləri aparmış, ATƏT-in, Milli Avropa Şurasının gender üzrə eksperti kimi çalışmışdı. Təsadüfi deyildi ki, 2006-cı ilin fevralından Prezident İlham Əliyevin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edildi. Fəaliyyət göstərdiyi müddətdə bir çox layihələr həyata keçirildi, ikitərəfli memorandumlar imzalandı. Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiə mexanizminin daha da gücləndirilməsi istiqamətində yeni normativ-hüquqi aktların qəbil edilməsinə nail oldu. Bu qanunların qəbul olunmasında vaxtilə millət vəkili olan Mehriban xanım Əliyevanın çox böyük rolu var idi. Bir məsələni xüsusilə qeyd edim ki, Hicran Hüseynova dəfələrlə bildirib ki, dövlət başçımız İlham Əliyev, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu məsələləri daim diqqətdə saxlayırlar. 

O, ictimai məsələlərdə qarşılıqlı hörmət və əməkdaşlığa önəm verir. İstiqanlılıq, mehribançılıq cəhətləri həm dost olaraq, həm də əsasən gənc qızlara həssas yanaşması onu dəyərli edir. Qadın və qızlara qarşı zorakılıq hallarına qarşı daim yüksək tribunalardan çıxış edir, insanları, kişi və qadınları bərabər tərəfdaşlığa səsləyir. Dövlət komitəsinin təşkilatçılığı ilə həm ölkədaxili, həm beynəlxalqmiqyaslı, həm də respublikanın sərhədlərindən kənarda tədbirlər həyata keçirildi, dünya qadınlarının ailə, uşaq məsələləri gündəmə gətirildi. Bir ictimai-siyasi xadim, millət vəkili kimi ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırır, dövlətimizin daxili və xarici siyasətini, beynəlxalq münasibətlər sistemində baş verən proseslər və bu hadisələr fonunda Azərbaycanın tutduğu mövqeyi, qlobal təşəbbüsləri dəstəkləyən cəsarətli çıxışlar edir.

Prezident İlham Əliyevin göstərişi və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə dayanıqlı inkişafın rifahlı cəmiyyət uğrunda ailələrdə meydana çıxan çatışmazlıqlar müzakirə obyekti olaraq, həll yolları tənzimləndi. Ölkə qadınlarının beynəlxalq konfrans, forum, yaxud "dəyirmi masa" ətrafında cəmlənərək fikir və rəyləri rəhbərliyə təqdim edildi.

Böyük Mövlana kəlamı ilə desək, Hicran Hüseynova məhz göründüyü kimi olan insandır. O, qadın liderliyinin diplomatiya və beynəlxalq qarşılıqlı əlaqələrdə rolunun yüksəlməsinə, inklüziv sosial-mədəni, iqtisadi tərəqqidə gender məsuliyyətli fəaliyyətə yardımçı olmaq, ailələr və "yaşıl" iqtisadi yüksəlişdə qarşılıqlı təsir və asılılığı müəyyənləşdirmək, həssas qruplu qadınların (əlil, qoca, tənha, xəstə və s.) da cəmiyyətə adaptasiyasını təmin etmək, gənc qızların təhsilinə yardım, erkən nikah probleminin aradan qaldırılmasında yardımcı olmaq və sairə kimi məsələlərdə dövlətə, dövlətçiliyə dəstək missiyalı işləri ilə seçildi. 

O, Azərbaycan müasir siyasətşünaslıq elmində inteqrasiya və diplomatiya diskursunu araşdıran tədqiqatçı alim, ailə, qadın, gender, uşaq, cəmiyyətin ən özəl problemləri ilə həm ölkədaxili, həm də xaricdə çıxışlar edən KİV-də bu məsələlər haqda müsahibələr verən, məqalələrlə çıxış edən professor-alimdir. 

Hicran Hüseynova 2020-ci ildən Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, fəal deputatdır.Yenə də taleyüklü məsələlərin həlli istiqamətində qanunvericilik təşəbbüsləri göstərir. Bir çox qanun layihələrinin qəbul edilməsi üçün aktiv iş aparır. Hicran xanım hər zaman ona etimad göstərən seçicilərinin yanındadır, onların sırasında adi bir vətəndaş kimi xidmətlərindədir.

Biz tarixçilər, siyasətşünas alim qadınlar tarix yazmasaq da, müasir Azərbaycan dövlətçilik tarixinin yazılması prosesində öz fəaliyyətimiz, əməlimiz, işlərimizlə yazılan tarixə dəstək oluruq. Hicran Hüseynova məhz əməli fəaliyyəti ilə dövlətçiliyə xidmət edir.

Onun ictimai-siyasi və elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə Hicran Hüseynova "Şöhrət" və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilmişdir.

Bir alim, həm də dövlət xadimi olaraq gənc kadrların formalaşmasına böyük əhəmiyyət verir, onların hazırlanmasına dəstək olur. Onun istər ölkə daxilində, istərsə də Azərbaycandan kənarda yüksək vəzifələrdə çalışan, siyasətşünaslıq və beynəlxalq münasibətlər kimi çətin sahələrdə elmi tədqiqat aparan onlarla, yüzlərlə tələbəsi var. 

Hicran Hüseynova gənc qızlara xüsusi diqqət göstərir, onları çox sevir. Özünün də iki qız övladı, dörd qız, bir oğlan nəvəsi var. Qayğıkeş ana, nənə, sədaqətli ömür yoldaşıdır. Bir sözlə, o, mədəniyyəti, biliyi, davranışı, yüksək əxlaqi keyfiyyətləri ilə seçilən qadın kimi nümunədir. 

O, Milli Məclisdə bir deputat kimi ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi istiqamətində qanunların təkmilləşdirilməsində fəallıq nümayiş etdirir. Həmçinin beynəlxalq platformalarda Azərbaycanın maraq və mənafeyini, Ulu Öndər siyasətinin davamçısı, Prezident İlham Əliyevin strateji kursunun inkişaf yolunu müdafiə edərək dövlətin dünyadakı yerinin önəmliliyində qadınların da rolunu əks etdirir. 

Hicran xanım YAP-ın fəal üzvlərindəndir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin modernləşmə islahatlarında iştirak edir, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın humanitar və ictimai-diplomatiya missiyasında fəaliyyət göstərir. O hər zaman deyir ki, mən çox xoşbəxtəm ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi komandada təmsil olunuram və özümü onun əsgəri hesab edirəm. Bundan böyük şərəf və qürur hissi keçirən Hicran Hüseynova ona göstərilən etimadı doğrultmaq üçün daim öz üzərində işləyir. 


Rəna MİRZƏZADƏ,

professor, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, AMEA Qadınlar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!